KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Anar Salehoğlu: Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Anar Salehoğlu: Azərbaycan-İsrail münasibətləri yüksələn xətt üzrə inkişaf edir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
431 0

Azərbaycan və İsrail dövlətləri arasında fəal ticarət tərəfdaşlığı mövcuddur. Əməkdaşlığımızın vacib sahələrindən biri isə turizmdir. Pandemiyadan əvvəl Azərbaycan ilə İsrail arasında müntəzəm gündəlik uçuşlar həyata keçirilirdi, qarşılıqlı səfərlər mövcud idi. Çünki İsraildə böyük yəhudi-azərbaycanlı icması, Azərbaycanda isə regionun ən çoxsaylı fəal yəhudi icması mövcuddur. Hər iki dövlət turizmin inkişafında qarşılıqlı olaraq bir-birinə dəstək göstərir. Azərbaycanın yəhudi icması Azərbaycan-İsrail ikitərəfli münasibətlərində çox önəmli rol oynayır. Azərbaycanın fəal yəhudi vətəndaşları iki ölkə arasında daha sıx münasibətlərin olması üçün böyük işlər görürlər. Əməkdaşlığımızın vacib sahələrindən biri müdafiə sənayesidir. Bu əməkdaşlıq uzun illərdir davam edir.

Bildiyimiz kimi İsrail dövləti hərbi müdafiə baxımından çox güclü dövlətlərdən biridir. Azərbaycan İsrailin müdafiə sənayesinin yeniliklərindən, nəalliyyətlərindən yararlanan ölkələrdən biridir. 44 günlük vətən müharibəsində əldə edilən böyük qələbədə Azərbaycanın İsrail dövlətindən aldığı silahların, hava hücumundan müdafiə sistemlərinin müstəsna rolu olmuşdur. Azərbaycan-İsrail münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi çox sevindirici haldır. Hər iki dövlətin qarşılıqlı əməkdaşlıq şəraitində yeni uğurlara imza atacaqları şübhəsizdir.

Anar Salehoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir