KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Anar Məmmədli: Beynəlxalq təşkilatların Şuşada yerləşməsinə çalışmaq lazımdır

Anar Məmmədli: Beynəlxalq təşkilatların Şuşada yerləşməsinə çalışmaq lazımdır

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
263 0

İki gündür Şuşa ətrafındakı kəndlərin taleyi və şəhərin girişində Türkiyə bayrağının götürülməsi ilə bağlı etirazlar səslənir. Hətta Şuşanın təhlükəsizliyi üçün oraya Türkiyə hərbçilərinin yerləşməsini, konsulluğunun açılmasını təklif edənlər var.
Bəzi yoldaşlar o qədər narahatdır ki, Türkiyə ilə konfederasiyanı irəli sürürlər. Bu cür müzakirələr 1918-ci ildə AXC qurulanda Osmanlıya birləşmək istəyən İlhaqçıların mövqeyini xatırladır və çox retrospektiv görünür.
Əvvəla, Azərbaycan ordusu hazırda ölkənin bütün ərazisinə nəzarət edəcək səviyyədədir. Kimsə Şuşaya hücum etmək niyyətinə düşsə, öz reputasiyasını, mandatını və statusunu sual altına alacaq. Bunu ötən 44 günlük müharibədə gördük.
İkincisi, Şuşaya Qarabağın əsas şəhəri statusunu qaytarmaq üçün zəruri addımlardan biri zərif gücdən istifadədir. BMT-nin Qarabağdan olan məcburi köçkün və qaçqınlarla bağlı iki yerli nümayəndəliyini təsis etmək, birini Xankəndi, o birini də Şuşada yerləşdirmək olar. Eyni şəkildə də ATƏT-in Bakı ofisini bərpa edib, sülhyaratma ilə bağlı Şuşada ofis açmağa nail olmaq olar.
Nəhayət, çeşidli sosial təşəbbüslər üçün Şuşada beynəlxalq qurumların fəaliyyətinə imkan yaratmaq olar. Qoy orada təkcə Türkiyənin deyil, BMT, Avropa Şurası, ATƏT kimi qurumların, Avropa Birliyinin müxtəlif ölkələrinin bayraqları dalğalansın. Bununla da Şuşa həm təhlükəsizlik, həm də icmalararası inteqrasiya prosesində önəmli şəhərə çevriləcək.
Deyəsən, ermənilər məğlubiyyətə alışa bilmədiyi kimi, bizim bəzi soydaşlar da özlərini qələbəyə alışdıra bilmirlər

Anar Məmmədli, hüquq müdafiəçisi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir