Anar Esedli: Xalq heç vaxt uduzmur
9 fevral 2020-ci il Parlament Seçkilərində
İmamverdi İsmayılovu necə biabırçı bir şəkildə məğlub etdiyimi bütün Zəngilan-Qubadlı camaatı da, mənimlə seçkidə iştirak edən namizədlər də, hakimiyyətdə də hamı bilirdi.
Bəli, 125 saylı dairənin parlament seçkilərinin qalibi mən idim. Protokollarla sübutlu şəkildə.
Hətta İmamverdi İsmayılov da özünü seçilməməsinə hazırlamışdı. Müxtəlif ortaq tanışlarla mənimlə görüşüb söhbət eləməsi üçün vasitəçi olmalarını istəmişdi.
Ən nəhayət, deputat Azay Quliyevin bu barədə xahişi olanda bir şərtlə razılaşdım ki, özüylə deyil, amma sizin telefonunuzla zəng etmək şərti ilə dinləyərəm. Azay bəy də təsdiq edə bilər ki, o telefon söhbətində də adam uduzduğunu etiraf edirdi və məndən üz-üzə gələndə xahişi onun salamımı almağım idi.
Lakin Ramiz Ənvəroviç bütün resurslarını işə salıb mənim halal mandatımı alıb İmamverdiyə verdi. O qədər həyasızcasına saxtalaşmaya gedirdilər ki, hətta MSK sədri Məzahir Pənahovun “125 saylı dairədə kobud qanun pozuntuları var və dairənin nəticələri ləğv ediləcək” açıqlamasını da iki gün sonra özünə təkzib elətdirdilər. Bu haqda çox yazıb-danışmağa gərək yox.
Bu səhifənin arxivinə daxil olub 2020-ci il Parlament Seçkilərinin 125 saylı dairə üzrə baş vermiş total saxtakarlıqları ilə bağlı bütün video-fakt və protokolları ilə təkrar tanış ola bilərsiniz.
Mənim demək istədiyim isə başqa məsələdi.
Önümüzü kəsmək istəyənlərin ən böyüklərinin bu günkü durumu bu gündə önümüzü kəsmək istəyənlərə ibrət olmalıdır. Çünki bizim davamız xalqın sabahı üçündür. Xalq isə heç vaxt uduzmur. Xalqı üçün siyasətdə olanlar da uduzmur.
Siyasətdə səbrli olmaq lazımdır, görüntülərə qəti aldanmayın. Təmkin çox çətin, amma həlledici qüvvəyə malik bacarıqdır.
Share this content:



Yorum gönder