KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. Anar Esedli: Türkiyə Qafqaz və Orta Doğuda yeni siyasi konfiqurasiyaya imza atmalıdır

Anar Esedli: Türkiyə Qafqaz və Orta Doğuda yeni siyasi konfiqurasiyaya imza atmalıdır

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
21 0

Amerikanin hər iki partiyasının təmsil olunduğu məşhur Helsinki Komissiyası son hesabatında bildirib ki, “Birləşmiş Ştatlar Rusiya ilə “uzunmüddətli” qarşıdurmaya hazırlaşmalıdır. Rusiya prezidenti Putinin siyasi səhnədən getməsi üçün Ukraynanın cəbhədə Rusiyanı məğlub etməsi bu qarşıdurmanı udmaq üçün vacibdir, Vaşinqton Kiyevin qalib gəlməsindən ötrü hər şeyi etməlidir.Rusiya qonşularında müharibə apardığı, onları işğal etdiyi müddətdə dinc və sabit Rusiya ilə bağlı heç bir ümid olmayacaq” – komissiya hesabatında bildirir.

Putin Rusiyasının inanılmaz bir sürətlə və ciddi hazırlanmış proqram əsasında çöküşünü izləməkdəyik. Təzyiqlər hər gün artan xətlə davam edir. Həm iqtisadi, həm də hərbi planda nəfəsliyi daralır. Lakin bu avtoritar şovinist mahiyyətli rejimin nəfəsi Qafqazda kəsiləcək.

Bunu özləri də yaxşı anlayırlar və elə buna görədir ki, dörd ildir Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür mane olmağa çalışırlar.

Digər tərəfdən Gürcüstanda da sakit durmurlar və bütün gücləri ilə oktyabrın 26-da keçiriləcək parlament seçkilərində Gürcüstanın avrointeqrasiya qarşısın almaq üçün hətta ölkədə vətəndaş qarşıdurması yaratmağı belə planlayırlar. Bunu artıq “Gürcü Arzusu”-nun lideri Bidzina İvanişvilinin sərt və radikal çıxışlarından daha aydın görmək olur.

Kreml bütün gücünü Qafqazı itirməmək üçün ortaya qoyub. Gürcüstanı təsirində tuta bilməsi həm də Ermənsitana təsir üçün çox vacibdir. Ermənistanın Avropaya bu gün üçün çıxışı Gürcüstan üzərindəndir.

Ümidverici məqam isə odur ki, Gürcü xalqı birmənalı şəkildə Avropa ailəsinin bir parçası olmaq üçün Kremlin məsləhətləri ilə hərəkət edən Bidzina İvanişvilinin avtoritar mahiyyətinə qarşı dirəniş göstərməkdədir.

Bıçaq sümüyə dirənib.

Paşinyana iki dəfə səs verən Ermənistan cəmiyyəti və xalqı isə uzun yüzilliklər boyu davam edən xəstə erməni xülyası ilə vidalaşmağa hazırdır, yetər ki, Rusiya bölgədən getsin.

Ermənistan baş naziri Paşinyan üçüncü qüvvələrin Zəngəzur dəhlizinə nəzarətinə icazə verməyə razı olmadığını bildirərək deyir ki:“Ermənistanın haradasa, hansısa sənəddə öz ərazisinin infrastrukturunun təhlükəsizliyini üçüncü dövlətlərin təmin etməsinə razılıq verdiyinə dair iddialar reallığın təhrifidir. Bunlar həqiqəti əks etdirmir.”

Qısacası bu gün Qafqaz heç vaxt olmadığı qədər, elə rusların təbirincə desək, “крепкий орешек” (bərk ceviz) olub, Rusiyanın laxlayan dişlərinin batmadığı bir bölgəyə çevrilir.

Hər üç Qafqaz ölkəsinin xalqlarını və cəmiyyətlərini ideoloji planda ekspansionist Putin Rusiyasına qarşı diri və hazır tutmalıyıq.

Bolşeviklərdən bizə miras qalmış və sovetin “sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, münasibətlərdə şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birgə çıxmalıyıq. Tarix gerçəkliyin köküdür. Hər ölkənin bu günü və sabahı dünənindən gəlir.

Gələcəyimizin hara varacağını təxmin etmək üçün dünənimizi dəqiq bilməli, sabahımızı isə düzgün görməliyik.

Dünənimizin acı tablosunda isə olanlar budur: Rusiyanın Qafqazı işğalı və buradakı xalqları bir-birinə düşmən edib soyqırımları törətmək, demokratik dəyərlərdən uzaq tutmaq, SİYASƏTƏ QARIŞMAMASINA, ÖZ TALEYİNƏ BİGANƏ yanaşmağa nail olmaq.

Sabahımızın geosiyasi tablosu isə kəsinliklə Rusiyasız Qafqaz olmalıdır.

Bunun üçün isə əsas faktorlardan biri Türkiyənin Qafqazda söz sahibi olmasıdır. Türkiyə isə yeni siyasi konfiqurasiyanı düzgün dəyərləndirməlidir, artıq sərhədlərin bağlı qalması yeni situasiyada elə də əhəmiyyətli bir fayda vermir. Bu məsələ də ayrıca müzakirə olunmalıdır.

Qafqazın təminatı NATO ölkəsi kimi regiona ən yaxın dövlət olaraq Türkiyənin üzərinə düşür.
Üç Cənubi Qafqaz ölkəsinin dünyaya çıxışı və inkişafı indi ancaq Türkiyə ilə mümkündür.

Nədən Türkiyə?

Amerikanın 1991-ci ildə SSRİ dağıldıqdan sonra xüsusi Cənubi Qafqaz siyasəti mövcuddur ki, bu siyasətin də əsas prioritetlərini ancaq NATO-da ABŞ-ın əsas müttəfiqi olduğu və elə NATO-nun Şərq sərhədlərinin təhlükəsizliyini də təmin etdiyi üçün Türkiyə həyata keçirə bilər.

Nədir bu prioritetlər?

1. Cənubi Qafqazın İranla sərhəddə olması. Sanksiyalar məngənəsində boğulan İranın həm iqtisadi, həm nəqliyyat-kommunikasiya, həm də nüvə materiallarının daşınması baxımından tək yolu Cənubi Qafqazdan keçir. Bu baxımdan həmin yola nəzarət ABŞ üçün önəmlidir.

2. ABŞ əsgərləri. Əfqanıstandan ayrıldıqdan sonra amerikan hərbçiləri yenidən Orta Asiya və Yaxın Şərqdə hərbi baza yerləşdirmək üçün variantlar axtarır. Qiymətləndirilən variantlar Orta Asiya və Fars körfəzi ölkələridir. Bu bölgələrdən istifadənin tək yolu isə Cənubi Qafqazdır.

3. Pentaqon Əfqanıstandan çıxarkən hərbi yüklərin daşınması üçün Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan – Türkiyə tranzit xəttinə üstünlük verdiyini bəyan etdi. Çünki Rusiya və Çinin öz sərhədləri yaxınlığında strateji rəqiblərinin hərbi baza yaratmasına hər vəchlə əngəl törətməyə çalışacaqları gün kimi aydındır.

4. Cənubi Qafqaz Avropanın enerji təchizatında mühüm rol oynayır. Bu region həm enerji mənbəyidir, həm də Orta Asiyadan enerji dəhlizidir. Bu enerji təchizatınında Avropaya daşınması üçün tək yol Türkiyədir.

5. Son onillikdə rəsmi Pekin Avropaya nəqliyyat yolları çəkir. Bu yollardan biri Qazaxıstandan – Xəzər dənizindən Azərbaycana, Gürcüstan, Türkiyə və nəticədə Avropaya uzanır. Azərbaycanla materik hissəsi olan Naxçıvan arasında Zəngəzur ərazisindən keçən dəhliz rəsmi Pekinə Cənubi Qafqazdan Avropaya daha bir marşrut da əlavə edəcək, bundan əlavə Gürcüstan ərazisindən keçəcək.

Sadalananlar göstərir ki, ABŞ onun üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqazda Türkiyənin müttəfiqliyinə möhtacdır. Hər nə qədər Türkiyənin bölgədə mövcudluğundan narahat olsada başqa yolu yoxdur.

Bu gün ən aktual məsələ əsas memarı Türkiyə olan yeni bir Qafqazın inşa olunmasıdır.

Qafqazla bərabər eyni anda Ortadoğuda da savaşı durdurma və barışı sağlamaq gücü Türkiyədədir. Bunun üçün isə PKK və PYD-yə qarşı yeni anti-terror əməliyatları aparılmalıdır.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir