KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Anar Esedli: Şərqi Türküstanın Gulca şəhəri

Anar Esedli: Şərqi Türküstanın Gulca şəhəri

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
14 0

Çin silahlı qüvvələrinin Şərqi Türküstanın Gulca şəhərində dinc əhalini amansızlıqla qətlə yetirməsindən 28 il ötür.

1997-ci il fevralın 5-də Türküstanın müstəqilliyini istəyən 30 Uyğur türkününün edamına etirazını bildirən türklərə hücum edən Çin əsgərləri yaş və cins fərqi qoymadan onlara atəş açıb. Həmin gün yüzlərlə Uyğur türkünün qətlə yetirildiyi bildirilir.

Bu, bəs deyilmiş kimi, hadisənin ertəsi günündən ilin sonunadək on min nəfərə yaxın türk aksiya keçirməyə cəhd bəhanəsilə tutulub, yüzlərlə türk məhkəmənin hökmü ilə güllələnərək öldürülüb.

Tutulanlardan 300 nəfərə qədər türk döyülərək, soyuqda üzərlərinə su sıxılmaqla dondurularaq, qətlə yetirilib.

Ümumilikdə isə, min nəfərdən çox türk qətlə yetirilib.

Gulca şəhidlərini dərin hüznlə, rəhmətlə yad edir, Şərqi Türküstandakı soydaşlarımızın insan haqlarının pozulması ilə bağlı məsələlərin Türk Dövlətləri Təşkilatının və Türk Cümhuriyyətlərinin daim gündəmində olması üçün siyasi təşkilatları və vətəndaş cəmiyyəti institutlarını bu işdə ciddi fəaliyyətə çağırıram.

Uyğur türkləri də daxil olmaqla, müxtəlif bölgələrdə yaşayan türk toplumlarının ortaq mərkəzlər yaratmasını vacib sayaraq, hətta soydaşlarımızın da koordinasiyalı şəkildə birgə fəaliyyət göstərməsini labüd hesab edirəm.

Keçən ilin bu günü Bakıda “İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi” insan hüquqları təşkilatının ofisində “Gulca qətliamı” – Çin dövlətinin Uyğur Türklərinə qarşı siyasəti: qətliamlar və işgəncələr” mövzusunda dəyirmi masa təşkil olunmuşdu.

Əziz gənclər, bilirəm ki, kifayət qədər maddi sıxıntıların içərisində, bərbad bir təhsil-tədris sisteminin əlindən təngə gəlsəniz belə, sabaha ümidlə baxmaq və dəyişim görmək istəyirsiniz.

Hüququn üstünlüyünü təmin edən, yüksək sosial rifaha çatan, ictimai tələbləri qarşılayan, bütün bəşəri dəyərlərə sayğı göstərən və ona uyğun davranan bir sistemi özündə birləşdirən idarəetmənin olmasını istəyirsiniz Azərbaycanda.

Amma bu bir gerçəkdir ki, MİLLİ İDEOLOGİYASIZ demokratiya, insan hüquq və azadlıqları, hüquqi dövlət, sosial rifah uğrunda savaş aparmaq mümkün deyil, olsa belə, qalıcı deyil.

Uzun illər çinlilərin, rusların və farsların Türkçülüyə qarşı apardığı təbliğat və Türkçüləri planlı şəkildə məhv etmələrinin əsas qayəsi azad və demokratik Cümhuriyyətlərin bu torpaqlarda qurulmaması üçün olub.

Bu paylaşımlar sizin üçündür. Anlamalıyıq ki, Milli Şüur olmadan demokratik hərəkat məğlubiyyətə məhkumdür!

Milli şüura sahib olmaq üçünsə TÜRK tarixini çox dərindən bilməliyik!

P.S. Ankarada olarkən Uyğur Araşdırma İnstitutunun Başqanı Erkin Əkrəmlə bu mövzuda apardığımız görüşdən fotolar.
Anar Esedli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir