Gözün Aydın Azərbaycan!
Gözün Aydın Türk dünyası!
Mən Azərbaycanda doğulmuş Türkəm- deyən Məsud Pezeşkiyan İran Prezidenti seçildi.
…
Merih Demiralin göstərdiyi Boz Qurd işarəsi və aldığı cəza isə siyasi qərardır. UEFA dərhal Almaniya Daxili işlər nazirliyinin çağırışına cavab verdi və hər zamankı kimi yenə Türk millətinə qarşı Avropalıların haqsız qərarlarından biri. Halbuki fransız xoruz, digəri aslan göstərəndə irqciliyə deyil, milli simvollarla yozulur. Boz qurd işarəsi isə aşırı irqçiliyə yozuldu. Dünyanın böyük ərazisində yayılmış fərqli türk xalqlarının mistik simvolu olan işarəyə vurulan damğa dünya türklərinə qarşı hörmətsizlikdir.
…
Şuşada keçirilən Türk dövlətləri başçılarının görüşündə hər iki məsələyə münasibət bildirilməsi isə çox vacibdir.
Məsud bəyin Şuşadan təbrik olunması Güney Azərbaycan türkləri üçün əlamətdar bir mesaj olar.
İkinci olaya isə ən azından sabiq Türkiyə xarici işlər naziri Mevlud Çavuşoğlunun bir toplantı sonrası göstərdiyi bozqurd işarəsini xatırlayaraq TDT Xarici işlər Nazirlərinin Boz Qurd işarəsini birgə nümayiş etdirmələri həm türk dünyası ailəsi olaraq avropa ailəsinə yaxşı bir mesaj olar həm də bu günkü oyunda Türkiyə millisinə və bu oyunda millisinə dəstək üçün Almaniyaya gedən zirvə görüşünə qatıla bilməyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana dəstək olar.
…
Ölkəmizdə heç dəyişməyən ağır sosial problemlər bahalaşma, işsizlik, siyasi məhbus problemləri, insan haqları fonunda ideoloji çıxışlar, milli kimlik məsələləri çox hallarda vətəndaşımızda qıcıq yarada bilir. Amma bilməliyik ki, bütün bu problemləri ortadan qaldırmağın yolu elə ideoloji cəhətdən cəmiyyəti doğru hazırlamaqla olacaq!
Azadlıq eşqindən dolayı təbiətin ən ramolunmaz təmsilçisinə – qurda heyran olan, onu özünə totem seçən millətin nümayəndəsi olmaqla qürur duyduğunda bu azadlıq eşqi səni demokratik cəmiyyət uğrunda edilə biləcək bütün fədakarlıqlara hazır edəcək.
Anar Esedli