KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Anar Esedli: Demokratiyanın Qadın Üzü…

Anar Esedli: Demokratiyanın Qadın Üzü…

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
8 0

Gürcüstanda baş verənləri sadəcə Gürcü xalqının azadlığına və demokratiya ruhuna aşiqliyi kimi dəyərləndirməməliyik. Rusiyanın 200 illik Güney Qafqaz siyasətinə qarşı həll edici bir məqamda aparılan ciddi strateji ideoloji savaş kimi dəyərləndirməliyik.

Bölgəyə demək olar ki, heç bir inkişaf perspektivi təqdim etmədən, ancaq qaba güc və zorbalıq hesabına idarə etmə siyasəti aparan Rusiyanın Qafqaz regionunda ölkələr arasında nifaqı və ədavəti qızışdıran, daxili separatizmi himayə edən dövlət siyasətinə qarşı savaşdır və sadəcə Gürcülərin deyil bir qafqaz xalqı olaraq bizim də acı gerçəyimizdir.

Bu üzdən Gürcüstanı çox ciddi izləyirik fikrimcə bu dəqiqə vacib olan əsas faktor Lider məsələsidir. Gürcü müxalifətinin Lideri yoxdur. Və bu Lider sadəcə seçki davası üçün deyil dediyim kimi Rusiyanın Qafqazda nəfəsinin kəsilməsi savaşına rəhbərlik edəcək potensialda olmalıdır. Saakaşvili həbsdə olduğu üçün bu funksiyanı bu gün Gürcüstanda ancaq hazırkı prezident Salome Zurabişvili yerinə gətirə bilər.

Zurabişvili həm mənsub olduğu ailəyə həm keçdiyi siyasi yola görə bu xüsusiyyətləri özündə cəmləşdirə bilən xarizmaya malik liderdi.
Zurabaşvilinin babası 1921-ci ildə Gürcüstandan SSRİ işğalına görə qaçan siyasi mühacirlərdən olub. Atası Levan Zurabişvili isə Fransadakı gürcü diasporunun və gürcü siyasi mühacirlərin rəhbəri olmuşdur.
Siyasi fəaliyyəti dönəmində ən böyük uğuru Xarici İşlər naziri olarkən Rusiyanın Gürcüstandakı rus hərbi bazalarının geri çəkməsi qərarıdır.

Digər bir tərəfdən Gürcülər Moldovanları özlərinə örnək ala bilərlər. Rusiyanın bütün basqılarına rağmən Moldovanı Avropa ailəsinin bir parçası edə bilməsi Maya Sandunun liderliyi sayəsində oldu.

Postsovet məkanında Demokratiyanın Qadın üzünə ehtiyacı olduğu artıq bir gerçəkdir…

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir