Kurtları seven Rus işadamı, Türklerin desteği sayesinde internetin yıldızı oldu

AVRUPA KOMİSYONU BAŞKANININ MEŞRUİYETİNİ TARTIŞABİLİRİZ… AMA ŞİMDİ DEĞİL!

ABD yeni savunma sekreter vekili Mark Esper

Esper: F 35 tam kapasite kullanılamayacak

Amerikanın İranla savaş istəyib-istəmədiyini kəskin şəkildə ortaya qoymaq olmaz

Gündem, İran 9 Temmuz 2019
17

Dünyanın geopolitik mənzərəsi böyük güclərin “ağalıq ehtirası ilə alovlanır”. Regionda maraqlı olan qüvvələr “əzələ nümayişi”ndən çəkinmirlər. “Böyük 20” lik çərçivəsində dövlət başçılarının təkbətək görüşləri və dünya ictimaiyyəti qarşısında nümayiş etdirdikləri “performans”, deyilənləri bir daha təsdiq etdi. Dünyanın diqqətlə izlədiyi məsələlərdən biri də İran-ABŞ münasibətləri və bu iki dövlət arasında yaranmış gərginlikdən dolayı regionun üzləşə biləcəyi problemlərlə bağlıdır.

“Üç Nöqtə” bu və ya digər məsələlərə Türkiyənin Qafqaz Araşdırmaları Mərkəzinin İran üzrə eksperti Kərim Asgari ilə hazırladığı müsahibədə aydınlıq gətirib. Versus.Az həmin müsahibəni təqdim edir.

“Trampdan öncə Obama dönəmi İran üçün çox arzuedilən bir dönəm idi”

– Kərim bəy, istərdim ilk növbədə bu gün İran-ABŞ münasibətlərinin hansı səviyyədə olduğunu şərh edəsiniz. Bu güclərin bir-birinə qaşı hədələri ümumilikdə regiona nə vəd edir, müharibə təhlükəsi yaradırmı?

– Bu gün İran-ABŞ münasibətləri çox gərgin durumdadır. İran-ABŞ münasibətləri 1979-cu ildən bu yana bu qədər gərgin və təhlükəli olmamışdı. Görünən odur ki, bu gərginliyin əsas səbəbi İranın nüvə proqramıdır. Qeyd etməliyəm ki, Trampdan öncə Obama dönəmi İran üçün çox arzuedilən bir dönəm idi. Çünki Obama dönəmində İran Amerikadan çox ciddi imtiyazlar almağı bacardı və xüsusilə qarşılıqlı nüvə anlaşması əldə olundu. Amma Tramp hakimiyyətə gələndən sonra bunu qəbul etməyəcəyini, bu razılaşmadan çıxacağını söyləmişdi və elə də oldu. İndi bu prosesin içində təkcə Amerika deyil, onun müttəfiqləri də var. Amerika buna güvənərək İrana qarşı sanksiyalar həyata keçirir. Bu sanksiyalar İranın içində çox ciddi problemlərə yol açıb. Bütün bu prosesləri üst-üstə toplayanda və Amerikanın bu bölgəyə daşıdığı silahlar və əsgəri birləşmələrə diqqət çəksək, bunun müharibəyə bir işarə olduğunu görərik. Amma qarşıda müharibə olacaqmı, yaxud olmayacaqmı indidən söyləmək mümkün deyil.

– ABŞ bu müharibə ilə regionda hansı siyasəti yürüdür və İran özü ABŞ-la savaşa hazırdırmı?

– Amerika dünyanın ən böyük siyasi, iqtisadi və əsgəri gücünə malik bir ölkədir. Dünyada Amerikanın böyük postları vardır və hər günün 24 saatı o məkanları gəzib dolaşırlar. Trampdan bu yana ABŞ-ın Yaxın Şərqə xususi diqqəti vardır. Getdikcə İranın Suriya, İraq Yəmən üzərində olan təsirlərinin azalmasının şahidiyik və təhlükə bu bölgələrdən sovuşur. Amerika dəfələrlə deyib ki, biz savaş istəmirik, amma “savaş seçimi masanın üzərində”dir. Bunun anlamı budur ki, əgər şərtlər yerinə yetirilməsə, savaşa hazırıq. Digər tərəfdən, əgər bir ölkə müharibəyə girmək istəyirsə, mütləq iki önəmli şərti diqqətə almalıdır. Onlardan biri “iqtisadi güc”, ikincisi isə ölkə vətəndaşlarının buna nə dərəcədə dəstək verib-verməyəcəyi məsələsidir.

Bu gün isə İranda ümumi bir narazılıq var. Biz bunu ölkədə baş qaldıran kütləvi narazılıqlar və etiraz aksiyalarında gördük. Bundan əlavə İranda çox ciddi iqtisadi problemlər var. Bu gün İranda işsizlik 100-də 60 faizin üzərinə çıxıb. İran pulunun dəyəri itirilib. Bu faktorları nəzərə alsaq, İran ABŞ-la bu savaşda duruş gətirə bilməz. İran nə qədər “mən savaşa hazıram” desə də, bu xüsusatlar onun Amerikanın qarşısında savaşa hazır olmadığını göstərir.

“İranın Amerikanın qarşısında dayanacaq o qədər gücü yoxdur”

– Vaşinqton-Tehran gərginliyi davam etsə də, sanki ABŞ-ın Avropa və körfəz müttəfiqləri İranla savaşdan çəkinirlər, səbəb nədir?

– Bu savaşdan çəkinən əsas ölkə İran ola bilər. Çünki İranın Amerikanın qarşısında dayanacaq o qədər gücü yoxdur. Biz bundan öncə Amerikanın 21 günün içərisində İraqı əldə edib Bağdada girdiyinin şahidi olduq. Tramp dəfələrlə deyib ki, İranla müharibəmiz olarsa, qısamüddətli olacaq və bəlkə də bu zaman amerikalı əsgərlər İrana getməyəcəklər. Bunun çox fərqli anlamları vardır. Amma İranın da bir yandan bölgədə təxribat gücü yüksəkdir, regiyonda işbirliyi etdiyi milis və teror quruplar vardır. Amerikanın da bölgədə bəzi çıxarları və mənavfeləri var. Bütün bunların hamısını yan-yana qoysaq, görünəcək ki, Körfəz ölkələri bu məsələdən çəkinir. Çünki müharibə onların yaşadığı bölgələrdə olur. Avropalılar isə sadəcə iqtisadi məsələləri diqqətə alırlar.

– Kərim bəy, regiondakı proseslərin gedişi göstərir ki, İrana qarşı sanksiyalardan və müharibədən danışan Tramp arada yumşaq münasibət sərgiləyərək “tələskənliyə ehtiyac yoxdur, hələ zamanımız var” -deyir. Eyni zamanda İranın başçısı Həsən Ruhani də burda “müharibə yaradacaq heç nə yoxdur”- deyə yumşaq notlarla danışıblar. Nə baş verir, ABŞ və böyük gücləri İranla qarşıdurmaya tələsdirməyən əsas səbəblər nədir?

– Amerikanın ən çox çəkinəcəyi məsələ, Rusiya ilə Çinin bu savaşdan dolayı olaraq İranın yanında yer almalarıdır. Bu savaşın uzanması Amerikanın nüfuzuna zərər verə bilər. Buna görə də ABŞ tələsmir. Təbii ki, Rusiya ilə Çin də bu məsələdən istifadə etməyi düşünə bilər. Doğrudur, Amerika dəfərlərlə İrana bu mesajı verib ki, biz hər hansı şərt olmadan oturub sizinlə müzakirə etməyə hazırıq. Bunun qarşılığında isə İranın dini lideri Xameneyi bildirib ki, biz sizinlə heç nəyi müzakirə etməyəcəyik. Yaponiyanın baş naziri Tehrana gəldiyi zaman da bunu açıq şəkildə söylədilər. Mənim fikrimcə, əgər bu aşama addım-addım davam edərsə, bunlar artıq savaşa da yaxınlaşırlar. Hazırda dünyada İran nefti sanksiya və embarqoya məruz qoyulub. Bir yandan da İranın iqtisadi alış-veriş imkanları kəsilibdir. Avropa İranla elə bir iqtisadi imkanlar yarada bilməyib və dəfələrlə Tramp da deyib ki, biz İranla əməkdaşlıqda və ya hər hansı savaş məsələsində tələsmirik, adım-adım gedirik. Əgər İran bizim istəklərimizi yerinə yetirsə biz onlarla müzakirə etməyə hazırıq. Trampın belə bir mesajı da oldu ki, İran indiki yetkinlilərlə də böyük bir ölkəyə çevrilə bilər. Amma bu günədək İran bütün qapılarını Amerikaya bağlayır. Bunun əsas səbəbi İranla Amerika arasında 40 illik güvənsizlikdir.

“Azərbaycan İran və Rusiya arasında balanslı siyasət aparan bir ölkədir”

– İran-ABŞ ziddiyyətlərində Amerikanın regiondan hansı revanşı götürmək arzusu ola bilər, Azərbaycan ərazisindən İrana qarşı müharibədə istifadə arzusu ola bilərmi?

– Təbii ki, əgər İranla Amerika arasında bir savaş olarsa, o zaman region, o cümlədən Azərbaycanada mənfi təsir görəcək. Biz Suriya savaşında bunun şahidi olduq ki, müharibə milyonlarla insanın öz yerindən qaçqın düşməsinə səbəbə oldu. Azərbaycana da bunun təsiri ola bilər. Lakin İran-Rusiya əlaqələrini diqqətə alsaq, eləcə də İran-Azərbaycan sərhəddini də nəzərə alsaq, mən savaşda Azərbaycanın İran əleyhinə açıq şəkildə bir imkan yaradacağını düşünmürəm. Çünki bu savaşın sonucları da bəlli deyil. Azərbaycan İran və Rusiya arasında balanslı siyasət aparan bir ölkədir. Azərbaycandakı siyasilər də bu vəziyyətin fərqindədirlər.

“İran getdikcə bölgədə öz təsirini çoxaldır və…”

– Kərim bəy, bir çox ekspertlər tərəfindən belə fikirlər səslənir ki, əslində Amerika müsəlman dövləti olan İranla müharibə etmək istəmir. Çünki İran Amerika üçün sünni-şiə müsəlmanları arasında qarışıqlıq, gərginlik yaradan yeganə şiə dövlətidir. Buna fikriniz nə olacaq?

– Regionda olmaq Amerika üçün əhəmiyyətlidir. Bəzi ekspertlərə görə, Amerika İranı bölgədə bir qorxunc ölkə kimi göstərib bölgədəki ölkələrdə nüfuzunu çoxaltmaq istəyə bilir. İran getdikcə bölgədə öz təsirini çoxaldır. İranın İraqda da təsiri ola bilər, xüsusilə cənub bölgəsi İranın təsiri altındadır. Biz gördük ki, İran Rusiya ilə birlikdə Suriyada Əsədi indiyə qədər hakimiyyətdə saxladı, Yeməndə durumlar ortadadır, İran Hosilər istifadə edərək Səudiyyə Ərəbistanın çıxarlarına saldırır. Yəni bu savaşlar Amerikaya və daha böyük güclərə daha çox iqtisadi imkanlar qazandıracaqsa, bu müharibələr qaçılmazdır. Bunlar hamısı ayrı-ayrı yanaşmalardır. Amerikanın İranla savaş istəyib, istəmədiyini kəskin şəkildə ortaya qoymaq olmaz. Yəni bu məsələdə konkret danışmağımız mümkün deyil. Məsələn, Tramp prezident olandan sonra Şimali Koreyaya girdi. Baxanda Şimali Koreya ilə Amerika arasında olan gərginlik heç də İranla Amerika arasında olduğundan az deyildi. Yəni siyasət dəyişir. Bu gün Amerika deyir ki, bizim məqsədimiz İranı yanlış politikalardan çəkindirməkdi. İran isə qapılarını Amerikaya bağlayıb. Bəlkə İran Şimali Koreya olmaq istəmir. Bunlar hamısı ayrı-ayrı faktorlarıdır. Arxada görünməyən çox işlər var. Amma bütün hallarda yenə də ölkənin çıxarları ön plana çıxır. Əgər İranda rejim dəyişikliyinin olması Amerikanın maraqlarına uyğundursa mütləq bu olacaqdır. Amma Amerikanın da özünün iç siyasəti və bu məsələyə veriləcək təpkilər var. Müsəlmanlarda süni-şiə məsələsinə gəlincə, nəzərə almalıyıq ki, sünnilərin sayı şiyələrdən çoxdur. İran dünyada siyasi şiyəliyi təmsil edir. Amerika İranı təhlükə təhdid kimi göstərməklə bölgə ölkələrindən ciddi iqtisadi çıxarlar əldə edir. Amma bunu da diqqətə almaq lazımdır ki, İran inqilabdan sonra bölgədə şiə-sünni ayırmadan dəstəyini almışdısa, artıq yavaş-yavaş şiyəçiliyə doğru gedir. Zatən İran siyasətinin təməli şiyəçilik və farsçılıq təməli üzərindədir. İranın Şiyəçiliyi həddən artıq önə çəkməsi bölgədə o biri müsəlmanlar tərəfindən narahatlıqla qarşılandı. İranın şiyəçiliyi çıxmaqla İranın bölgədə xüsusi bir dəstəyinin olmadığına şahidik. Bir də İranın öz içində də İranın bu qədər şiyəçi siyasətini dəstəkləmir. Bu gün İranda bir təzad yarandığını görməkdəyik.

– Kərim bəy, bu günlərdə Yaponiyada “Böyük 20″liyin bir araya gəlməsi dünyaya hansı vədləri verdi. Bu görüş çərçivəsində ayrı-ayrı prezidentlərin təkbətək görüşləri “alovlanan” dünya düzəninə sərinlik gətirə biləcəkmi? Bu ərəfədə dünyanın Azərbaycana diqqəti hansı səviyyədə özünü göstərdi?

– “Böyük 20-lik” dünyadakı 19 güclü iqtisadi ölkə və Avropa Birliyidir. Bu, dünyanın üçdə ikisini əhatə edir. Eyni zamanda bu iqtisadi bir birlikdir və siyasi təsiri yoxdur. Eyni zamanda düşünürəm ki, bu iqtisadi birlik olsa da, burada siyasi məsələlər çox önəmlidir. Burda ölkələrin dövlət başçılarının bir-biri ilə görüşmələri daha anlamlıdır. Məsələn, burda bir neçə fakt diqqəti çəkir: Türkiyədə S400 və F35 məsələsi, Amerika-Çin arasındakı iqtisadi məsələlər, İran və Qərb arasındakı nüvə anlaşması və Amerikanın bu məsələdən çıxması və etirazı, Amerika ilə Yaponiya arasında olan iqtisadi məsələlərin müzakirə olunması… Ona görə də hesab edirəm ki, bu görüşün Azərbaycanla bağlı çox az təsiri olmadır. Digər tərəfdən, Dağlıq Qarabağ və kənar 7 rayonun işğaldan azad edilməsi daha çox Minsk qrupunda və Rusiya müstəvisində müzakirə və həll olunacaq bir məsələdir. Təbii ki, region ölkələri olaraq İran və Türkiyədə bu məsələyə daxildirlər. Biz məsələyə bu çərçivədə baxmalıyıq.


T.Qafarlı
Versus.Az

Yorumlar