KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Amerikalıların yeni diplomatik hücumu Rusiya-Türkiyə anlaşmasını pozdu

Amerikalıların yeni diplomatik hücumu Rusiya-Türkiyə anlaşmasını pozdu

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
397 0

Hələbdə toqquşmalar yenidən başladı; Suriyanın şimalında kürdlərlə Türkiyə ordusu qarşı-qarşıyadır, hər kəs silaha döndü…
Türkiyə və İraq arasında Mosul əməliyyatı mübahisələrinə ABŞ da münasibət bildirib. Ancaq Vaşinqtonun açıqlaması həddən artıq diplomatik olub və konkret olaraq yekun nəticəyə təsir edəcək ağırlığı olmayıb.

Ağ Evin sözçüsü Coş Earnest bildirib ki, Vaşinqton ilk gündən İraqda hərbi təlim proqramlarının Bağdadın razılığı ilə aparılmalı olduğunu deyib. O, İŞİD-ə qarşı əməliyyatların İraq mərkəzi hökumətinin razılığı və icazəsi ilə aparılmalı olduğunu bildirib. Eyni zamanda əlavə edib ki, Mosul yaxınlığındakı Türk hərbi düşərgəsi bu prinsiplərə zidd deyil.

Qeyd edək ki, Dövlət Departamenti sözçüsü Con Kirbi də bənzər açıqlama vermişdi. Kirbi Depratamentin İraqdakı beynəlxalq güclərin mərkəzi hökumətin koordinasiyası altında olmasına tərəfdar olduğunu söyləmişidi.

Ancaq maraqlıdır ki, oktyabrın 21-də Türkiyəyə səfər edən müdafiə naziri Karter Türkiyənin regiondakı rolunun onun həm Suriyada, həm də Türkiyədə İŞİD-ə qarşı əməliyyatlara qatılacağını bildirib. Sitat: “İraq Türkiyənin İŞİD-ə qarşı koalisiyada yer alan ölkə olduğunu bilir. Bundan başqa, Türkiyə Mosul bölgəsinə qonşu olduğu üçün Mosul əməliyyatının nəticələri ilə maraqlanır”.

Qeyd edək ki, Vaşinqtonun ikibaşlı açıqlaması Ankara və Bağdad arasında onsuz da gərgin olan münasibətlərə daha da mənfi təsir edir. Məsələ ondadır ki, İraq hökuməti Türkiyə ordusunun Mosul əməliyyatlarına qatılmasına qarşı olduğunu bəyan edib. Türkiyə prezidenti isə İraq baş nazirinə sərt cavab verib, Türkiyənin əməliyyata qatılacağını bildirib. Ankara həm Mosulda, həm də Suriyanın şimalında əməliyyatlara qatılmaqda qərarlıdır.

Bu arada dünya mediası Rusiyanın yeganə təyyarədaşıyan gəmisi “Admiral Kuznetsov”un Aralıq dənizinə göndərildiyi haqda məlumat yayıb. Şimal dənizindən La Manş boğazından keçən Rusiya gəmisini kiçik gəmilər, o cümlədən nüvə silahı olan “Böyük Pyotr” gəmisi müşayiət edir. Hazırda Aralıq dənizindəki gəmilərin Suriya əməliyyatında iştirak edəcəyi bildirilsə də, Rusiya prezidentinin mətbuat katibi Peskov “Admiral Kuznetsov”un Suriya əməliyyatlarında iştirak ehtimalının az olduğunu deyib. Rusiya televiziyasına verdiyi müsahibəsində Peskov deyib ki, hazırda Suriyada mövcud olan Rusiya hərbi texnika və hərbçiləri Suriyada hökuməti dəstəkləmək üçün yetərlidir. Bu isə onu göstərir ki, Aralıq dənizinə göndərilən Rusiya gəmiləri əslində bölgədə güc nümayişi üçündür.

Bu arada Hələb şəhərində 3 gündür davam edən atəşkəs şənbə günü axşam saatlarında sona çatıb. BBC-nin bölgədən verdiyi məlumata görə, atəşkəsin başa çatması ilə şəhərdə şiddətli atışma başlayıb. Suriya İnsan Haqları Müşahidə Qrupu hava zərbələrinin Hələbin cənubunda silahlıların əlindəki əsas bazanı hədəfə aldığını bildirib. Atışmalar isə əsasən şəhərin şərqində baş verib.

Qeyd edək ki, Hələbdə atəşkəs və humanitar dəhlizlərin yaradılması qərarını Ruisya və Suirya hökumət qüvvələri verib. Əvvəlcə müxaliflərin Hələbi tərk etməsi üçün 11 saat, daha sonra isə 3 sutka vaxt verilmişdi. Ancaq təhlükəsizlik təminatı olmadığını əsas gətirən silahlılar tələbi yerinə yetirməkdən imtina etdilər. Bu isə o deməkdir ki, Suriyanın şimalı ilə bağlı böyük anlaşma baş tutmayıb. Çünki daha əvvəl Ruisya ilə Türkiyə arasında Hələb və kürdlər mövzusunda anlaşmanın olmasından danışılırdı. Hətta Türkiyə prezidenti etiraf etdi ki, Putin ondan “ən-Nusra”nın Hələbdən çıxarılmasında yardım etməsi ilə bağlı xahiş edib.

Ehtimal olunurdu ki, Rusiya və Türkiyə Hələbin Suriya hökumətinin nəzarətinə keçməsi qarşılığında Suriya-Türkiyə sərhədləri boyunca kürd silahlılarının təmizlənməsi və bölgənin Türkiyə ordusu və müttəfiqi Azad Suirya Ordusu qruplaşmasının nəzarətinə keçməsində anlaşıblar. Ancaq Hələbin boşaldılması alınmadı və şəhərdə toqquşmalar yenidən bərpa olundu.

Eyni zamanda Azez bölgəsinə doğru irəliləyən Türkiyə ordusu və ASO bilrikləri Tel Rıfat şəhəri yaxınlığında qarşı-qarşıya gəliblər. ASO kürdlərə Tel-Rıfatdan çıxmaları üçün 48 saat vaxt verib və belə görünür ki, burda da qarşıdurma qaçılmaz olacaq. Bu isə o deməkdir ki, Suriyanın şimalında “böyük anlaşma” əslində baş tutmayıb və tərəflər hər biri “köhnə ssenariyə” geri dönür. Bu isə savaşın yenidən qızışmasıdır.

Suriyanın şimalında anlaşmanın alınmamasında ABŞ Müdafiə Nazirinin səfərinin də rolu olmamış deyil. Kürdlər hazırda ABŞ-ın təsiri altındadır. Hər nə qədər ABŞ və Türkiyə müttəfiq ölkə olsalar da, son illərdə Suiryada heç də ortaq mövqedən çıxış etmir. Ancaq Rusiyanın Türkiyə ilə yaxınlaşması Vaşinqtonu razı sala bilməz. Görünür ki, Karterin qovluğunda Ankara üçün daha uyğun təkliflər olub. Bu isə həm Suriya, həm də İraqla bağlı ola bilər. Yaxın Şərqdə hər zaman olduğu kimi mürəkkəb diplomatiya oyunları hərbi toqquşmaların bir addım önündə davam etməkdədir.

Kənan RÖVŞƏNOĞLU

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir