Türk Rus ittifakına karşı ABD Fransız işbirliği!

Rusiyada bu gün parlament seçimi var

Almanya Başbakanı Merkel, bir bisiklet yüzünden Rusya’ya nefret ediyor iddiası

Moldova Cumhurbaşkanı Dodon Türk-Rus ilişkilerini övdü: Bunu başardınız!

Amerikalılar Bərzanini satdımı?

Gündem 1 Kasım 2017
147

Vaşinqtonun Bərzaniyə sahib çıxmamasının arxasındakı səbəb

Şimali İraq Kürd Administrasiyası başçısı vəzifəsindən istefa verən Məsud Bərzani ABŞ-dan gileylənib. Daha doğrusu, Vaşinqtonun onu satdığını deyib. M.Bərzani deyib ki, İraq ordusu və “Həşdi Şabi” (könüllü ordu) Kərkükə Amerikanın “gözü önündə” “Abrams” tankları üzərində hücum etdi.

Məlum olduğu kimi, Məsud Bərzani bütün xəbərdarlıqlara baxmayaraq sentyabrın 25-də referendum keçirdi və son nəticədə bu, ona və rəhbərlik etdiyi kürd administrasiyasına qarşı ciddi təzyiqlərə səbəb oldu. Faktiki olaraq Bağdad Türkiyə və İranın dəstəyi ilə onu əzdi. İraq ordusu və könüllü birliklər bir neçə gün ərzində peşmərgəni muxtariyyətin sərhədindən kənarda yerləşdiyi ərazilərdən, o cümlədən Kərkükdən çıxardı. Oktyabrın 31-də isə İraq ordusu Türkiyə-İraq sərhədində yerləşən Habur kimi tanınan “İbrahim əl-Xəlil” gömrük-keçid məntəqəsini nəzarətə götürüb. Bununla da faktiki olaraq kürd administrasiyası iki əsas gəlir qaynağından – neft-qaz və gömrük rüsumundan məhrum edilib. Kürdlər Haburdan gündəlik bir neçə milyon dollar gəlir əldə edirdilər.

Artıq Bərzani istefa verdiyini bəyan edib. Kürd muxtariyyətinin yeni lideri axtarışları var. Ancaq əsasən də Rusiya mərkəzli mediada belə bir fikir dolaşır ki, amerikalılar Bərzanini müdafiə etmədilər, onu yarı yolda qoydular.

Doğrudanmı Vaşinqton Bərzanini satdı? Ümumiyyətlə, son olayların şifrəsini necə oxumaq lazımdır: Vaşinqtonun Bərzaniyə arxa çevirdiyini demək olarmı?

Əvvəlcə ondan başlayaq ki, Vaşinqton Bərzaninin istefa verməsini razılıqla qarşılayıb. ABŞ Dövlət Departamenti bəyan edib ki, Bərzaninin səlahiyyət müddətini uzatmaması qərarından məmnundurlar. Hətta açıqlamada Bərzaniyə tərif də vurublar. “Bərzani tarixi şəxsiyyətdir, son dönəmdə İŞİD-ə qarşı apardığımız birgə mübarizədə kürd xalqına rəhbərlik etdi” – deyə Dövlət Departamenti rəsmisi bildirib. Eyni zamanda bu qərarı ilə bir dövlət adamının atacağı addımı atıb.

Bu qədər. Amerika Bərzani erasının ən azı indiki mərhələ üçün qapandığını bildirdi və bundan razı qaldığını, eyni zamanda qapını açıq qoyduğuna işarə etdi. Vaşinqtonun Bərzanini Bağdad və eləcə də Ankara-Tehran ittifaqı qarşısında yalnız qoyması kürdlərin cəzalandırılması deyil, Bərzaniyə, necə deyərlər, çəki-düzən verilməsi prosesi idi.

Məsələ ondadır ki, kürd muxtariyyətinin bugünkü vəziyyətə gəlməsi ABŞ-ın xidmətləridir, böyük ölçüdə. Təbii ki, Vaşinqton hələ uzun illər kürdlərlə bu bölgədə əməkdaşlıq edəcək. Üstəlik, kürd amili regionda Türkiyə, İran, İraq və Suriyaya qarşı təzyiq vasitəsi kimi amerikalılara uzun müddət lazım olacaq. Hazırda Vaşinqton Türkiyənin israrlarına rəğmən Suriyada məhz kürdlərlə əməkdaşlıq edir və İŞİD-ə qarşı mübarizədə böyük uğurlara imza atıb. Suriya kürd faktoru indi Dəməşq və Ankara üzərində getdikcə kabusa çevrilməkdədir.

Eyni şəkildə artıq 15 ildir ki, İraq kürdləri və Vaşinqton arasında sağlam bir əməkdaşlıq mövcuddur. Və hazırda da davam edir. Ancaq son olaylarda Bərzani faktiki olaraq Vaşinqton üçün problemə çevrildi. Çünki kürdlərin müstəqillik referendumu, yaranacaq gərginlik Vaşinqtonun maraqlarına cavab vermirdi. Məhz bu səbəbdən ABŞ rəsmiləri Ərbildə Bərzani ilə bir neçə dəfə danışıqlar apardılar. Dövlət katibi Tillerson Bərzaniyə xüsusi məktub göndərdi. Ancaq necə deyərlər, hakimiyyət sərxoşu olmuş Bərzani Vaşinqtonu dinləmədi. Nəticədə Vaşinqton Bərzaninin cəzalandırılmasına mane olmadı, çünki Bərzani özü bunu istəyirdi.

ABŞ planlarını adətən uzun illər üçün qurur. Kürdlər isə Yaxın Şərqdə ən əlverişli müttəfiqlərdən biridir. Hələ uzun illər kürd faktoru bölgədə aktuallığını saxlayacaq. Bu səbəbdən Vaşinqton kürd muxtariyyətinin davam etməsi, varlığını qoruyub saxlamasında maraqlıdır, yəqin ki, belə də olacaq. Amma qaydalara riayət etmək şərti ilə.

Kənan RÖVŞƏNOĞLU

Yorumlar