Hulisi Akar Gürcistan’da

İran ABD gerginliğinde diplomasi

UKRAYNA’NIN ASKERİ TEKNİK KOMPLEKSİ RUSYA’YI DENGELEYEBİLİR Mİ

ОРГАНИЗАЦИЯ УПРАВЛЕНИЯ ГОРСКИМИ НАРОДАМИ СЕВЕРНОГО КАВКАЗА В XIX — НАЧАЛЕ XX ВВ.: ОСНОВНЫЕ ЭТАПЫ, ОСОБЕННОСТИ И ПРОБЛЕМЫ

AMERİKALI DİPLOMATDAN 4 BƏNDLİK QARABAĞ MESAJI…

Azerbaycan, Ermenistan, Gündem 24 Şubat 2019
67

Minsk Qrupunun keçmiş amerikalı həmsədri Riçard Hoqlandın “Amerikanın Səsi”nə son müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dedikləri yenilik olmasa da, işin içində olan diplomatın dili ilə deyilənlər bugünə qədər vurğulanların təsdiqidir.

Birincisi, Riçard Hoqland həmsədr işlədiyi dövrdə bu qənaətə gəlib ki, Rusiya münaqişənin həllində maraqlı deyil, çünki münaqişə həll olunarsa, Moskva regionda təsir rıçaqlarını itirəcək. Bunu illərdir deyirik. Hətta amerikalı diplomat Vaşinqtonun düşməni İranın münaqişənin həllində maraqlı olduğunu deyərkən, Rusiya haqqında eyni sözləri deyə bilmir.

İkincisi, Riçard Hoqland neçə illik müşahidələrindən bu qənaətə gəlib ki, danışıqlar prosesi münaqişənin həllini yaxınlaşdırmır. Bunu o şəxs deyir ki, bir neçə il tərəflər arasında gizli danışıqların iştirakçısı olub. Amerikalı diplomat son ayların yeganə müsbət nəticəsi kimi atəşkəsin pozulması hallarının azalmasını göstərib. Bu isə əslində nəticə deyil, çünki hər an vəziyyət dəyişə bilər.

Üçüncüsü, Riçard Hoqland danışıqların düyün nöqtəsi kimi referendumu göstərir. Madrid planında bölgə üçün “müvəqqəti status” bəndi var. Yəni bu bəndə görə bölgənin təhlükəsizliyinə təminat verilir, özünüidarəetmə davam edir, işğal altındakı rayonlar boşaldılır, azərbaycanlı köçkünlər geri dönürlər və bunların qarşlığında separatçıların idarəetməsinə toxunulmur. Rəsmi Bakı “müvəqqəti status” ideyasını və qeyri-müəyyən müddətdən sonra referendumun (referenduma çıxarılan sualların qoyuluşu ayrıca müzakirə predmetidir) keçirilməsini mümkün hesab edərkən, rəsmi İrəvan “müvəqqəti statusa” və Dağlıq Qarabağa aid olmayan rayonların boşaldılmasına razı olsa da, referemdumun dəqiq tarixinin sazişdə göstərilməsini tələb edir. Məhz buna görə də razılaşma əldə etmək mümkün deyil. Çünki, biz dəqiq tarixə razılaşa bilmərik.

Dördüncüsü, müsahibədə diqqəti çəkən məqamlardan biri də budur ki, Riçard Hoqland Ermənistanın baş naziri Nikol Paşinyanın adını bir neçə dəfə çəksə də, Azərbaycan prezidenti İlham Əliyevi xatırlamayıb. Bu da ondan irəli gəlir ki, Riçard Hoqland da o fikri qəbul edir ki, münaqişənin həllində ilk addımı məhz Nikol Paşinyan atmalıdır. Yəni birinci növbədə “mərhələli həll” planı işə düşməlidir. Ancaq Riçard Hoqland onu da etiraf edir ki, Paşinyan hakimiyyətini qorumaq üçün Qarabağ münaqişəsinin həlli ilə bağlı risqə getmək istəmir. Başqa sözlə biz Paşinyandan münaqişənin həllini gözləməməliyik.

Beləliklə, Riçard Hoqland müsahibəsindəki fikirlərlə danışıqlar prosesinin yerində saydığını göstərmiş oldu. Tam əminəm ki, indiki həmsədrlər işlərindən ayrıldıqdan sonra Riçard Hoqland kimi oxşar açıqlama verəcəklər. Əslində keçmiş həmsədrlər nəticəsiz danışıqların mahiyyətini açıqlamaqla Azərbaycanın işğalçıya təzyiqini artırmasından başqa yolunun qalmadığını etiraf etmiş olurlar. Danışqılarda irəriləyiş yoxdursa ayrı nə qalır ki?
Elhan Şahinoğlu

Yorumlar