KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Altay Göyüşov: ümumdaxili məhsulun həcminə görə reytinqlər

Altay Göyüşov: ümumdaxili məhsulun həcminə görə reytinqlər

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
439 0

Rusiyanın RBK kanalından çox maraqlı bir araşdırma yayılıb. 15 keçmiş sovet respublikasının 1990-cı ildəki (yəni hələ SSRİ tərkibində olanda) və 2019-cu ildəki adambaşına düşən ümumdaxili məhsulun həcminə görə reytinqləri verilib.

Çox maraqlı mənzərə yaranır. Deyim ki, reytinqdə elə bir ciddi dəyişiklik yoxdur. Necə ki, Sovet dövründə Baltik respublikaları öndə idilər, indi Avropa Birliyinin üzvü olmuş bu ölkələr yenə də hamıdan öndədirlər. Ən çox aşağı düşən Gürcüstandır, bu da aydındır. Sovet dövründə gürcülərin əksəriyyətdən yaxşı yaşadığı məlum idi, amma bu, Rusiyanın ora verdiyi dotasiyalar hesabına baş verirdi. İndi daha Rusiya vermir, ona görə də yumbalanıblar aşağı. Amma yenə də bizdən yuxarıda qərarlaşıblar. SSRİ dövrü ilə müqayisədə ən çox yuxarı qalxan isə Türkmənistandır. Amma elə araşdırmada da deyildiyi kimi, Berdımuxammedin rəqəmləri elə onun özü kimi aşırıi gop olduğu üçün inanmalı deyil.

Keçək özümüzə. Sovet dövründə 11-ci yerdə idik, indi 9-cu. Amma biz qalxmamışıq, Ermənistan və Ukrayna kimi ölkələr yumbalanıblar bizdən aşağı.

Bəs biz niyə qalxamışıq?

Axı biz sovet dövründə deyirdik ki, bizi Rusiya inkişaf etməyə qoymur, bu qədər resursumuz var. Biz həqiqətən də çox-çox yuxarılara qalxmalı idik, çünki doğrudan da biz Sovet dövründə mərkəzə verdiyi aldığından çox olan iki respublikadan biri idik. İndi isə resurslarımız özümüzə qalıb, neft-qaz kontraktları bağlamışıq, amma nəinki vəziyyətmiz yaxşılaşmayıb, əksinə daha da pisləşib. Bəzi səbəbləri sadalayım:

Birincisi, indi tam əminliklə deyə bilərik ki, bizim 1970-1980-ci illərdə də quyruqda olmağımızın ilk səbəbi Rusiyadan daha çox, elə öz idarəçilərimiz, yəni hələ də bizi idarə edən bu hökumət olub. Bu hökumət o dövrdə Moskvanın gözündə özünü yaxşı göstərmək üçün camaatın varidatını toplayıb, verirdi Moskvaya. Bunun müqabilində orden alırdı, medal alırdı, Politbüroya üzv olurdu. Camaatın isə inəklərinin sayı biraz çoxalan kimi tutub basırdılar dama, yaxud başına aeroplandan pambıq gübrəsi adı ilə hər cür zəhər tökürdülər, yaxud da qəpik-quruş müqabilində üzüm sahələri üçün ağır beton dirəkləri daşımağa vadar edirdilər. Yəni problem Moskavadan çox elə özümüzün rüşvətxor, yerlibaz, əzazil hakimiyyətində idi.

İkincisi, əsas məsələlərdən biri budur ki, biz onda əgər ancaq Moskvanın müstəmləkəsi idiksə, yəni bizim hökuimət ancaq bizdən sümürdüyünü Moskvaya yaltaqlanmaq üçün oraya daşıyırdısa, indi maşallah, bütün dünyaya daşıyır. London bir qırağa, Avropanın elə paytaxtı, kurortu yoxdur ki, ora bizim oğru oliqarxiya sizdən çırpışdırıb, maya qoyub, malades qazanmasın. Yəni biz indi təkcə Moskvanın deyil, korrupsioner idarəçilərimizin sayəsində bütün dünyanın müstəmləkəsiyik. İndi hpkuməti bütün dünyaya paylayan ölkənin vətəndaşı nə ilə rifah əldə etsin?

Üçüncüsü, SSRİ dövründə ümumi daxili məhsul böyük ölçüdə bütün əhali arasında bərabər paylanırdı. Demirəm ki, varlı-kasıb yox idi. Var idi. Amma gəlirlər arasındakı fərq, varlı-kasıb arasındakı fərq bu boyda uçurum deyildi. İndi isə vəziyyət belədir ki, ölkənin bütün ümumi daxili məhsulu barmaqla sayıla biləcək adamarın əlində toplaşıb. Kiçik bir qrup ultra varlı, böyük əksəriyyət isə ultra kasıb olub. Adi adamlarımız Almaniyanın qaçqın düşərgələrində zülm çəkir, oliqarxlar isə Berlində topa-topa mülklər alır. Hakim ailə, rövnəqlər, kəmaləddinlər dünyanın qeyri-rəsmi şəkildə ən varlı adamlarına çevriliblər, camaat isə yayda kondisioner, qışda kombi yandırmır ki, işiq pulu, qaz pulu onu ac qoymasın.

Altay Göyüşov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir