Mahiyyət nədir? Bütün Avropa mətbuatı eyni şeyi yazır ki, qitə Qarabağ münaqişəsinə müdaxilə etmək gücündə olmadığını göstərdi. Səbəb də hərbi gücün olmaması. Qonşuluqda iki hərbi güc formalaşıb: Rusiya və Türkiyə. Bu, Avropa üçün təhdid kimi qiymətləndirilir.
Avropalılar deyir ki, dünənə kimi Avropanın hərbi gücünü Britaniya və Fransa formalaşdırırdı, həmçinin Amerikanın qeydsiz-şərtsiz dəstəyi var idi. Britaniya Avropadan çıxdı. Amerika isə Tramp admınıstrasiyası dövründə NATO-ya əvvəlki önəmi vermədiyini göstərdi. Amerika hərbi bazaları isə Almaniyadan Polşaya daşınır.
Bu şəraitdə Avropa şərhçiləri yazır ki, belə çıxır bütün Avropanın hərbi yükü tək Fransanın boynuna düşür. Fransanın tək başına Avropanın hərbi yükünü boynunda daşıyacağı isə mümkün deyil, gücü çatmaz.
Nəzərlər yönəlir Almaniyaya ki, hərbi əzəmətini bərpa eləsin. Almanların özlərinin səsi çıxmır. Sadəcə görürlər ki, dünənə kimi ona hərbisini inkişaf etdirməyə qadağa qoyanlar, indi bir-bir ondan hərbi quruculuğa girişməyi tələb edirlər.
Sözsüz ki, Almaniyanın çox qısa müddətdə çox güclü ordu qurması potensialı böyükdür. Bu heç kimdə şübhə doğurmur.
Amma məsələ o qədər asan deyil. Almaniyanın hərbi gücə çevriləcəyi ehtimalı ilk növbədə fransızların və polşalıların yuxusunu qaçırdır. Təlaş da boş yerə deyil. Təkcə son illərdə Almaniya ordusunda aparılan tədqiqatlar heyətdə radikal millətçilik ideologiyasının yüksək hədlərə çatdığı qənaətinə gəliblər. İş o yerə çatıb ki, Almaniyanın ən elit hərbl birləşməsi olan, kommandosun (KSK) 2-ci briqadası məhz orada millətçilik əhvali-ruhiyyəsini islahatlarla aradan qaldırmaq mümkün olmadığından tamamilə buraxıldı. Fəqət Almaniyanın yenidən əzəmətli ordu quruculuğuna girişəcəyi də alternativsiz perspektiv kimi görsənir.
Altay Göyüşov Bakü
- Anasayfa
- »
- Azerbaycan
- »
- Altay Göyüşov: Qarabağ məsələsi SSRİ-ni dağıtmışdı, indi guman ki, dünyanı dəyişdirəcək
Altay Göyüşov: Qarabağ məsələsi SSRİ-ni dağıtmışdı, indi guman ki, dünyanı dəyişdirəcək
545 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.