KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Altay Göyüşov: Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir

Altay Göyüşov: Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
13 0

İlham Əliyevin qürrələndiyi söhbətlərdən biri də budur ki, bəs inkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulundan daha çoxdur. Amma Azərbaycanda xarici borc ümumi daxili məhsulun heç 20 faizini təşkil etmir.

Məsələnin məğzi isə budur ki, orada borcun yaranmasına səbəb dövlətin xalqın rifahına qulluq etməsidir. Nəticədə orada camaatın rifahı bizim camaatın rifahından qat-qat yüksəkdir. Ona görə də bizim camaat imkan tapan kimi ora qaçır.

Bizdə isə dövlət, xalqın deyil, bir ovuc başda duranın rifahını təmin etmək üçündür. Nəticədə bizdəki məmur-oliqarx tayfası oranın dövlət, hökumət başçılarından, nazir-filanından qat-qat varlıdır.

Bütün ölkənin varidatı sizə baxır, hamınız multimilyardersiniz, ehtiyacınız yoxdur, almırsınız. Camaatın rifahı isə sizi maraqlandırmır. Əksinə camaatın rifahını əlindən almaq hesabına hamınız multimilyarderə dönmüsünüz. Hər il dünya mətbuatı sizinkilərin gah Londonda, gah İbizada, gah başqa yerdə çıxartdığı cürbəcür oyunlarıdan yazır.

Bir sözlə, bilirik ki, borcunuz yoxdur. Bu camaatın rifahını əlindən alıb multimilyarder olmusunuz deyə yoxdur.
Altay Göyüşov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.