Yunanistan müttefiklerini Türkiye’yle savaştıracak!

HOLLANDA’DA IRKÇILIĞIN TEHLİKE ÇANLARINA İŞARETTİR

Kafkassam Başkanı Dr Hasan Oktay Bengütürk. Tv de

Kırım’daki tatbikata 10 bin asker ile 40 savaş gemisi katılıyor

Altay Göyüşov: Allahşükür Ojaq Nejatı Şuşaya özbaşına istəsə də apara bilməz

Gündem 27 Temmuz 2021
80
MAKEDONYA'DA SINAVSIZ ÜNİVERSİTE

Birincisi, məsələnin məğzi ondan ibarətdir ki, cənab Paşazadə İranla gərginliyin aradan qaldırılması məsələsini özbaşına eləmir. Məhz Azərbaycan hökumətinin tapşırığı ilə edir. Çıxış heç, Allahşükür Ojaq Nejatı Şuşaya özbaşına istəsə də apara bilməz. Bu, Azərbaycan hökumətinin siyasətidir, Paşazadə sadəcə icraçıdır. Bu siyasət düzdürmü? Təbii ki, Əliyevin xarici siyasət metodları çərçivəsində atılan addımdır. Bu vaxta kimi də ona uğur gətirib.

İndi o tamamilə başqa məsələdir ki, Paşazadə verilən tapşırığı yerinə yetirəndə quş buraxıb. Bu da cənab Paşazadənin köhnə şakəridir. Adam fikrini həmişə elə tərzdə ifadə edir ki, cəmi aləmi özünə güldürür. Mən bunun barəsində xüsusi yazı da yazmışdım, vaxtilə. Məsələn, vaxtilə Həcc ziyarəti ilə bağlı gərginkik yaşananda çıxıb demişdi ki, camaatı Məkkəyə aparmaq üçün ingilis bankından faizə pul götürmüşəm:) Yaxud, vicdan azadlığı məsələsi müzakirə olunanda, adamın “mən bu yaşa çatmışam, vicdan nədir, bilmirəm” sözünü deməsi çoxunuzun yadındadır. Adam fikrini ifadə edə bilmir, problemi budur.

Məhz buna görə də Türkiyə rəsmilərinin Paşazadənin çıxışından hiddətlənməsi də tamamilə anlaşılandır. Son müharibədə Türkiyə ilə İranın Azərbaycana köməyini eyniləşdirmək üçün gərək Allahsız olasan:) Azərbaycan müharibədə məhz Türkiyənin dəstəyi nəticəsində bu cür uğur qazandı. Mən də türklərin yerinə olsa idim, İranla eyniləşdirilməyə sərt cavab verərdim.

Ümumiyyətlə, isə müharibədən sonra Azərbaycanla Türkiyə arasında yüngül də olsa, gərginliklər var. Türkiyə tərəfinin müharibədəki dəstək əvəzinə Azərbaycandan bir sıra istəkləri var. Amma asan reallaşdıra bilmir. Azərbaycan hökuməti dirənir.

Əvvəl Azərbaycanla qaz müqaviləsinin yenilənməsində problemlər yaşandı. Türkiyə qiymətin azaldılmasını istəyirdi.

Sonra Şuşada məktəb məsələsi ilə əlaqədar gərginliklər oldu.

İndi də Türkiyənin Şimali Kiprin tanınmasını Azərbaycandan istədiyi haqqında söhbətlər gəzir. Azərbaycan deputatları, məsələn, Şimali Kiprə aparılmışdı.

İlham Əliyevin isə, yaxşı müşahidəçinin artıq çoxdan sezdiyi bir şakəri var, əlim yandıda hər şeyə söz verir. Böhran arxada qalandan sonra isə verdiyi sözlərin xeylisini müxtəlif vasitələrlə yerinə yetirmir.

Bu Şimali Kipr də yeni söhbət deyil. İlk seçkisi ərəfəsində Əliyev çıxıb televizorda demişdi ki, Şimali Kiprin müstəqilliyini tanıyacağıq. Təbii ki, özü separatizmlə qarşılaşan Azərbaycan, ən azı o dönəmdə bunu edə bilməzdi. Mən İlham Əliyev onu deyəndə televizorun qabağında oturub gülürdüm, türklər isə bilmirəm niyəsə, buna inanmışdılar. Və Azərbaycan nəinki bunu etmədi, hətta Şimali Kiprdə birləşmək referendumuna yunanlar yox deyəndən sonra, türklərin AŞPA-da yunan tərəfini qınayan qətnaməsi səsə qoyulanda, Azərbaycan nümayəndə heyəti hərfi mənada aradan çıxdı. Səməd Seyidov həmişəki kimi, bu aradan çıxmağı əsaslandırmaq üçün, səy-səy şeylər danışırdı.

Bu gün baş verən proses də eyni şeydir. Müharibə dövründə Əliyevə bir cür siyasət lazım idi, o dövrün tələblərinə uyğun xarici siyasət aparırdı, bu gün tamam başqa şey lazımdır, ona uyğun siyasət aparır. Hələki özü üçün uğurludur. Üstəgəl, Əliyevin bir güllə ilə iki dovşan vurmaq şakəri də var:)

Altay Göyüşov

Yorumlar