21 Mayıs 1864 büyük Kafkas sürgünü

В Дагестане установили памятник турецким воинам

Sam Mensa: İran’ın koruyucuları

Jirinovski: Türkiye-Rusya-İran üçlüsünü ben önerdim, Nobel Ödülü’nü hakediyorum

Alimin səhhəti ağırlaşıb – Dostu xəstəxanadan şikayətçidir: “Müalicəsi sistemli getmir”

Azerbaycan 10 Şubat 2021
48

Faiq Ələkbərli: “Keyfiyyətli iynə-dərmandan istifadə etmədikləri üçün səhhəti düzəlmir”

Aynur Mirzəyeva:“Səhhətinin düzəlməməsi də məhz ciyərləri ilə bağlıdır”

Məlum olduğu kimi tanınmış tarixçi-alim, Bütöv Azərbaycan Ocaqları başqanının ideoloji məsələlər üzrə müavini Dilavər Əzimli 1 aydan çoxdur Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında koronavirusla mübarizə aparır. Bu ilin yanvarın 4-də xəstəxanaya yatırılan tarixçinin durumu heç də qənaətbəxş deyil.

Tarixçinin yaxın dostu, BAO təmsilçisi, türkoloq-alim Faiq Ələkbərli Dilavər Əzimlinin səhhəti ilə bağlı ciddi narahatlıq keçirdiklərini deyib. F.Ələkbərli vurğulayıb ki, tarixçi adıçəkilən xəstəxanaya sap-sağlam, ayaq üstə gedib.

Onun sözlərinə görə, əslində Dilavər Əzimli koronavirusdan sağalmışdı, sadəcə əlavə müalicə almaq və ciyərlərində hansısa fəsad qalmaması üçün Zığdakı xəstəxanaya yatırılmışdı:

“Xəstəxanada EKMO aparatına qoşublar, amma vəziyyəti yaxşılığa doğru getmir. Bəlkə də, keyfiyyətli iynə-dərmandan istifadə etmədikləri üçün səhhəti düzəlmir. Son məlumata görə, hətta ciyərlərinin 80 faizi süni aparat vasitəsi ilə işlədilir. Əgər müalicəsi, yaxud hər hansı preparatla bağlı nəyəsə ehtiyac varsa, biz BAO olaraq əlimizdən gələni etməyə hazırıq.

Deyirlər ki, sepsis olandan sonra ağır immunitet preparatlarından istifadə olunub və bədənin immuniteti zəifləyib. Artıq orqanizm müalicəyə cavab vermir. Həkimlərdən də fərqli fikirlər gəlir. Açığı, xeyli vaxt keçib, çox narahat oluruq. Bəziləri haqlı olaraq düşünürlər ki, görünür, xəstəyə yetərli diqqət ayrılmır və sistemli müalicəsi təşkil olunmur”.

Vəziyyətlə əlaqədar FHN-nin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanası ilə də əlaqə saxladıq. Xəstəxana rəsmisi, operator Aynur Mirzəyeva “Sherg.az”a bildirdi ki, Dilavər Əzimlinin vəziyyətinin qənaətbəxş olmadığını təsdiqləyib:

“Dilavər müəllimin vəziyyəti ağır olaraq dəyərləndirilir. Hazırda ciyərləri 40 faizlə EKMO aparatına qoşuludur. Hələlik aparatdan ayırmaq mümkün deyil, çünki ciyərlərinin 60 faizi işləmir. Səhhətinin düzəlməməsi də məhz ciyərləri ilə bağlıdır. Bilirsiz ki, koronavirus ciyərləri məhv edir.

Buna baxmayaraq, həkimlərimiz, heyətimiz əlindən gələni əsirgəmir, gecə-gündüz bütün xəstələrə yüksək diqqət və qayğı göstərirlər. Xəstəxanamız hər cür imkanlarla təmin olunub.

Ən müasir tibbi avadanlıqlarla təchiz olunub və bütün preparatlar var”.
Ziyalılar tarixçi-alim Dilavər Əzimlinin səhhətindən narahatdırlar

Məlum olduğu kimi tarixçi-alim Dilavər Əzimli 1 aydan çoxdur ki, Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasında koronavirus (COVİD 19) diaqnozu ilə müalicə olunur. Bu ilin yanvar ayının 4-də xəstəxanaya yerləşdirilən dosent Dilavər Əzimli səhhətinin pisləşməsi səbəbindən EKMO aparatına qoşulu vəziyyətdədir. Müalicə olunduğu xəstəxananın rəsmi nümayəndəsinin və yaxınlarının məlumatından bəlli olur ki, uzun bir müddət keçməsinə baxmayaraq tarixçi-alimin səhhətində ciddi bir irəliləyiş yoxdur.

Cəmiyyətdə öz dəsti xətti ilə tanınan, milli ideologiyanın daşıyıcılarından biri olaraq və elm-təhsil fəaliyyətində xüsusi vətənpərvərlik baxışları ilə seçilən dosent Dilavər Əzimlinin səhhətinin qənaətbəxş olmaması çalışdığı elm-təhsil müəssisənin əməkdaşlarını, ziyalıları və yaxınlarını narahat etməkdədir.

Tarixçi-alim Dilavər Əzimlinin bu narahatçılıq doğuran vəziyyətinin ziyalıları narahat etməsini nəzərə alaraq, müalicə olunduğu xəstəxananın məsul şəxsləri və həkim heyəti tərəfindən cəmiyyətə daha dolğun məlumat verilməsini arzu edirik.

Azərbaycan ziyalıları olaraq, pandemiya dövründə ağır şərtlər altnda işləyən, böyük fədakarlıq göstərən minlərlə koronavirus xəstəsinə yenidən həyat bəxş edən həkimlərimizə inanır, güvənirik.

Dəyərli və fədakar həkimlərimiz! Biz ziyalılar, cəmiyyətimiz üçün olduqca gərəkli insanlardan biri olan, elm-təhsil sahəsində böyük işlərə imza atan tarixçi-alim Dilavər Əzimlinin də yenidən sağlamlıgına qovuşaraq cəmiyyətimizdə öz fəaliyyətini davam etdirəcəyinə ümid edir, buna görə sizə böyük ümidlərimizlə güvənirik. Allahdan siz həkimlərimizə güc qüvvət, dəyərli tarxçi-alimimizə şəfa arzulayırıq.

Mübariz Ağalarlı,
tarix üzrə fəlsəfə doktoru, dosent

Zahir Əlisoy,
Bütöv Azərbaycan Ocaqları başqanı

Faiq Ələkbərli
Bütöv Azərbaycan Ocaqları başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru

Zəkulla Bayramlı,
“Bütöv Azərbaycan Ocaqları”nın üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent

Paşa Həsənli,
Bütöv Azərbaycan Ocaqları ( BAO) Mərkəzi Şurasının üzvü, tarixçi

Alı Balayev,
“Bütöv Azərbaycan Ocaqları”nın üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent

Eldəniz Abbaslı,
pedaqogika üzrə fəlsəfə doktoru, BAO İnformasiya Xidmətinin rəhbəri

Araz Şamilov,
“Tariximizə Sahib Çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyinin sədri

Aydın Qasımlı (Mədətoğlu),
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent

Şahlar Hacıyev.
Bütöv Azərbaycan Ocaqları Mərkəzi Şurasının üzvü, tarixçi araşdırmaçı

Babək Türkoğlu,
“Bütöv Azərbaycan Ocaqları”nın üzvü

Hacı Həsənov,
AMEA Tarix İnstitunun aparıcı elmi işcisi.t.ü.f.d.dosent

Əzizağa Ələkbərov,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

Polad Xəlilov,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Fərəh Hüseyn,
AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent

Yorumlar