KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. Ali Zulfuqaroğlu: “İranın geosiyasi dayaqları ciddi zərbə alıb, ABŞ ilə razılaşma ehtimalı yüksəkdir”

Ali Zulfuqaroğlu: “İranın geosiyasi dayaqları ciddi zərbə alıb, ABŞ ilə razılaşma ehtimalı yüksəkdir”

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
19 0

ABŞ prezidenti Tramp Ağ Evdə Salvador prezidenti Nayib Bukele ilə görüşündə İranla danışıqları dəyərləndirib. “İran bizimlə razılaşmaq istəyir, amma necə olduğunu bilmirlər. Məsələ burasındadır: İran heç vaxt nüvə silahına malik ola bilməz”
ABŞ və İran danışıqları nə kimi nəticə verə bilər? Bəzi siyasilər belə hesab edir ki, İran ilə ABŞ razılığa gəlməyəcək. Belə olarsa müharibə ehtimalı varmı?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranın daxilində mühafizəkar siyasəti dəstəkləyən radikal qruplar mövcuddur, hansı ki, ölkənin xarici siyasətinin müəyyənləşməsinə ciddi təsir göstərə bilirlər: “Xüsusilə SEPAH daxilində formalaşan və oturuşmuş gücə çevirlən qruplar islahatlara, həmçinin Qərb və digər ölkələrlə münasibətlərin normallaşmasına qarşıdırlar. Hətta ali dini lideri də təzyiq altında saxlayıb, onun qərarlarına təsir edə bilirlər. İranın bu vəziyyətə düşməsinin kökündə də məhz bu siyasi xətt dayanır”.
Əli Zülfüqaroğlu qeyd edib ki, islahat tərəfdarı olan Pezeşkianın prezident seçilməsi İranın ənənəvi siyasətindən tədricən uzaqlaşacağı düşüncəsi yaratsa da, bu proses baş vermədi: “Görünür, Xameneiyə ciddi təzyiqlər oldu. Nəticədə İran Yaxın Şərqdə ciddi zərbələr aldı və bu vəziyyət İranın imicinə mənfi təsir göstərdi. İran hazırda çox çətin durumdadır və bu ölkənin ətrafındakı həlqə getdikcə daralır. İsrail ABŞ-ni buradakı sionist lobbinin gücündən istifadə edərək məcbur etməyə çalışır ki, İranı vursun. Amma indiki məqamda İranın vurulması, ümumiyyətlə müharibələrə girmək Tramp administrasiyasının maraqlarına qətiyyən uyğun deyil. Çünki daxildə həll edilməsi vacib olan ciddi problemlər var. İqtisadiyyat düzəldilməli və qlobal imperializmin kök atmış rıçaqları sıradan çıxarılmalıdır. Ona görə də müharibələrə girilməsi Trampı çətin vəziyyətə sala bilər. Məsələn; neft kəskin şəkildə bahalaşa bilər ki, bu da ABŞ iqtisadiyyatı üçün arzuolunan deyil. Tramp istər seçki kampaniyası zamanı, istərsə də inaqurasiya mərasimi zamanı daxildə enerji qiymətlərinin aşağı salacağı və iqtisadi problemlərin həll ediləcəyinə söz verib. Bunun üçün neft ucuz olmalı və ABŞ mərkəzli qlobal şirkətlər tədricən Amerikaya köçməlidir. Bunun da qısa müddətdə həyata keçirilməsi mümkün deyil”.
Siyasi şərhçi vurğulayıb ki, İran da ABŞ-nin daxili problemlərini və müharibəyə girmək istəmədiyini bilir və maksimum dirənməyə çalışır ki, ABŞ ilə dil tapsın və daha çox güzəşt əldə etsin: “İranın vurulması nəzərə cəhətdən mümkün olduğu üçün birmənalı olaraq ABŞ ilə danışıqlardan imtina etmir, yaxud Vaşinqtonun təkliflərini rədd etməyə cəsarəti çatmır. Tramp İrana təzyiqlərini aşağı salmayacaq ki, istədiyini əldə etsin. İran razılaşmayacağı təqdirdə məsələn, İranın qeyri-leqal ixracatına zərbə vurula və İran iqtisadiyyatı daha çətin duruma düşə bilər. Belə olan halda daxili narazılığın yüksəlməsi və hökumətin, ümumiyyətlə sistemin çökmə ehtimalı artır. Bu baxımdan İran da tərəddüdlü siyasət yürüdür. İstənilən halda İranın geosiyasi dayaqları ciddi zərbə alıb və uzun müddət ABŞ-nin təzyiqlərinə davam gətirə bilməz. Bu da onu deməyə əsas verir ki, ABŞ-İran arasında razılaşma ehtimalı yüksəkdir”.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir