KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Shamil: DOSTLAR BAŞINIZ SAĞ OLSUN ARİF RƏHİMOĞLU BU DÜNYADAN KÖCDÜ

Ali Shamil: DOSTLAR BAŞINIZ SAĞ OLSUN ARİF RƏHİMOĞLU BU DÜNYADAN KÖCDÜ

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
489 0

Yarım saat öncə İsveçin Göteburq şəhərindən acı bir xəbər aldım. Arif Rəhimoğlu düyadan köçdü. İki gün öncə xəstəfanada olarkən telefonla danışmışdıq. Oksiken maskasını çıxarıb 3-5 dəqiqə danışa bildi. Heç bir vəsiyyət etmədi. Həkimlərə çox inanırdı. Sağalacağına, yenidən çıxışlar edəcəyinə, yazacağına ümidli idi.
Milli Azadlıq Hərəkatımızın öndərlərindən olan Arif Rəhimoğlu dilçi alim olsa da daha çox ideoloji şahədə fəallıq göstərmişdi. 1955-ci ildə Naxçıvan şəhərində anadan olmuşdu. 1972-ci ildə Naxçıvan şəhərindəki 1 saylı orta məktəbi bitirib təhsilini Azərbaycan (indiki) Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdi. Tələbəlik illərində gizli fəaliyyət göstərən millətçi təşkilatın (yanılmıramsa bu qrupa gədəbəyli Zirəddin rəhbərlik edirmiş) üzvü olmuşdur.
1977-ci ildə Universiteti bitirib Babək rayonundakı Vayxır kənd orta məktəbində müəllimliyə başlamışdı. Yüksək pedaqoji bacarığına görə onu Naxçıvan Dövlət Pedaqoji Universitetinə işə dəvət etmişdilər. 1984-cü ildə Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitutunun aspiranturasını bitirmişdir. 1985-ci ildə “Mahmud Kaşğarinin “Divanu luğat-it türk” əsərinin leksikası və Azərbaycan dili” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
Naxçıvanda fəaliyyət göstərən gizli dərnəklərin öndərlərində olan Arif Rəhimoğlu siyasi biliyini genişləndirmiş, təşkilatçılıq qabiliyyətilə liderə çevrilmişdir.
1988-ci ilin dekabrın 17-də keçirlən toplantıda Xalq Cəbhəsinin İdarə heyətinə üzv seçilmişdir. Azərbaycan Xalq Cəbhəsinin formalaşmasında böyük əməyi olan Arif Rəhimoğlu heç zaman gözə soxmağa, vəzifə tutmağa çan atmamışdır. AXC Naxçıvan Vilayət Təşkilatı İdarə Heyətinin ən fəal üzv kimi ictimai-siyasi həyatda nə qədər fəal olsa da elmi işlərdən də əl götürməmişdi. 1990-cı ildə Tehranda Azərbaycan Türkcəsinə cevrilən Qurani Kərimin redaktə olunması ona tapşırılmışdı. 1992-ci ilin yazından AXC sədrinin ideoloji işlər üzrə müavini olduğundan Bakıya köçmüşdür. Sonralar yaradılan Bütöv Azərbaycan Birliyi Məclisinin sədri olmuşdur.
AXC-nin Məramnamə və Nizamnaməsinin müəlliflərindən biri olan Arif Rəhimoğlu təqib və təziqlər tab gətirməyərək ürək xəstəliyinə tutulmuşdur.
Sonra da İsveçə gedərək orada siyasi mühacir həyatı yaşamış, dərnəklər qurmuşdur. 20 kitab və 250-dək elmi məqalə müəllif olan Arif Rəhimoğlunun əsərlərinin bir qismi Azərbaycanda nəşr edilmişdir.
Azərbaycan Xalq Cəbhəsinin fəalları onu daha yaxından tanıyır və necə bir insan olduğunu yaxşı bilirdilər.
Allah sənə rəhmət eləsin, yerin cənnətlik olsun Arif bəy!

Ali Shamil

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir