KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ali Kerimli:Rusya Paşinyanı devirmək istəyir

Ali Kerimli:Rusya Paşinyanı devirmək istəyir

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
58 0

Paradoksa baxın. İlham Əliyevin müttəfiqi Rusiya işğal olunmuş kəndlərimizi bizə qaytardığına görə Paşinyanı devirmək istəyir. Bu necə müttəfiqlikdir. Siz daha əvvəllər belə müttəfiqlik görmüsüzmü, eşitmisizmi?

Aydındır ki, Rusiya bir neçə ildir Paşinyanı devirmək istəyir. İndiyə qədər də onu devirmək üçün N qədər saxta bəhanədən istifadə etməyə çalışıb. Ancaq budəfəki kampaniya öz həyasızlığı ilə fərqlənir. Rusiya bütün 5-ci kalonunu səfərbər edib. Keçmiş hərbçilər, indiki hərbçilər (belələri də var), erməni kilsəsi, diasporanın xəstə nümayəndələri, Köçəryan – Sarkisyan klanı “Vətən əldən getdi” deyib özünü öldürür. Keçmiş prezident, vaxtilə erməni xalqının inqilabla devirdiyi, Xocalı qatili Sarkisyan özü şəxsən mitinqlərə gəlir, Paşinyanı istefaya çağırır. Ümumerməni katalikosu da Paşinyanı istefaya çağırır. Bir dəstə yolları bağlayır, başqa dəstə İrəvanın mərkəzində mitinq edir, daha başqa bir dəstə hərbçiləri etiraz edən mitinqçilərlə birləşdirməyə çalışır.

Bəs nə olub ki, bu saxta vətənpərvərlər özlərini öldürür? Faktiki olaraq heç nə. Paşinyan Ermənistanın olan heç nəyi bizə verməyib. Hər zaman Azərbaycan torpağı olmuş, xəritələrdə də hər zaman Azərbaycan torpağı kimi göstərilmiş, Qazax rayonunun Ermənistanın işğal etdiyi 4 kəndini sahibinə qaytarıb.

Bilirsiz, bütün bu baş verənlərin arasında ən əcayibi – hətta İlham Əliyevin müttəfiqi Rusiyanın öz 5-ci kalonu vasitəsilə Azərbaycan torpaqlarını özünə qaytaranları “xəyanətkar” elan etməsindən də məntiqsiz, əcayib olan nədir? Azərbaycan dövlətinin televiziyası kimi özünü təqdim edən, İlham Əliyevin şəxsi ruporu olan AzTV-nin Rusiyanın Paşinyanı devirmək cəhdlərinə informasiya dəstəyi verməsi. Bu, bütün prosesin ən əcayib həlqəsidir və ölkəmizi kimlərin hansı təfəkkürlə idarə etdiyini çox aydın nümayiş etdirir.
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir