KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ali Kerimli: Sosial şəbəkə istifadəçilərinin “diktatorlar klubu” adlandırdığı birlik də yaranmamış dağılır.

Ali Kerimli: Sosial şəbəkə istifadəçilərinin “diktatorlar klubu” adlandırdığı birlik də yaranmamış dağılır.

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
276 0

Putin demokratik ölkələr tərəfindən təklənməsini kompensasiya etmək üçün üz tutmuşdu Şərqin avtoritar liderlərinə. Öz aləmində Çinlə əl-ələ verib Şanxay Əməkdaşlıq Təşkilatı bazasında dünyanın alternativ güc mərkəzini yaratmaq istəyirdi. Uzun illərin təcridi vəziyyətində olan İran da bu birliyə tam hüquqlu üzv olmaq qərarına gəlib. İlham Əliyev də birliyi demokratiya tələb edən Qərbə alternativ sayıb, orada iştirak səviyyəsini artırdı. Türkiyə prezidenti Ərdoğanın da Səmərqənd sammitinə qatılması iştirakçıları lap ruhlandırmışdı. Ona görə də Səmərqənddə hamısının kefi kök idi. Demokratik dünyaya qarşı dirəniş mərkəzi qura biləcəklərinə, söykənmək üçün dayaq tapdıqlarına inanırdılar. Səmərqənd prosesindən xüsusilə də Rusiya məmnun idi. Ümid edirdi ki, yeni birlik vasitəsilə beynəlxalq sanksiyaların zərərini xeyli azalda biləcək. Ən vacibi isə öz əhalisinə göstərəcək ki, dünyadan təcrid olunmayıb, əksinə özünə bənzərlərlə dünyanın 2-ci güc mərkəzini qurur.

Ancaq necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Səmərqənd sammitindən ötən bir neçə gün ərzində sammit iştirakçılarının daha üzü gülmür.
1. Sammitdən dərhal sonra Türkiyə bankları Rusiyaya qarşı sanksiyalara əməl edəcəyini və “Mir” banklararası ödəmə sistemindən çıxdıqlarını bəyan etdi. Türkiyənin sammitdən dərhal sonra verdiyi bu qərar Rusiya üçün soyuq duş effektində oldu.

2. Sammitdə iştirak etmiş Türkiyə, Hindistan və Çin Rusiyanın işğal etdiyi ərazilərdə keçirməkdə olduğu referendumların nəticələrini tanımayacağını, əksinə məhz Ukraynanın ərazi bütövlüyünü tanıyacağını bəyan etdi. Hər 3 ölkə başçısı mətbuata məlumat ötürdü ki, Putini Ukrayna ilə savaşı durdurmağa çağırıb. Bununla da Putin dost, arxa hesab etdiklərindən güclü zərbə almış oldu.

3. Avtoritarlar klubuna ən güclü zərbə də İran cinahından gəldi. “Klubun” sammiti bitər – bitməz İranın bütün ərazisini etiraz aksiyaları bürüdü. 22 yaşlı Mahsa Aminin çarşab geyinmədiyi üçün polislər tərəfindən döyülərək öldürülməsi İran cəmiyyətində uzun illər ərzində toplanmış narazılığı üzə çıxardı. Cənubi Azərbaycandakı soydaşlarımız da daxil İran xalqları bütün ölkə boyu azadlıq və ədalət şüarları ilə meydanlara axışdı.

4. “Klubun” üzvləri Tacikistan və Qırğızıstan arasında vaxtaşırı baş qaldıran sərhəd toqquşmaları, bu münaqişədə tərəflərdən biri olan Qırğızıstanın Rusiyanın qorxulu röyası olan Bayraktarlarla silahlanması da “klubun” yaranmamış dağılacağı əlamətlərindən biri sayıla bilər.

5. Sammitdən sonra Özbəkistan da Rusiyanın boğulan bank sistemi üçün nəfəslik olan “Mir” ödəmə sistemindən imtina etdi. Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşuldu. Özbəkistan da Putinə dedi ki, bizə arxayın olma.

6. Qazaxıstan isə bəyan etdi ki, Rusiya ilə bütün kommersiya razılaşmalarını Avropa Birliyi və ABŞ-la razılaşdırır ki, özü sanksiyaya məruz qalmasın. “Klubun” sammitindən sonra Qazaxıstanın böyük bankları da “Mir” ödəmə sistemindən çıxdıqlarını bəyan etdilər.

Beləliklə, Səmərqənd sammitindən heç 2 həftə keçməmiş tam aydın oldu ki, avtoritar liderlər boşuna ümidləniblərmiş. Rusiya heç bir alternativ birlik yarada bilməyəcək. Məğlubiyyət həmişə yetimdir. Avtoritarların payızı isə qışa keçməkdədir.
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir