KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ali Kerimli : Putinin Rusiyada hərbi səfərbərlik elan etməsi hansı nəticələri doğura bilər?

Ali Kerimli : Putinin Rusiyada hərbi səfərbərlik elan etməsi hansı nəticələri doğura bilər?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
236 0

1. Rusiya bir neçə ayın ərzində 300 min nəfər hərbi xidmət keçmiş gənci orduya səfərbər edəcək. Üstəlik Rusiyada orduya müqavilə ilə cəlb etmə prosesi də davam edir. Beləliklə, Ukrayna ilə vuruşacaq Rusiya ordusunun sayı bir neçə aya 500 min nəfərə qədər artırıla bilər.

2. Hərbi səfərbərlikdən sonra Rusiya Ukraynanın real vuruşan ordusunu canlı qüvvə sayı baxımından bir neçə dəfə üstələyəcək. Bu da istər – istəməz Ukraynanın torpaqlarını azad etməsini xeyli çətinləşdirəcək. Ukrayna və müttəfiqləri dəyişən vəziyyətə uyğun adekvat addımlar atmalıdırlar.

3. Rusiya ordusunun əsgər sayı çoxalsa da, səfərbər olunan əsgərlərin əksəriyyətinin hərbi hazırlıq səviyyəsi aşağı olacaq. Bundan əlavə Rusiyanın bu qədər əsgəri müasir silahlarla, zirehli texnika ilə, hətta zirehli gödəkçə və dəbilqələrlə belə təchiz etmək, bu böyüklükdə ordunun təchizatını təmin etmək imkanı olmayacaq. Sayı çox, ancaq hazırlıqsız və pis silahlanmış Rusiya ordusu kütləvi itkilər verəcək.

4. Hərbi səfərbərliyə qədər Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatını” rusiyalıların əksəriyyəti öz üzərində hiss etmirdi. Savaşan hərbçilər müqavilə ilə xidmət edən və yüksək əmək haqqı alan hərbçilər idi. Ona görə də rusiyalıların müharibədən narazılığı çox deyildi. İndi isə dövlətin həyata keçirəcəyi zorla səfərbərlik və ardınca da müharibədəki itkilərin dəfələrlə artması Rusiyada müharibə əleyhinə hərəkatı gücləndirəcək. Günu bu gün artıq Rusiyanın bütün şəhərlərində səfərbərliyə qarşı mitinqlər təyin olunub.

5. Səfərbərlik haqda qərar verməklə Rusiya faktiki 2-ci bir ordu yaratmaq qərarı vermiş oldu. Belə bir ordunu silah, sursat, ərzaq və bütövlükdə təchiz etmək Rusiya iqtisadiyyatı üzərində çox ağır yük olacaq. Sanksiyalar və müharibə Rusiya iqtisadiyyatını artıq çökdürüb. Rusiya bir neçə aydan sonra son ümidi olan neft və qaz gəlirlərindən də böyük ölçüdə məhrum ediləcək. Bu şəraitdə indiki ordunun xərclərini çəkməklə paralel, əlavə olaraq da 300 minlik ordu yaratmaq Rusiya iqtisadiyyatını birmənalı şəkildə batıracaq.

6. Yuxarıda yazılanlar hamısı birlikdə Rusiyada hakimiyyət böhranını sürətləndirəcək.
7. Ukrayna xalqı və onun müttəfiqləri də yenidən sınağa çəkilmiş olacaq. Ukrayna da ordusunu böyütmək üçün təcili tədbirlər görməlidir. Ümid edək ki, ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri də Ukraynaya maddi və silah dəstəyini faizlərlə yox, dəfələrlə artıracaq.

8. Rusiya bu savaşda texnoloji baxımdan geridəqalmış tərəfdir. Onun tək adam rejimi effektsiz, zərərli idarəetmədir. Rusiyanın dünyaya təqdim edəcəyi dəyərlər yoxdur. Bəşəriyyət avtoritarizmə, yeni imperiya ambisiyalarını qalib gəlməyə borcludur. Rusiya bəşəriyyəti geri çəkməyə çalışır. Bu savaşda Ukrayna, böyük Rəsulzadənin dediyi kimi istiqlaliyyətdən, demokratiya və insan haqlarından yana olan tərəf qalib gəlməli, bütün dünyada azadlığın önü açılmalıdır!
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir