Putin Rusiya imperiyasını azı Sovet İttifaqı sərhədlərində bərpa etmək istəyirdi, indi isə Orta Asiyanı da itirmək üzrədir.
Ukrayna cəbhəsində ciddi bir uğur qazana bilməyən Rusiya Orta Asiya türk respublikalarında da nüfuzunu hər gün bir az daha artıq itirir. Kremlin bütün təzyiqlərinə baxmayaraq Qazaxıstan, Qırğızıstan və Özbəkistan artıq bəyan edib ki, 9 mayda qələbə paradı keçirməyəcəklər.
İctimai-siyasi fəallar həmin respublikaların 9 may paradından imtinalarını onunla əlaqələndirirlər ki, Rusiyanın hazırkı hakimiyyəti 9 May Qələbə paradının ilkin mənasını artıq təhrif edir.
Hazırda bu parad faşizm üzərində qələbə qazanmış Sovet xalqlarını, həmin müharibənin qəhrəmanlarını minnətdarlıqla anmaqdan daha çox Rusiyanın imperiya ambisiyasına, o cümlədən Ukraynaya qarşı savaşına haqq qazandırmaq üçün istifadə edilir. Buna görə də Ukraynanın ərazi bütövlüyünə dəstək verən Qazaxıstan, Qırğızıstan, Özbəkistan bu paradı keçirməyəcək. Orta Asiya respublikaları nəinki 9 may paradını keçirməkdən imtina edib, Putini tək qoyublar, üstəlik Ukrayna ilə savaşda istifadə olunan Z və digər müharibə və imperiya simvollarının ölkələrində yayılmasını da qadağan ediblər. Orta Asiya respublikaları Rusiyanın imperiya simvollarını ölkələrində qadağan edərkən Putinin müttəfiqi İlham Əliyevin sayəsində Azərbaycan məktəblərində Rusiyanın imperiya simvollarından Georgi lenti yayılır. Haradan haraya gəldik.
Ali Kerimli
Ali Kerimli: Putin Rusiya imperiyasını azı Sovet İttifaqı sərhədlərində bərpa etmək istəyirdi
277 0

Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.