Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsədə qarşı çevriliş başlandığı haqda xəbərlər yayılır.
Bir neçə gün öncə Suriya müxalifətinin gözlənilməz və sürətli hücumla ölkənin böyük ticarət, sənaye və mədəniyyət mərkəzi olan Hələb şəhərini ələ keçirməsi Bəşər Əsəd tərəfdarlarında demoralizasiya yaradıb. Suriya ordusu müxalif qüvvələrə qarşı demək olar ki, ciddi müqavimət göstərmir. Ciddi müqavimətlə qarşılaşmayan müxalif qüvvələr Suriya şəhərlərini bir – bir nəzarətə keçirdir. Hama şəhərini ələ keçirən müxalif silahlılar Humus şəhərinə doğru sürətlə irəliləyir.
Dəməşqdə çevriliş cəhdinin necə bitəcəyi hələ məlum olmasa da, artıq Əsəd rejiminin belinin qırıldığı və çox böyük məğlubiyyətə uğradığı faktdır. O da faktdır ki, Rusiya bütün gücünü Ukrayna savaşına səfərbər etdiyi üçün Suriyadakı öz vassalını qoruya bilmir.
Nə deyirdik? Deyirdik ki, əbədi hakimiyyət eşqinə düşənlər bitəcək və əlbəttə, hamısı bitəcək.