KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ali Kerimli: Putin nəyə görə bu qədər tələsir? Nədən həyacanlanıb?

Ali Kerimli: Putin nəyə görə bu qədər tələsir? Nədən həyacanlanıb?

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
264 0

Putin hətta Ukraynanın işğal edilmiş ərazilərində saxta referendumların keçirilməsini də gözləmədən Rusiyada hərbi səfərbərlik elan etdi. Ölkənin sərhədləri hərbi səfərbərliyə yarayanlar üçün artıq bağlanıb. Rusiya hüquq-mühafizə orqanları elə bu gündən də səfərbırliyi zorla və hər yerdə həyata keçirməyə başlayıblar. İndi isə Putini tələsdirən, həyacanlandıran əsas faktorlara baxaq:

1. Ukrayna ordusunun Xarkov istiqamətindəki uğurlu əks-hücumu elə bir situasiya yaratdı ki, artıq Rusiya ordusunun döyüş meydanındakı məğlubiyyətini gizlətmək mümkün olmadı. Bu məğlubiyyət orduda onsuz da aşağı olan döyüş ruhunu daha da zəiflətdi. Ukrayna ordusu əks-hücumla Xarkov vilayatindən əlavə Luqansk və Donetsk qondarma respublikalarının bəzi yaşayış məntəqələrini də Rusiya işğalından azad edib. Ukraynanın əks-hücumu isə hələ də davam edir.

2. Rusiyanın 20-25 min nəfərlik peşəkar ordu birləşməsi Xerson şəhərində faktiki mühasirə vəziyyətindədir. Həmin elit hərbi hissələri acı məğlubiyyət gözləyir. Xerson şəhəri Rusiya ordusunun builki savaşda işğal edə bildiyi yeganə vilayət mərkəzi və ən əhəmiyyətli hərbi uğurudur. Ukraynanın Xersonu azad etməsi Rusiya ordusunda demorolizasiyanı daha da gücləndirəcək.

3. Qərb müttəfiqlərin Ukraynaya yardımları gedərək artır. Yaxın günlərdə ABŞ Ukraynaya əlavə olaraq 12 milyard dollarlıq yardım ayıracaq. Oktyabr ayından isə Lend – liz qanunu işə düşəcək və Ukraynaya hərbi yardımlar daha da artacaq. AB də elə bugünlərdə Ukraynaya əlavə olaraq 5 milyard avro ayırdı. Böyük Btitaniyanın Ukraynaya hərbi yardımları da 2023-cü ildə hətta bu il olduğundan da 20 faiz artacaq.

4. Qərb getdikcə Ukraynaya daha ciddi silahlar verir. Pentaqon özü rəsmən etiraf etdi ki, təkcə HİMARS-lar Rusiyanın 400-dən çox baza, anbar, qərargah və s. vacib hərbi hədəfini vurub sıradan çıxarıb. Bir müddətdən sonra isə Ukraynanın hava məkanı Qərbin müasir HHM sistemləri ilə qapadılacaq. Ukrayna “F-16″lar da daxil olmaqla, müasir hücum silahları ilə təchiz ediləcək.

Putin və ətrafı nəhayət, etiraf etdi ki, bu proses Ukraynanı qələbəyə, Rusiyanı isə labüd məğlubiyyətə aparır. Ona görə də son çarəyə əl atıb kütləvi hərbi səfərbərlik qərarı verdilər. Putin Ukraynanın istifadə etdiyi müasir Qərb silahlarını Stalinsayağı “ətdən çəpər”lə dayandırmağa çalışır. 100 minlərlə gənci “ət maşınına” göndərməklə
Rusiya məğlubiyyətini bir az ləngidə bilər, əlavə vaxt qazanar, ancaq vəziyyəti köklü şəkildə dəyişə bilməyəcək. Hərbi səfərbərlik Rusiyanın canlı qüvvə, hərbi texnika və iqtisadi itkilərini dəfələrlə artıracaq. Nəticədə bütün resurslarından məhrum olacaq Rusiyada xalqın və ordunun kütləvi narazılığı artacaq və Azərbaycandakı şahsevənlərin də son ümid yeri olan beynəlxalq avtoritarizmin mərkəzində hakimiyyət dəyişikliyi labüd olacaq.
Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir