KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Ali Kerimli: Putin çaşqınlıq içindədir. Rusiya hara qədər geri çəkiləcək

Ali Kerimli: Putin çaşqınlıq içindədir. Rusiya hara qədər geri çəkiləcək

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
286 0

? Aydındır ki, Putinin Ukrayna ilə bağlı ilkin planları alınmadı. Ukraynanı tam işğal etmək, Zelenski hakimiyyətini devirmək, oyuncaq hökumət qurmaq planından məcburən daha əvvəl əl çəkmişdilər. B planına keçmişdilər. Kiyev və digər böyük şəhərləri işğal edib Zelenskini ciddi güzəştlərə məcbur etməyə çalışacaqdılar. Ancaq B planı da suya düşdü. Artıq Kiyev və digər böyük şəhərləri işğal edə bilməyəcəklərini anlayıblar. Rusiya Baş Qərargahının təmsilçisi indi deyir ki, biz heç əvvəldən Ukraynanı, Kiyevi işğal etmək istəmirdik. Məqsədimiz yalnız Donbasdır. Donetsk və Luqanskın hələ də Ukrayna nəzarətində olan ərazilərini ələ keçirsələr, “xüsusi əməliyyat” məqsədinə yetişmiş olacaq. Bu açıqlama çox açıq şəkildə Rusiyanın öz zəifliyini etiraf etməsi, geri çəkilməsidir. ABŞ başda olmaqla Qərbin ciddi dəstəyi, Ukrayna xalqının möhtəşəm müqaviməti öz işini gördü. Rusiyanın hərbi və digər itkiləri o qədər böyük oldu ki, iddialarını bir az cilovlamaq məcburiyyətində qaldı. 28-30 mart arası Rusiya-Ukrayna danışıqları Türkiyədə davam edəcək. Ukrayna danışıqların bu raunduna daha güclü mövqe ilə gedir. Əvvəla, Ukrayna Rusiya hücumlarını bütün istiqamətlərdə durdurub və hətta əks-hücuma keçərək, daha əvvəl Rusiyanın işğal etdiyi onlarla yaşayış məntəqəsini artıq azad edib. İkincisi, ötən həftə ABŞ başda olmaqla Qərb Ukraynaya hərbi, maliyyə, siyasi dəstəyini daha da artırdı. Xüsusilə ABŞ prezidenti Baydenin Ukrayna rəsmilərilə görüşdə “Ukraynanı məğlub olmağa qoymayacayıq”, “Putin hakimiyyətdən getməlidir” bəyanatları danışıqlar masası arxasında Ukraynanın daha qətiyyətli olmasına kömək edəcək. Üçüncüsü, son günlərdə NATO üzvü dövlətlər Ukraynaya S-300 -lər də daxil olmaqla güclü hava hücumundan müdafiə sistemləri və digər silahlar veriblər. Rusiya da fərqindədir ki, ciddi danışıqlar ərəfəsində Ukraynanın mövqeyi güclənib, onun öz mövqeyi isə çox zəifləyib. Belə bir vəziyyətdə Ukrayna nəyə görə hansısa ciddi güzəştə getsin? Məhz zəif yox, əksinə qərarlı görünmək üçün Putin tapşırıq verib ki, qondarma respublikaların Rusiyaya birləşdirilməsi üçün referendum hazırlığına başlansın. Ancaq son həftələrdə mövqelərini çox ciddi şəkildə gücləndirmiş Ukrayna rəhbərliyini Rusiyanın işğal etdiyi ərazilərdə yaratdığı qondarma respublikaların saxta, qeyri-legitim referendumları nəyə görə qorxutsun?

Ali Kerimli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir