KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Ali Kerimli: Paşinyanın Azərbaycanı şoka salacaq səs yazısı

Ali Kerimli: Paşinyanın Azərbaycanı şoka salacaq səs yazısı

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
382 0

Sarkisyan gizli səs yazısı yaydı. Məqsədi Paşinyanı vurmaq idi, ancaq zərbə İlham Əliyevə dəydi.
Xalqımızı şok edəcək məlumatlar yayıldı.

Ermənistandakı seçki kampaniyası bu ölkədə siyasi mübarizəni çox qızışdırıb. Əsas rəqiblər bir-birini ifşa etmək üçün əllərindən gələni edirlər. Keçmiş prezident Sarkisyan da keçmiş DTX rəhbərilə bir blokda seçkilərdə iştirak edir. Sarkisyan Paşinyanı ifşa edəcək gizli səs yazısını yaymaqla Paşinyanı təhdid edirdi. Nəhayət, həmin gizli yazılmış səs yazısını yayıb (mənbə şərh bölümündə). Nə vaxt və harada yazıldığı bilinməyən səs yazısında Paşinyan 2018- ci ilin may ayında Soçidə MDB liderlərilə keçirilən görüşdə Putin başda olmaqla, dövlət başçılarının ona Qarabağ probleminin Lavrov planına uyğun (Qarabağətrafı rayonlar azad edilir, Rusiya “sülhməramlıları” Qarabağa yerləşdirilir) həllilə bağlı təkliflər verdiyini danışıb. Paşinyan deyib:
“Putin deyir, həm Putin, həm Nazarbayev, həm də Lukaşenko deyirlər ki, Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir”.
Diqqətlə oxudunuzmu? Paşinyan nə vaxtsa yayılacağını bilmədiyi, çox güman ki, yaxın tərəfdarları ilə olan gizli söhbətində bildirib ki, Putin, Nazarbayev və Lukaşenko ona deyiblər: “Əliyev Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bilir”.

Sizcə, Putin, Nazarbayev və Lukaşenko yığışıb birlikdə İlham Əliyevə şər atıblar? Heç ağlabatan deyil. Ancaq yenə də İlham Əliyev belə hesab edirsə ki, şər atıblar, açıqlasın bunu. Susmaq Putinin onun adından dediklərinin etirafı mənasına gələcək.

Ancaq ifşa bununla da bitmir. Paşinyan həmin gizli səs yazısında deyib ki, MDB liderlərinin bu açıqlamasından sonra təklif edib ki, dövlət başçılarının İlham Əliyevin adından dediyi fikri İlham Əliyev özü yazılı şəkildə təsdiq etsin. Əsl həngamə də bundan sonra başlayıb. Putin deyib: “o (Əliyev) deyir ki, mən bu kağızı indi göstərsəm, millətim üçün satqın olaram”.
Diqqətlə oxudunuzmu? Deməyib ki, “mən bunu etsəm, millətim üçün satqın olaram”, deyib ki, “mən bu kağızı İNDİ göstərsəm, millətim üçün satqın olaram”. Sizcə, bu sözlər “indi yazılı edə bilmərəm, ancaq zaman içində həll olunar” mənasına gəlmirmi?

İndi bildinizmi, nəyə görə Xankəndində separatçıların hərbi yürüş keçirməsinə rəğmən
İlham Əliyev hər fürsətdə “Qarabağ problemi həll olunub, ərazi bütövlüyümüz tam təmin olunub” deyir?
İndi bildinizmi, nəyə görə İlham Əliyev hələ də işğalçıların nəzarətində olan Xankəndinin, Xocalının, Xocavəndin, Ağdərənin, Əsgəranın adını bir dəfə də çəkmir?
İndi bildinizmi, Rusiya ordusu 9 noyabrdan sonra Qarabağa yerləşəndə bizi nəyə görə aldadırdılar ki, Türk ordusu da Qarabağda sülhməramlı olacaq? Xalq olaraq bizi aldadıb, yola verirlərmiş ki, çoxdan razılaşdıqları “Lavrov planını” yerinə yetirsinlər.
Ali Kerimli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir