KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Ali Kerimli: Dünyanın gündəmi yenidən diktatorlar və onların cinayətləridir

Ali Kerimli: Dünyanın gündəmi yenidən diktatorlar və onların cinayətləridir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
359 0

Belarus diktatorunun öz siyasi rəqibini həbs etmək üçün Belarusun hava məkanından keçən mülki təyyarəni vurmaqla təhdid edib endirməsi, 25 yaşlı jurnalist Roman Protaseviçi həbs etdirməsi diktatorların gerçək üzünü bir daha göstərdi.

Biz müxtəlif avtoritar rejimlərin, diktatorların öz əleyhdarlarına qarşı dünyanın hər yerində müxtəlif əməliyyatlar keçirməsinin şahidi olmuşuq, bunların arasında əlbəttə, Azərbaycan rejimi də var. Rusiyalı müxalifətçilərin xarici ölkələrdə qətlə yetirlməsindən tutmuş, azərbaycanlı jurnalistlərə və bloqerlərə qarşı oğurlayıb ölkəyə gətirmək əməliyyatlarına, döyülmə, öldürməyə cəhdlərə qədər hadisələr barədə məlumatlar hamıya bəllidir. Amma etiraf edək ki, təyyarəni zorla yerə endirib öz əleyhdarını, dünyada məşhur ola biləcək qədər populyarlaşmış Nexta telegram kanalının qurucusunu həbs etmək kimi bir ilk əməliyyat Belarus diktatoru Lukaşenkonun ağlına gəlib.

Əslində, bu, dünyadakı avtoritar liderlərin get- gedə aqressivləşərək nə qədər aşırı radikal hərəkətləri özlərinə rəva gördüklərinin daha bir nümunəsidir və daha isterik bir nümunədir. Əlbəttə, bu olayı qətiyyətlə pisləyirəm və onun da altını cızmaq istəyirəm ki, belə ağılsız hərəkət həm də küncə sıxılmış diktatorların çarəsizliyinin nümayişidir. Zamanın tələbi dünyanın demokratikləşməsidir. Qlobal demokratikləşmə prosesi isə geri dönməz xarakter almaqdadır. Prosesin geri dönməzliyi də diktatorları daha da aqressivləşdirir. İnanmaq istəyirik ki, bu aviaxuliqanlıq Belarus diktatatoruna baha başa gələcək. Dünya liderlərinin dünəndən ifadə olunan sərt reaksiyaları və məsləhətləşmələrə başlanması belə əminlik yaradır ki, Lukaşenko və onunkimilər nəhayət, dünya birliyinin adekvat reaksiyası ilə qarşılaşacaq.

Xatırlatmaq isəyirəm ki, Türkiyədəki Səudiyyə səfirliyində jurnalist Qaşıqçının doğranaraq öldürülməsi, cəsədinin çemodanlarla daşınması ilə bağlı dəhşətli hadisə də adekvat dəyərini ala bilməmişdi və bəlkə də Lukaşenkonu cəsarətləndirən amillərdən biri də, elə bu fakt olub. Amma Belarus Avropanın lap yaxasında olan ölkədir və bu təyyarə endirmək hadisəsi dünyanın bütün demokratik güclərini heyrətləndirməlidir, bu avantürist cəhdlərin qarşısı mütləq və mütlıəq alınmalıdır.

Azərbaycan hakimiyyəti də baş verənlərdən nəticə çıxarmalıdır. Son 10 ayda Lukaşenko azğınlaşan, qəddarlaşan diktaturanın ağrılı, lakin labüd çöküşünü bütün dünyaya nümayiş etdirir. Azərbaycandakı rejim də anlamalıdır ki, ailə hakimiyyəti üçün Belaruslaşma da çıxış yolu deyil. Əksinə, labüd çöküş və süqutdur. Ləngimədən ölkənin önünü açmaq lazımdır.

Ali Kerimli

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir