İlham Əliyev axır ki, ABŞ-ın üçüncü vəzifəli şəxsi Nensi Pelosini Ermənistana gətirdi. Asan olmadı, ancaq sonda bacardı.
Vaxt var idi biz Ermənistanı regionda Rusiyanın forpostu adlandırardıq. İndi də ermənilər bizə elə baxır. “Nəyi, necə, nə vaxt etməyi tək bilən” İlham Əliyevin sayəsində dünyanın güclü, pullu, texnologiyası və müasir idarəetməsi olan, insan hüquqlarına az – çox dəyər verən tərəfi Ermənistana sahib çıxır. İlham Əliyev isə bizi təkidlə avtoritar rejimlər və diktatorlar klubuna dartır. Putinin batmaqda olan gəmisinə mindirmək istəyir. İlham Əliyevin bu yanlış siyasətini millət olaraq birgə səylərimizlə durdura bilməsək, bir də gözümüzü açacağıq ki, yoxsul, geridəqalmış, qəddar, xalqlarına düşmən kəsilmiş, həm də əsas dünyadan təcrid olunmuş, beynəlxalq sanksiyalar altında can verən rejimlərin klubundayıq. Bütün bunlar bir başqasının yox, bizim başımıza gətirilir, seyrçi olmayaq!
Ali Kerimli