KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Rusya
  4. »
  5. Akshin Karimov: Qərbin hədəfi Rusiyanı bölməkdir

Akshin Karimov: Qərbin hədəfi Rusiyanı bölməkdir

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
295 0

Rusiya Prezidenti Vladimir Putin növbəti dəfə sensasion iddia ilə çıxış edib. O bildirib ki, Qərbin hədəfi Rusiyanı bölməkdir.

“Onların bir məqsədi var – keçmiş SSRİ və onu əsas hissəsi olan Rusiyanı Federasiyasını məhv etmək. Sonradan onlar bizi özlərinin sivil xalqlar ailəsinə götürə bilərlər. Lakin hər bir hissəmizi ayrıca götürəcəklər”, – V.Putin deyib.

Rusiya prezidentinin iddiasından belə nəticəyə gəlmək olar ki, Putindən sonra Rusiya və ona qonşu olan keçmiş müttəfiq respublikalarla bağlı ABŞ-ın yeni “parçala, hökm sür” siyasəti var.

Maraqlıdır, bu iddia nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı Globalinfo.az-a şərhim:

Rusiya prezidentinin açıqlamasındakı notlar Kremlin postsovet məkanını monopoliyaya alıb genişlənmiş təsir zonaları yaratmaqdan ibarətdir.

Putinin bəyanatı Qərblə Rusiyanın bir-birinə qarşı başlatdığı xor kampaniyasının gələcəkdə nələrlə nəticələnə biləcəyinə işarədir. Putin Qərbə “MDB məkanı SSRİ-nin Rusiyaya bəxş etdiyi mirasdır” demək istəyir. Putin bunu Rusiyaya qarşı hücum ola biləcəyi fikri ilə assosiasiya edir. Yəni Kreml özünə qarşı təhdidləri önləmək bəhanəsi ilə başqa regionlarda imperiya ambisiyalarını həyata keçirməkdən əl çəkmir.

Ancaq Ukraynadakı müharibə Rusiyanın genişmiqyaslı iddialarının önünə keçə bilib. Rusiya lideri tərəfindən səslənən fikirlərin qatı Moskva ilə Qərbin MDB regionundakı mübarizəsinin mərhələ-mərhələ şiddətləndiyini üzə çıxarır.

Qərb Rusiyanın strateji aktivlərini dağıdıb onun əvəzinə özünün dəyərlərini inşa etmək istəyir, Moskvanın isə Avroatlantik məkandan fərqli olaraq təqdim edə biləcəyi eksklüziv ideyaları yoxdur:

Ancaq MDB məkanındakı dövlətlər təhlükəsizlik qayğılarından dolayı Rusiya ilə əməkdaşlıq ruhunu korlayan addımlardan çəkinir. Rusiya ilə Qərbin postsovet orbitində Ukraynadan savayı ən kəskin rəqabəti Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarını da əhatə edir. Ukraynada müharibə uzandıqca digər iki regionda da rəqabətin əhatə dairəsi genişlənir. Belə genişlənmə regionda onsuz da kövrək olan təhlükəsizlik mühitinin üzərinə benzin tökür.

Akshin Karimov

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir