Şimdi yükleniyor

Akshin Karimov: Qərb-Rusiya qarşıdurmasının Gürcüstan epizodu

Gürcüstanda keçiriləcək parlament seçkiləri və bunun müşayiətində baş verə biləcək hadisələr həm Rusiyanı, həm də ABŞ başda olmaqla Qərb istibleşmentini həyəcanlı narahata vəziyyətə salıb.

Gürcüstanın son illərdə təhlükəsizlik narahatlıqları səbəbindən Qərb kimi müttəfiqini tədricən tərk edib Rusiya oxuna faktiki yaxınlaşması seçki və onun nəticələri fonunda dramatik problemlər ortaya qoyur.

Çünki Gürcüstandakı seçki Rusiya-Qərb geosiyasi qarşıdurmasının qlobal hədlərinin yüksəldiyi dövrə təsadüf edir ki, bu da faktiki olaraq seçki prosesini nüfuz rəqabətinin çərçivələrinə salır.

2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsi zamanı Qərb rəsmi Tbilisiyə hərbi dəstək təklif edə bilmədi, lakin sonradan Tbilisi Rusiyaya qarşı sərt siyasətin şkalasını göstərdi.

Bununla belə, keçən müddət ərzində Gürcüstanın ərazi bütövlüyü və suverenliyi problemlərindən tutmuş, dövlətin sinir nöqtələrinə qədər irəliləyən Rusiyanın maraqları Tbilisini valı dəyişdirməyə vadar etdi.

Bunun mümkün 3 səbəbi var.

Birincisi, Qərb Gürcüstan epizodu üzrə Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli üçün səylər göstərmir. Gürcüstan buna görə münaqişənin açarlarını Rusiyada axtarmaqda qərarlı kimi görünür.

İkincisi, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Cənubi Qafqazda Ermənistanla yanaşı, Gürcüstan üzərindən də Rusiyaya qarşı “demokratiya zəngi”nin səsi yüksəldi ki, bu da Tbilisini Qərb cəbhəsinin içərisində tutmaq üçün ortaya atılmış ssenari idi. Təbii ki, bu nöqtədə Gürcüstan dövləti Qərbi sadiq müttəfiq kimi tanımaqdan imtina edir və əvvəlki illərdəkindən fərqli olaraq Rusiya ilə öz maraqlarına uyğun yumşaq siyasət qurmağa meyillənir.

Üçüncüsü, Ukraynadakı müharibənin yaratdığı mürəkkəb geosiyasi şərait Qərbi Rusiya qarşısında çətinliklər burulğanına salır. Qərb belə olduğu təqdirdə, bunun əvəzini Gürcüstan vasitəsilə çıxmağa çalışır və Tbilisini də Rusiyaya qarşı mütənasib cavablar verməyə məcbur edir.

Gürcüstandakı hökumətlə prezidentlik institutu arasında Qərb-Rusiya seçimi uğrundakı mübarizənin ruhu qeyd edilən problemlərlə əlaqəlidir. Ancaq Gürcüstan hakimiyyətinin Rusiya orbitinə dönməsi barədə qərarlılıq nümayiş etdirməsi Qərbi seçki prosesində daha fəal işləməyə və “Gürcü Arzusu”nun qalib gələcəyi təqdirdə müxtəlif ssenarilər hazırlamağa vadar edir.

Gürcüstanda Qərbin maliyyələşdirdiyi və təşkilatlandırdığı institutlar vasitəsilə güclü etiraz aksiyalarının təşkili bu ssenarilərin içərisində baza statusunu təşkil edir.

Bazanın elementləri sırasında etirazların nəticə verməyəcəyi təqdirdə, kütləvi iğtişaşların başladılması və sonrakı mərhələdə vətəndaş itaətsizliyinin yaradılması formulları dayanır.

İğtişaşların başlanğıcını hələ bir neçə ay öncə müşahidə etmişdik və bu proses seçkilərin nəticələrinə hazırlıq məşqi idi. Artıq aşkar şəkildə müşahidə edilir ki, Qərb seçki prosesini pozmağa və bununla ümumilikdə regionda problemli vəziyyət yaratmaq tendensiyalarını inkişaf etdirir.

Göründüyü kimi, Gürcüstandakı seçki prosesi rəsmi Tbilisini çətin relsə salır və Qərb çalışır ki, istədiyini almasa, ölkəni uzunmüddətli mənf nəticələrə hazırlasın

Yorum gönder