KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Akshin Karimov: Azərbaycan, Türkiyə və Özbəkistanın imzaladığı Ankara Bəyannaməsi

Akshin Karimov: Azərbaycan, Türkiyə və Özbəkistanın imzaladığı Ankara Bəyannaməsi

Kafkassam Editör Kafkassam Editör - - 1 dk okuma süresi
18 0

Azərbaycan, Türkiyə və Özbəkistanın imzaladığı Ankara Bəyannaməsi yeni Avrasiya geosiyasətində yaranan tendensiyaları qiymətləndirir.

Həmin tendensiyalar əsasən Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti ilə formalaşır.
Orta Dəhliz Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistanı geosiyasət əsasında çevik təhlükəsizlik yanaşmalarına təşviq edir.

Ankara Bəyannaməsində:

– Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılması,

– Bu Marşrutun potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulanması geosiyasi baxımdan dəyişən dizaynda Azərbaycan, Türkiyə və Özbəkistanın üçtərəfli roluna da işarələr edir.

Bu Dəhlizə Çin “Bir kəmər, bir yol” təşəbbüsünün davamı kimi yanaşmaqla ABŞ və Rusiya təsirlərini tarazlaşdırmaq vasitəsi kimi baxır, hərçənd ki, Vaşinqtonun müttəfiqi Avropa İttifaqı Pekin mərkəzli bu layihəyə dəstək verir.

Türk Dövlətləri Təşkilatı bu rəqabətqarışıq əməkdaşlıqların çərçivəsində özünün geosiyasi mövqeyini artırmaq üçün təhlükəsizlik, siyasi və mədəni əlaqələrindən istifadə edir.

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir