KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Faiq Qəzənfəroğlu: “Qərb və Rusiya “İran”da Türk dilinin rəsmi bir status qazanmasını qətiyyən istəmir…”

Faiq Qəzənfəroğlu: “Qərb və Rusiya “İran”da Türk dilinin rəsmi bir status qazanmasını qətiyyən istəmir…”

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
788 0

Faiq Qəzənfəroğlu: “Qərb və Rusiya “İran”da Türk dilinin rəsmi bir status qazanmasını qətiyyən istəmir…”“Bu gün milyonlarla soydaşlarımızın “İran”da doğma dilində-Türk dilində (Azərbaycan) təhsil almasına qadağa qoyulması dünyanın üz qarasıdır. Amma hələlik “dünya” dediyimiz Qərbdən (Avropa və ABŞ-dan) idarə olunduğu üçün “İran”ın bu utancverici əməlinə göz yumulur”. Bu sözləri AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, dos,.dr. Faiq Qəzənfəroğlu Beynəlxalq Ana Dili Günü münasibətiylə Güney Azərbaycan türklərinin İran İslam Respublikasında ana dilində təhsil ala bilmədiyi halda, dünyanın buna səssiz qalmasına etiraz olaraq bildirib. Azərbaycan aliminin fikrincə, bu gün 30-35 milyon Azərbaycan türkü “İran”da ana dilində-Türk dilində təhsil ala bilmədiyi halda Birləşmiş Millətlər Təkilatı (BMT) demək olar ki, bunun üstündən gözüyumlu keçirsə, bu həmin təşkilatın aparıcı dövlətlərinin Türk kimliyinə ögeyliyinin bir nümunəsidir. Faiq Qəzənfəroğlu: “”Dünya”, ya da BMT rəhbərliyi deyir ki, bu gün beynəlmiləl Ana dili günüdür, ancaq bu gerçəkdə “İran”dakı Azərbaycan türklərinə aid edilmir. Baxınız, bu gün Rusiya və Qərb İraq, Suriya və Türkiyə hesabına bir kürd dövləti yaratmaq üçün necə canfəşanlıq edir. Amma “İran”ın böyük bir hissəsi olan Azərbaycan və onun milyonlarla Türk əhalisi üçün Rusiya və Qərb səsini belə çıxarmır. Şübhəsiz, bu uzun müddət belə davam edə bilməz”.

F.Qəznfəroğlunun sözlərinə görə, Güney Azərbaycan türklərinin ana dilində təhsl ala bilmələrinin və başqa milli haqlarının gerçəkləşməsi üçün əsas nicat yolu onların öz əllərindədir. Belə ki, Azərbaycan türkləri vaxtilə onların idarə etdiyi bir dövləti 1925-ci ildə yıxıb onun yerinə farsbaşları, iranşbaşları hakimiyyətə gətirən, üstəlik bu gün yenidən onlara qucaq açan avropalılara, qərblilərə güvənməkdən əl çəkib, öncə “İran ruhundan” uzaqlaşmalı və “İrançılığa” qarşı da azərbaycançılığı, turançılığı, Turan-Azərbaycan ruhunu irəli sürməlidirlər. F.Qəzənfəroğlu: “Biz Azərbaycan türkləri Qacarların devrilməsindən sonra dünyada yalqız qaldıq. İndi bir hissəmiz müstəqildir ki, onun da gələcəyi Təbrizsiz çox da ümidli görünmür. Çünki Təbriz olmadan nə torpaqlarımıza, nə dilimizə, nə də tarixmizə və fəlsəfəmizə tam cahib çıxa bilməyəcəyik. Əgər bütün Azərbaycan türklərinin ana dilində təhsil almasını istəyiriksə, Vətənimizi bütövləşdirməyə tələsməliyik”.

Azərbaycan aliminin fikrincə, əslində Qərbin vaxtilə türkləri-Qacarları hakimiyyətdən devrib “İran”da hakimiyyətə gətirdiyi “İran-Fars” ünsürləriylə bu gün də əməkdaşlığa davam etdirməsi her şeyi ortaya qoyur: “Bizcə, Qərb və Rusiya “İran”da Türk dilinin rəsmi bir status qazanmasını, ümumiyyətlə Türklərin İranda ciddi bir qüvvəyə çevrilməsini qətiyyən istəmirlər. Ona görə də, bu günə qədər Qərbin və Rusiyanın Güney Azərbaycanla bağlı siyasi oyunlarından ciddi nəticə çıxarılmalıdır. Bizlər, Azərbaycan türkləri Qacarların devrilməsinin 100 ilinin yaxınlaşdığı bir dövrdə Ana dilimizin “İran”da varlığını yenidən ortaya qoymaq istəyiriksə, bunun üçün Türk ruhu, Türklüyümüz, Turanlığımız və Azərbaycanın bütövlüyü tək yolumuzdur

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir