KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Agshin Karimov: Müharibə elanı yoxsa müdafiə siyasəti?

Agshin Karimov: Müharibə elanı yoxsa müdafiə siyasəti?

Kafkassam Editör Kafkassam Editör - - 2 dk okuma süresi
213 0

Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin yekun nöqtəyə çatması ləngidikcə və İrəvanın mövqeyindəki qeyri-müəyyənlik dərəcəsi artdıqca Bakının hərbi əməliyyatlar planı danışıqlarda xəbərdaredici motiv kimi özünə yer qazanır.
Azərbaycanı müharibəyə maraq göstərməkdə ittiham etmək müdafiə və təhlükəsizliyə dair anlayışların zəifliyindən və ya qərəzdən irəli gəlir.
Birincisi, başqa ölkələrin ərazisini qəsb etmək strategiyası məhz Ermənistanın “yeni ərazilər üçün yeni müharibə” tezisində əks olunub. Ermənistan hələ də bu mənfur doktrinadan əl çəkdiyini bəyan etməyib və həmin tezisi revanşizmin alovlanması üçün qidalandırıcı hüquqi əsasa söykəməkdən imtina etmir.
İkincisi, fərz edək ki, Ermənistan həmin tezisi nəzəri olaraq arxa plana atıb, amma İrəvanın faktiki əlamətlərlə yapışdığı mövqelər, silah tədarükü üçün başqa ölkələrə müraciəti və erməni cəmiyyətindəki əhvali-ruhiyyənin qisasçılığa köklənməsi yeni müharibəyə hazırlıq elanı kimi görünür.
Üçüncüsü, Ermənistanın sülh üçün qurulan təpədən sürətlə üzüaşağı enişini göstərən digər cəhət onun sərhədlərin delimitasiyası məsələsində və Zəngəzur dəhlizinin açılmasında üzərinə düşən öhdəliklərdən qaçmasıdır.
Qarabağda isə açıq qalan məsələlərin həllində Ermənistanın rolu qalmadığına görə deyə bilərik ki, İrəvan Azərbaycanın sərhəddən kənar bölgələrində münaqişə yarada bilmək potensialından məhrumdur.
Ona görə də diqqəti sərhədlərin müəyyən edilməsi mövzusuna cəmləmək lazımdır və İrəvanın, əsasən, bu istiqamətlərdəki təxribatları regionu hərbi eskalasiya risklərinə hamilə edir.
Azərbaycan isə ehtimal olunan genişmiqyaslı hərbi təxribatların xüsusiyyət və məqsədlərini qiymətləndirərək mümkün təhlükələrə qarşı preventiv tədbirlər görür.
Yəni Azərbaycan müharibə elan etmir və onun genişmiqyaslı hərbi əməliyyatlar apara biləcəyi ilə bağlı anonslar daha çox müdafiə siyasətinə əsaslanır (ətraflı rəy bölümündə).
Aqşin Kərimov

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir