KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Afrin niyə önəmlidir? – Dünya güclərinin diqqət mərkəzindəki şəhər

Afrin niyə önəmlidir? – Dünya güclərinin diqqət mərkəzindəki şəhər

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
341 0

Afrin məsələsinin Türkiyənin təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti var. Belə ki, ilk növbədə Türkiyə onun 911 km Suriya ilə sərhədində terror ordusunun yaradılmasının qarşısını almış olacaq. Eyni zamanda PYD/YPG/PKK ittifaqının Aralıq dənizə çıxmaq imkanlarını məhdudlaşdıracaq, özünün Hatay və Kulis bölgələrinə buradan bilavasitə gələn təhdidləri önləmiş olacaq”.

Bunu Cebhe.info-ya açıqlamasında politoloq Nəzakət Məmmədova Türkiyənin Afrin əməliyyatına münasibət bildirərkən deyib. N.Məmmədova hesab edir ki, Türkiyənin Afrin əməliyyatına Rusiya razılıq verib
“Suriya ilə sərhəddə 10 min km.ərazinin Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun nəzarətinə verilməsi, sərhəd bölgəsində 30 km güvənli bölgənin yaradılması, terrorçuların Amanos dağlarından sızaraq Türkiyəyə keçməsinin qarşısının alınması, “Fərat qalxanı”nın güvənlyinin davamlılığı, ABŞ-in Suriyada möhkəmlənməsinin qarşısının alınması da bu əməliyyatın başlıca səbəblərindəndir. Afrin ilə Kobani birləşərək kürd dəhlizi yaratmaqla Türkiyənin ərəb dünyası ilə əlaqəsinin kəsilməsinə çalışır. Bu səbəbdən Afrin əməliyyatı bu potensiala mühasirəni yarmaq baxımından önəmlidir. ABŞ və Rusiya ilə münasibətlərə gəlincə, artıq bu dövlətlər öz mövqeyini bildirib. Düşünürəm ki, Rusiya burada Türkiyəyə yaşıl işıq yandırıb. Əks halda öz qüvvələrini geri çəkib türk ordusunun ora daxil olmasına şərait yaratmazdı. Kürdlər də Rusiyanı xəyanətdə ittiham edir və onların da guya məsuliyyət daşıdığını bildirirlər. Rusiya və Türkiyə bununla yanvar ayının sonunda keçiriləcək Suriyaya aid konfransda PYD/YPG/PKK-nın bir tərəf kimi iştirakının qarşısını almaq, onları tərksilah etməklə söz sahibi olmaq hüququndan məhrum etmiş oldular. Çünkü onların ABŞ-ın maraqlarının Suriyada əsas təmsilçisi olduğu aydındır. Bununla da ABŞ Suriyaya dair Rusiyanın təşkil edəcəyi konfransda söz demək hüququndan məhrum edildi” .

Nəzakət Məmmədovanın sözlərinə görə, Afrin əməliyyatı Astana və Soçi proseslərinin davamlılığını təmin edəcək:

“Məhz buna görə də ABŞ əməliyyatlara qarşı olduğunu bildirib. Lakin NATO Türkiyənin təhlükəsizlik əndişələrini anladıqlarını bildirib. Rusiya isə Türkiyəni qınamır və butun bunlarda ABŞ-ı ittiham edir. Görünən odur ki, Rusiya və Türkiyə Astana və Soçi proseslərinə ABŞ-ın PYD/YPG/PKK vasitəsilə iflasa uğratmaq planlarının qarşını aldı və Afrin əməliyyatı məhz bu baxımdan çox önəmlidir. Türkiyənin bu əməliyyatı Astana və Soçi proseslərinin davamlılığını təmin edəcək. Görünür ki, Rusiya Afrinin Əsəd hakimiyyətinə təhvil verilməsini, Türkiyə isə terrorçularla qonşu olmaqdansa, Əsəd rəhbərliyində bütöv Suriyanın qayıtmasını üstün tutur”.

Vilayət Muxtar

Cebhe.info

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir