Birleşik Arap Emirlikleri’nde ilk Hindu tapınağının temel atma töreni düzenleniyor

Tahran – Moskova ilişkisinin geleceği

Rusya, Suriye’ye İskender füzelerini yerleştirdi Mi

Gürcistan’ın NATO’ya neden ihtiyacı var?

Adıgözəl Məmmədov: ”Rusiya əleyhinə söylənən hər fikri erməni maliyyəsinə bağlı Moskva saytları ani olaraq tirajlayacaqlar”

Azerbaycan, Gündem, Rusya 22 Ocak 2019
13

Son zamanlar Azərbaycanda bir çox siyasi təhlilçilərin Rusiya siyasi rəhbərliyini qınayıcı çıxışlarını və bir çox hallarda yersiz bəyanatlarını çox həvəslə ermənilərin maliyyələşdirdiyi Moskva saytları tərcümə edərək nəşr edirlər və sonradan da Rusiyadakı KİV-də bu cür yazıları da tirajlayırlar.

Bu fikirləri Enter.News saytına Avrasiya İnstitutunun ekspertlər şurasının üzvü, politoloq Adıgözəl Məmmədov bildirib.

Adıgözəl Məmmədovun sözlərinə görə, bu işdə, xüsusən, birbaşa ermənilər tərəfindən maliyyələşən ”Reqnium” agentliyi daha çox seçilir. Burada da məqsəd Rusiya ictimaiyyətini çaşdıraraq onları anti-Azərbaycan istiqamətində kökləndirməkdir. Nəticə olaraq belə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycan siyasi cameəsində düşünən insanlar və onun cəmiyyəti sanki anti-Rusiya əhval-ruhiyyəsi ilə yaşayır və Moskvaya qarşı nifrət meyarları ilə alışıb yanırlar. Təsəvvür edirsinizmi, bu tip informasiyanı tirajlayan saytlar sübut etməyə çalışırlar ki, Rusiyanın Qafqazda söykənəcək partnoru yalnız İrəvan və onun erməni siyasi elitası ola bilər. Əlbəttə ki, Rusiyanın siyasi çevrələrində sağlam düşüncəli insanlar heç də vəziyyətin belə olduğunu düşünmürlər. Ancaq təəssüf ki, onlarında bir çoxları sonradan bu erməni anti – Azərbaycan təbliğatının girovuna çevrilirlər.

Politoloq daha sonra qeyd edib ki, Azərbaycana qarşı bir inamsızlıq frustrasiyasını formalaşdırırlar. Heç vaxt yadımdan çıxmaz, 2013-cü ildə Moskva Dövlət Universitetində Slavyan-Türk Birliyi konsepsiyası kitabımın təqdimatından sonra yuxarıda qeyd etdiyim bu tip saytlar məni və bu tədbiri təşkil edənləri sözün elə hər mənasında ittiham atəşinə tutdular. Hətta tədbirdə iştirak etmiş Rusiya Prezidenti yanında Rusiya Strateji Araşdırmalar İnstitutunun əməkdaşı Yevgeni Baxrevskinin də işdən azad olunmasına nail oldular. Təəssüf ki, erməni təbliğat maşını bu gün Rusiyada çox güclüdür və Slavyan-Türk Birliyi konsepsiyası onlar üçün soyuq bir duş effekti yaratmışdı, çünki indiyə qədər əsassız və yersiz təbliğatlarının puça çıxacaqlarını anlamışdılar. Ona görə də var qüvvələri ilə mənə və təşkilatçılara qarşı hücuma keçmişdilər. Hətta bu işə etnik separatizmin ən kəskin ifadəçisi olan Fəxrəddin Abbaszadəni də qatmışdılar. Ermənipərəst saytların şər-böhtan kampaniyaları sərhəd bilmirdi. Yaxşı ki, şəxsi münasibətlərim olan, fikir və təhlillərimə hörmət edən bir çox rus ziyalıları mənim müdafiəmə qalxdılar, çünki qarşı tərəf faktiki olaraq məni ağlasığmaz ittihamlarla ləkələməyə çalışırdı. El dili ilə desək, “Arının yuvasına çomaq girmişdi”.

Adıgözəl Məmmədov daha sonra çox mühüm bir məqama da toxunub. O bildirib ki, bunları ona görə deyirəm ki, bir çox politoloqlarımız əgər onlara politoloq demək olarsa, Rusiya əleyhinə olan ritolikalarında biraz diqqətli olsunlar. Unutmasınlar ki, onların Rusiya əleyhinə söylədikləri hər fikirləri erməni maliyyəsi ilə qidalanan Moskva saytları tərəfindən tərcümə olunaraq ani olaraq tirajlanacaqdır. Hətta bəzi “Politoloqlarımızla” danışan zaman bu insanların nə qədər dar düşüncə sahibi olduqları baxımından təəcübümü gizlədə bilməmişəm, çünki yuxarıda qeyd etdiyim bu dırnaqarası politoloqlarımız Rusiyanın yuxarıda qeyd etdiyim tipli saytlarında çap olunduqlarını mənə öyünərək demişdilər. Deyəndə ki, sizin hansı fikirlərinizi Rusiya saytı çap edib? Cavab olaraq:”Mən onları yaxşıca ifşa etmişəm, onlar da məni çap ediblər”. Sual verəndə ki, sizə təəccüblü gəlmirmi ki, qeyd etdiyiniz bu ifşanı və ya aşağlayıcı ifadələrinizi tirajlamaqda onların nə maraqları ola bilər ki, sualına gözlərin döyərək üzümə baxırlar. Bilməliyik ki, Rusiya KİV-dən Qarabağ həqiqətlərimizi olduğu kimi çatdıra biləcək mətbu orqanlar demək olar ki, yox dərəcəsindədi. Yəni bu işi görmək müqabilində olmazın şərtləri ilə üzləşirsən açığını deyim ki, bu stereotipin formalaşmasında da bizim dırnaqarası siyasi təhlilçilərimizin məsuliyyətsiz çıxışlarının da rolu az deyildir. Bu o demək deyildir ki, biz obyektiv formada tənqid etməli deyilik. Əlbəttə ki, etməliyik, amma bunu elə şəkildə etməliyik ki, sonradan bu fikirlər bizə qarşı çevrilməsin və təbliğat mübarizəmizdə məğlub vəziyyətə düşməyək. Bəlkə də bir çoxlarının mənim bu fikirlərim xoşları gəlməyə bilər. Amma bizim dövlətçilik maraqlarımız kiminsə mənə qarşı ola biləcək münasibətindən üstündür. Heç kim də düşünməsin ki, nə Rusiya bu coğrafiyadan gedəndi, nə də ki, biz. Tarixi gerçəklik bizi bu coğrafiyada birgə yaşamağa məhkum etmişdir. Ona görə də düşmənlərimizin dəyirmanlarına su tökməyərək milli davamızı aparmalıyıq. Müstəqilliyimizi möhkəmləndirərək, siyasi-iqtisadi inkişafımızı həyata keçirməliyik. Bu məqamda Ümumilli liderimiz Heydər Əliyevin Rusiya istiqamətindəki siyasəti və fikirləri bizim üçün əsas olmalıdır. Ona görə də Rusiya istiqamətindəki söylənilən hər bir söz, bizim əleyhimizə işləyə biləcək ab-hava yaratmamalıdır. Unutmayaq ki, Rusiya əleyhinə söylənən hər fikri erməni maliyyəsinə bağlı Moskva saytları ani olaraq tirajlayacaqlar.

Yorumlar