İraq Kürdüstanı regionda olan neft ölkələri kimi təbii sərvətlərindən bəhrələnmək istəyir və bu proselərdə strateji partnyorları ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır. Kürd liderlər xüsusən də Bərzani ailəsi regonda kı, Rusiya və ABŞ ziddiyyətin nəzərə alarağ bu qarşıdurmadan zərərsiz çıxmağa çalışırlar. Bir məsələni nəzərə almağ lazımdır ki, Bərzani tayfanını tam məhf olmağdan 1946- cı ildə məhz o dövrün Azərbaycan rəhbəri M.C.Bağırov xilas etmişdi. Bunun təsdiq edən yetərincə arxiv sənədləri var. Bu baxımdan qısa müddət ərzində İranda fəaliyyət göstərən Kürd Mahabad Respublikasının və Cənubi Azərbaycan hərəkatının Sovet dövləti tərəfindən kuratoru məhz M.C.Bağlrov olmuşdur.Qazi Məhəmməd qardaşları ilə ilə birgə indiki Bərzani ailəsinin babası Molla Mustafa Bərzani o dövürdə Mahabad Respublikasının rəhbəri olmuş və hərbiləşdirilmiş qüvvələrin rəhbəri idi. Molla Mustafa Bərzani və onun silahdaşları Azərbaycanda bir müddət yaşamış və Bağırovun qonağı olmuşdur. Sovet və sonradan Rusiya ilə bu ailənin həmişə əlaqələri olmuş və bu gündə davam edir. Əslində isə bu amil bu gündə regionun kürd siyasətində əsas faktordur və bunu biz Rusiya neft şirkətləri ilə (başda “Lukoil” şirkəti gəlməklə-A.M.) İraq Kürd müxtariyyətində neftin hasilatı ilə bağlı bağlanılmış müqavilələrdən görürük.
İraq Kürdistanın sübut olunmuş neft yatğları 45 milyard barell, amma ehtiyatda olan potensial yatağları nəzərə alsağ bu rəqəm 115 milyard barellə çıxır.Son illər aparılan geoloji axtarışlar nəticəsində 3 trilyon kuba metr qaz ehtiyyatları üzə çıxdı.Buda ümumilikdə İraqın qaz ehtiyyatları 90 faizi deməkdir. İraq konsitutusiyasının 113- cü maddəsinə görə İraq Kürdistanı hətta fedaral dövlət statusunda səlahiyyətlərə malikdir.İraq Kürdistanı müstəqil qanunvericiliyinə (bir şərtlə ki, İraq konusitisiyasına zidd olmasın)İcra edici strukturlarına, məhkəmə sisteminə,silahlı qüvvələrinə,İraqın xaricdəki səfirliklərinə öz nümayəndələrinə malikdir. Bu baxımdan 7 avqust 2007 – ci ildə İraq Kürdistanı hökümətinin təklif ilə İraq Kürdistanı parlamenti tərəfindən təsdiq edilmiş, Ərbil Dohuk və mübahisəli Kərkük ərazisindəki karbohidrat yatağları ilə bağlı qanunu qüvvəyə minmişdir. Baxmayaraq ki, bu qanun mərkəzi İraq höküməti tərəfindən İraq konustitusiyasının 108- ci maddəsinə görə tanınmasada, məhz İraq Kürdistanın bu addımından sonra Ərbil müstəqil şəkildə transmilli neft və qaz şirkətləri müqavilələr imzalamağa başladı.
Amma Kürd Muxtariyyətinin enerji daşıyıcılarının nəqlində Türkiyənin roluda əvəsizdir.Burada da mehriban rəqib olan Türkiyə ilə Rusiya üstüörtülü əməkdalığ edirlər.
Bu gün Kürd Muxtariyyətinin enerji daşıyıcıları ilə bağlı siyasəti bir-neçə amilləri nəzərə almağla həyata keçirilir.Bəzən də bu siyasətə İraq Kürdistanın siyasi rəhbərliyinin millətçi hissləri gölgə salsada, mövcud geopolitik reallığ yenidən praqmatizmə qayıtmağa məcbur edir.
Bu praqmatik siyasət Orta Şərqdə həm Türkiyənın , həm də Rusiyanınn varlığına xüsusi əhəmiyyət verilərək həyata keçirilir. Orta Şərqdə və Şimali Afrikada Ankara və Moskva arasında olanda ziddiyət əsasən Qoca Avropanın daxili siyasətinə təsir göstərmək üçün onun iqtisadiyyatını formalaşdıran enerji kolidorlorına nəzarət etmək baxımından baş verir.Rusiyanın, xüsusilə, Suriyadakı mövcudluğu onun Orta Şərqdə və Aralıq dənizində söz sahiblərindən birinə çevirərək avropaya uzanacağ alterrnativ kolidorlara nəzarət etmək imkanını yaradmışdır.Faktiki olaraq Rusiya, İraq, Katar, Səudiyyə Ərəbistan və Küveyt neft və qaz ixracatının Avropaya daha yaxın olan Suriya üzərində ixracatının qarşısını alaraq qoca Avropanı bir çox hallarda daha ucuz başa gələn Rusiya enerji resurslarına bağlı edir.Rusiyanın bu strateji məqsədləri konteksində onun ciddi şəkildə Türkiyə ilə tandemini, yaxınlaşmasını müşahidə edirik.Əslində Türkiyədə heç də maraqlı deyil ki, Orta Şərqin və xüsəsəndə İraq Kürdistanının enerji resursları onu ərazisindən keçməyən enerji koridorları ilə və ya Suriya üzərindən Avropaya çatdırılsın. Ona görə də bu gün Türkiyə məhz Rusiyanın köməyi və dəstəyi ilə yarana biləcək Suriya enerji tranzit xətti boyunca Avropa və ABŞ-ın yaratmağa çox çalışdığı Kürd zolağının çox ciddi cəhdlə qarşısını alamağa çalışır.Əslində Rusiyanın bu siyaseti strateji məqsədlər baxımından Ankaranı Moskva ilə yaxınlaşdırır. Yəni bu 2 ölkə Orta Şərqin enerji resurslarının Suriya üzərindən və ya formalaşdırıla biləcək Kürd zolağı üzərindən ixracatında maraqlı deyillər. Hətta Rusiya-Türkiyə münasibətlərinin gərginləşdiyi bir vaxtda belə türklərə təzyiq göstərmək üçün Moskvanın kürdlərlə oynaması stiuativ bir xarakter daşıyırdı.Moskvanın mövcud şəraitdə kürdlərə dəstək verməsi Rusiyanın strateji məqsədlərinə ziddir. Xüsusəndə regionun diğər aparıcı oyunçusu İran öz daxilində baş verə biləcək separtizmin qarşısın almaq üçün, kürd siyasəti baxımından həm Ankara ilə, həm də Moskva ilə maraqları tam üst-üstə düşür və strateji məqsədlərinə cavab verir.
Adıgözəl Məmmədov-Avrasiya iqtisadi əməkdaşlıq institutunun ekspertlər şurasının üzvü
Adıgözəl Məmmədov: Rəqibləri birlləşdirən İraq Kürdistanı
402 0
Kafkassam Editör
Yeni bir dünyaya uyanmak, dünyayı yeniden okumak isteyenler için, söylenecek sözü olanlar için merkezi Ankara’da olan KAFKASSAM’ı kurduk. Erivan, Bakü, Tiflis, Tebriz, Grozni, Moskova, Mahaçkale, Nazrin, Nalçik, Saratov, Ufa ve Sochi’de ofislerimiz temsilcilerimiz var. Kafkassam genelde kafkasya çalışmak için kuruldu Kafkasya genelinde çalışır. Ermenice Rusça Gürcüce İngilizce dillerinde yayın yapan kafkassam genç akademisyen ve stratejistlerle çalışmaya özen gösterir. KAFKASSAM’ın internet sitesi 2 Ocak 2010’da yayına girdi. İnternet sitesinde Kafkasya’daki ülkeler ve Türkiye ile ilişkileri hakkında makaleler, ropörtajlar, analizler ve yorumlara yer verilmektedir.