KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. Adıgözəl Məmmədov: “Dağlıq Qarabağda ermənilər yaşayan rayonlar Azərbaycan ərazisidir və status yoxdur” –

Adıgözəl Məmmədov: “Dağlıq Qarabağda ermənilər yaşayan rayonlar Azərbaycan ərazisidir və status yoxdur” –

Hasan Oktay Hasan Oktay - - 6 dk okuma süresi
344 0

Azərbaycan 28 ildən sonra Qarabağ torpaqlarını geri qaytardı. Lakin bu hələ də son demək deyil, bir sıra məqamların müzakirəsinə ehtiyac var.

Azərbaycan gələcək siyasətini çox ciddi və dəqiq qurmalıdır ki, acı tarixlər təkrarlanmasın. Eurasia Diary bir sıra sualları müzakirə etmək üçün Slavyan-Türk xalqları hərakatının lideri, Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, tədqiqatçı-yazıçı və politoloq Adıgözəl Məmmədovun fikirlərini alıb.

Politoloq Dağlıq Qarabağda yaşayan və Azərbaycanın qanunlarını qəbul edən ermənilərə qarşı müəyyən yumşalmaların edilməsini düzgün hesab etdiyini qeyd edib.

“Dağlıq Qarabağda ermənilərin yaşadığı rayonlar da Azərbaycanın ərazisidir. Bütün Dağlıq Qarabağın da status məsələsi yoxdur. Eyni zamanda da bu tipli məsələlərdə müəyyən mənada Azərbaycana meyilli olan, Azərbaycan dövlətçilik ənənələrini qəbul edən, Azərbaycanın milli dəyərlərinə sahib çıxmağa hazır olan ermənilərə də müəyyən yumşalmalar etməliyik. Çünki, gəlin etiraf edək ki, sadə ermənilərin əsas istəyi bir parça çörək, ailəsi və övladının sağlığıdır. Təbii ki, sadə ermənilərin Ermənistanla əlaqələri, Azərbaycan xalqına qarşı cinayətlərdə iştirakı yoxlanıldıqdan sonra və əgər onlar özlərini Azərbaycanın daxilində görürsə bu insanlarla müəyyən münasibət qurmaq lazımdır”.

Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bəyanatda Rusiya qüvvələrinin sülhməramlı qismində Qarabağda mövcud olacağına dair bənd yer alıb. Adıgözəl Məmmədov sülhməramlı qüvvələrin ölkə ərazisini tərk etməsi üçün hansı şəraitin formalaşmalı olmasına da toxunub.

“Sülhməramlıların əsas səbəbi nədir? Ruslar iddia edirlər ki, iki xalqın birgə yaşayış imkanı yoxdur. Bunun məntiqi budur ki, iki xalq arasında aqressiv münasibət olduğuna görə onları bir birindən qorumaq üçün sülhməramlılar olmalıdır. Bunu aradan götürmək üçün isə Rusiyaya Azərbaycan dövlətçiliyini qəbul edən və cinayətlərə bulaşmamış ermənilərin Azərbaycanın vətəndaşı olduğunu və özünü bizim vətəndaş kimi hiss etdiyini başa salmaq lazımdır. Biz bu hissi təqdim etməliyik ki, sülhməramlılar arqumentini neytrallaşdırmaq üçün şərait yaransın. İstiqamət belə olmalıdır.

Bu gün Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa etdi, Azərbaycanın daxilində ermənilərin yaşadığı anklav var (status yoxdur). Azərbaycan çoxmillətli dövlətdir, hamı bir-biri ilə dil tapır və çox rəngli etnik çələngə məxsusdur. Bizi birləşdirən ümumi mentalitetdir. Ləzgi, saxur, talış və sair etnik köklü vətəndaşlar azərbaycanlı mentallığı daşıyır. Bizi birləşdirən budur. Azərbaycanlı mentallığını daşıya bilən erməni Azərbaycan dövlətçiliyi daxilində bizim vətəndaşımız olacaq. Əgər onlar bizə qarşı təxribat törədəcəksə və ya hansısa qüvvənin vasitəsinə çevriləcəksə biz onlara təxribatçı kimi davranmalıyıq”.

Adıgözəl Məmmədov Rusiyanın müharibə zamanı Ermənistana gözlədiyi dəstəyi verməməsinin erməni xalqının baxışlarına necə təsir edə biləcəyini və güvən məsələsinə də aydınlıq gətirib.

“İbn Haldunun belə bir sözü vardır: “Xalqların taleyini coğrafiya həll edir”. Ermənistanın bu coğrafiyada olması onun taleyini Rusiya ilə bağlayır. Nə baş verəcəksə Rusiya siyasi elitasının səsləndirəcəyi fikirləri güdəcəklər.

Siyasətdə güvən nisbi anlayışdır. Burada əlaqələrə maraqlar, tarixi keçmiş, strateji niyyətlər və coğrafiya çərçivəsindən baxılmalıdır. Ermənistanın güvənməməkdən başqa seçimi yoxdur. Xalq olaraq isə onlar kimi bəyənir ki? Erməni milli məfkurəsindən yanaşdıqda bilirik ki, onlar özlərindən başqa heç kimi bəyənmirlər və bəzən özlərini belə didirlər”.

Ermənistan dövləti daim xaricdə fəaliyyət göstərən diasporadan dəstək alıb. Məğlubiyyət diasporanın münsaibətinə təsir edə biləcəyini düşünənlər də mövcuddur. Politoloq müharibənin diaspora və Ermənistan əlaqələrinə heç bir təsiri olmayacağını düşünür.

“Ermənistan var olduqca diaspora təşkilatları Ermənistanla əlqələri saxlayacaq. Erməni diasporasının iki xətti çox önəm daşıyır. Bunlardan biri Fransada fəaliyyət göstərən diasporadır ki, onun Fransa hakimiyyətinə bu və ya digər formada təsir etmək imkanına malikdir. Digəri isə ABŞ-dır. Burada isə ABŞ xarici siyasətinin tərkib hissəsi kimi fəaliyyət göstərir. Lakin onların yəhudi, italyan və yunan diasporası kimi gücü yoxdur. Amma Ermənistan var olduqca hər zaman diaspora Ermənistanı dəstəkləyəcək.

Əlbəttə erməni diasporaları təmsil etdikləri ölkənin maraqlarına uyğun olan şəxslərin hakimiyyətə gəlməsinə çalışırlar. Çünki uzun illər əvvəl Ermənistanın Xarici İşlər naziri Oskanyanın dövründə Ermənistan hakimiyyət orqanlarına diasporanın süzgəcindən keçən kadrların cəlb olunması prosesi baş verdi. Levon ter-Petrosyan isə daha çox Fransa diasporası ilə əməkdaşlıq etmişdi”.

Azərbaycan müharibədə qələbə çaldı, lakin bu uğuru möhkəmləndirmək üçün görüləcək işlər qabaqdadır.

Ülvi Əhmədli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir