Գազի գնի հնարավոր թանկացումը մեսիջ է Մոսկվայի կողմից. Հայաստանը պետք է պատրաստ լինի ցանկացած սցենարի

Dennis Rodman: Kim Jong Rock yıldızı olmak istiyor

‘Reina saldırganı’ olduğu öne sürülen Maşrapov: Bu olayla hiçbir ilgim yok

Kudret Özersay: “Doğal Gaz Konusunda Bizi Avutacak Bir Komite Aramıyoruz”

Adı türkcə olan uşağa 3 ildir şəxsiyyət vəsiqəsi verilmir

Gündem, İran 17 Mayıs 2020
106

GünAz TV: Güney Azərbaycanın Tikantəpə (Təkab) şəhərində valideynlərinin “Onur” adı verdiyi uşağa üç ildir ki, şəxsiyyət vəsiqəsi verilmir.

Bu barədə 2017-ci il təvəllüdlü uşağın atası öz İnstagram səhifəsində məlumat yayıb.

Əli Hidayəti Tikantəpə Qeydiyyat idarəsindən məhkəməyə şikayət etdiyini bildirib.

Məhkəməyə təqdim olunan şikayət ərizəsində “Onur” adının İranda rəsmi lisenziya ilə çap olunan “Gözəl Türkü adları” və “Türk adlar sözlüyü” kitablarında olduğu vurğulanır.

Hər iki kitabda “Onur” adının güclü, heysiyyətli və şəxsiyyətli mənalarını daşıdığı bildirilir.

Əli Hidayəti məhkəməyə ünvanladığı ərizədə Tikantəpə Qeydiyyat idarəsinin bütün müraciətlərə və tələb olunan sənədlərin təqdim olunmasına baxmayaraq məsələyə laqeyd yanaşaraq şəxsiyyət vəsiqəsini verməkdən imtina etdiyini yazıb.

O əlavə edib ki, bu məsələ övladını bir çox hüququndan, o cümlədən, tibbi sığorta xidməti və dövlət tərəfindən nəzərdə tutulan subsidiyalardan məhrum edərək onun vətəndaşlıq haqlarının pozulmasına səbəb olub.

Onurun atası məhkəmədən şəxsiyyət vəsiqəsinin verilməsi və valideynlərin ad seçmək hüququ barədə mövcud qanunları nəzərə alaraq sənədin təqdim olunması üçün müvafiq qərar çıxarmasını tələb edib.

Tikantəpə Qeydiyyat idarəsinin məsulları “Onur” adının idarəyə elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edirlər. Onlar vəsiqənin verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildiriblər.

İranda yalnız hökumət tərəfindən Qeydiyyat Şöbələrinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yer almayıb.

Yorumlar