Ortadoğu Texniki Universitetinin regionşünaslıq fakültəsindən elmi namizəd Keisuke Vakizaka Türkiyənin Suriyada İŞİD hədəflərini məhv etmək üçün başlatdığı “Fərat Qalxanı” əməliyyatı ilə bağlı “Eurasia Diary”nin suallarını cavablandırıb.
E.D.: Türkiyənin Cerablusda “Fərat Qalxanı” adlı əməliyyatını necə dəyərləndirirsiniz? Bu əməliyyatla bağlı bir çox iddialar var. Türkiyənin bu əməliyyatda əsas hədəfi nədir?
K.V.: Türkiyənin beynəlxalq siyasətdə öz çəkisi, yeri var. İŞİD terror təşkilatı ABŞ, Türkiyə, Rusiya, İran və digər ölkələrin ortaq düşmənidir. Hər hansısa ölkə İŞİD-ə qarşı mübarizə məqsədilə Suriyaya daxil olan Türkiyəyə mənfi reaksiya verilməyib. Türkiyə Suriyaya girərkən Suriyanın ərazi bütövlüyünü qorumaq üçün əməliyyata başlayıb. Bununla yanaşı, aparılan əməliyyatlar Türkiyənin hər cür təhlükələrə baxmayaraq güclü dövlət olduğunu sübut edir.
E.D.: ABŞ bir tərəfdən İŞİD-ə qarşı mübarizəni dəstəkləyir, digər tərəfdən isə İŞİD olmayan ərazilərdə – YPG-nin (PKK-nın Suriyadakı silahlı qanadı – Red.) olduğu bölgələrdə münaqişənin qəbul edilməz olduğunu bildirir. ABŞ-ın “dəyişkən” mövqeyi əməliyyata təsiri necədir?
K.V.: Hesab edirəm ki, ABŞ region haqqında daha dolğun məlumata malik olmadığından səhv fikirdədir. İŞİD kimi YPG də terror təşkilatıdır. Bir neçə ildir ki, Türkiyə ərazisində böyük terror aktları həyata keçirib. Bu hərəkatlar illərdir ki, Türkiyə xalqına zərbələr vurur. Bu təşkilatlar Türkiyə üçün təhlükəlidir. Sözsüz ki, ABŞ da bu həqiqətlərlə qarşı-qarşıya qalacaqdır. Buna görə də, Türkiyəyə dəstək vermək məcburiyyətindədir.
E.D.: Suriya höküməti bəyanatlar verərək Türkiyənin mülki vətəndaşları öldüyünü, kimyəvi silahlardan istifadə etdiyini iddia edir. Bu hal Türkiyənin dünya ictimaiyyəti qarşısındakı imicinə hər hansı təhlükə yaradırmı?
K.V.: Türkiyə beynəlxalq hüquq normalarına əsasən hərəkət edir, ona görə də, əməliyyatlarda kimyəvi silahlardan istifadə etməkdən söz gedə bilməz. Türkiyənin bu ittihamlara cavab verə bilməsi üçün yetərli qədər dəllilləri var. İnanmıram ki, bu düşüncə Türkiyəyə hər hansı bir təhlükə yaradar.