KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ -Türkiyə müttəfiqliyi yenidən gündəmdə

ABŞ -Türkiyə müttəfiqliyi yenidən gündəmdə

Kafkassam Editör Kafkassam Editör - - 7 dk okuma süresi
497 0

Yaxın Şərqdə yeni situasiya formalaşmaqdadır. İnkişaf etməkdə olan geosiyasi problemlərin dinamikası, ABŞ-Türkiyə yaxınlaşmasına doğru irəlləyir. Hər şey Trampın prezident seçilməsindən və İrana qarşı sərgilədiyi sərt xəttdən başladı. Trampın Ərdoğana zəng etməsi, 45-dəqiqə çəkən telefon danışığı tərəflərin narahatlığına səbəb olan, xüsusilə Türkiyəni narahat edən məsələləri müzakirə predmeti olub. Və, iki tərəfli müttəfiq əlaqələrin bundan sonra da davam etməsi barədə razılıq əldə olunub. Təbii ki, Ərdoğan Trampdan Suriyada Türkiyəyə dəstəyin verilməsi, kürd terrorçu qrupu olan PKK-nın Suriya qolu “YPG”-nin dəstəklənməsinə son qoymasını dilə gətirib. Xatırladım ki, “Suriya Demokratik qüvvələri ” adı altında formalaşan kürdlər, Türkiyənin cənub sərhədlərində-Suriya ərazisində muxtariyyət əldə etmək üçün mübarizə aparır. ABŞ tərəfindən bu terrorçu qruplaşmalrına lojistik və siyasi dəstək verilir. Bu dəstək, Türkiyəni haqlı olaraq narahatlığına səbəb olur. Və, ABŞ-Türkiyə müttəfiq əlaqələrinə kölgə salır. Çünki, güclənmiş kürd qrupları, Tükiyənin təhlükəsizliyini təhdid etməklə yanaşı ərazilərinidə hədəfə alır. Ərdoğan Trampla bu məsələri müzakirə etməklə yanaşı, həmçinin Fətullah Gülən haqqında da narahatlığını dilə gətirib. Artıq, Fətullah Gülən məsələsi bir, o qədər önəmli, əhəmiyyət kəsb etmir. Çünki, Ərdoğan kifayət qədər toparlanıb, ordunun daxili siyasi məsələlərdən kənarlaşdırıb. İndi Ərdoğana Gülən sadəcə, propaqanda aparmaq üçün lazımdır.
Tramp və Ərdoğanın telefon danışıqlardan sonra, ABŞ Mərkəzi Kəşfiyyat rəhbəri Mike Pompeo səhəri Türkiyə səfər etdi. Təbii ki, bu səfər, telefon danışıqlarında razılaşdırılmış bir proqram əsasında gerçəkləşdi. Qeyd edim ki, MKİ şefinin ilk xarici səfərini Türkiyəyə etməsi, ABŞ-ın Yaxın Şərqdə siyasətində ciddi dəyişikliklər olunacağından və Türkiyə ilə birgə əməkdaşlıq ediləcəyindən xəbər verir. Dünən ABŞ vitse-prezidenti Mayk Pens və Türkiyənin baş naziri Binəli Yıldırım arasında telefon danışığı olub.
Söhbət zamanı Pens türk-amerika münasibətlərində “yeni günün” gəldiyini qeyd edib. Pens Əl-Bab şəhərində türk hərbçilərinin həlak olması ilə bağlı başsağlığı verib.
Görünür ki, ABŞ Türkiyənin Əl -Bab əməliyyatına dəstək verir. Müttəfiqlik əlaqələrini yenidən bərpa edir. ABŞ-Türkiyə əlaqələrinin bərpası, Rusiya-Türkiyə münasibətlərini də zəiflədəcək.
Həmçinin Yaxın Şərq regionunda İranın getdikcə artan siyasi və hərbi gücü, Türkiyənin maraqlarınıda ciddi təhdid etməkdədir. İranın Yaxın Şərq siyasəti, ABŞ və Türkiyənin birgə hərəkət etməsinə zəmin yaradır. ABŞ-ın kəskinləşən İran siyasəti, Türkiyənin Yaxın Şərqdə önəmini artırmaqdadır.
ABŞ və Türkiyə arasında münasibətlərin yenidən bərpası təbii ki, Rusiyanın narhatlıqlarına səbəb olmaqdadır. Göründüyü kimi, Tramp-Ərdoğan danışıqlarından sonra, Rusiya səfirinin PKK və PYD -ni terror təşkilatı kimi tanımaması ilə bağlı açıqlaması, ardınca Əl-Babda Türk hərbiçilərinin Rusiya pilotu tərəfindən “səhvən” vurulması, Rusiyanın Türkiyəyə qarşı ciddi mesajıdır. Onsuzda Rusiya-Türkiyə əlaqələri kövrək idi. İki ölkə arasında yaxınlaşma, ABŞ-ın Türkiyədən dəstəyin çəkməsi ilə baş vermişdi. Yenidən əlaqlər bərpa olunması, təbii ki, Rusiyanı qıcıqlandırır.
Qeyd etmək lazımdır ki, Rusiyanın Yaxın Şərqdə güclənməsi, Türkiyənin geosiyasi maraqlarına cavab vermir. ABŞ-ın ilk əvvəldən Türkiyə ilə birgə Suriyada hərəkət etsəydi, Rusiyanın rolu bu qədər önəmli olmazdı. ABŞ-ın yeni rəhbərliyi artıq, Obamanın səhvini düzəltmək üçün Türkiyə ilə əməkdaşlığa önəm verməkdədir. Çünki, İran-Rusiya oxunun regionda təsirini azaltmaq üçün ABŞ üçün Türkiyənin güclənməsi şərtdir. Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin birliyi, İran-Rusiya tandemini Yaxın Şərqdə sıxışdırmağa qadirdir. Bu istiqamətdə Tramp administrasiyası yeni siyasət üzərində işləyir. Hazırda Rusiya-İran Yaxın Şərqdə güclənməklə, bütövlükdə regionda qüvvələr balansına təsir edərək, İranın Ərəb ölkələrində təsir gücünün artmasına səbəb olmaqdadır. İran Yəməndə ” husilər” Suriyada “Hizbullah” vasitəsilə münaqişlərdə bir başa iştirak edərək, Qərbin sıxışdırılmasına çalışır. Həmçinin burada Səudiyyə Ərəbistanı və Türkiyəni də təhdid etməkdədir. ABŞ rəhbərliyi, İranın bu təhlükəli gedişlərini görür və qabaqlayıcı tədbirlər almaq üçün, İrana mümkün təzyiqlər edəcək. Bir müddətdən sonra, region üçün ABŞ-Türkiyə və İsrail oxu formalaşa bilər. Bu xətt regionda yeni kürd dövlətinin və Rusiya-İran oxunun qarşısın almağa hesablanacaq.

Xatırladım ki, Rusiyanın Suriya üçün hazırladığı konstitusiyada Suriya ərazisində kürd muxtariyyəti nəzərdə tutulub. Görünür, Rusiya Suriyada “kürd muxtariyyətini”yaratmaq planı ilə, Türkiyəyə daimi təzyiq vasitəsi kimi istifadə etməsindən irəli gəlir. Türkiyə məhz, Şimali Suriyada yaradılması nəzərdə tutulan “kürd muxtariyyətinin” qarşısın almaq üçün “Fərat qalxanı” əməliyyatını aparır. Rusiyanın kürd planı, Türkiyədə diqqətlə izlənilir və bunun qarşısın almaq üçün yenidən ənənəvi müttəfiqləri ilə birləşir. Muhammed Asadullazade

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir