KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Türkiye
  4. »
  5. ABŞ Konqresinin Türkiyə hesabatı

ABŞ Konqresinin Türkiyə hesabatı

Kafkassam Editör Kafkassam Editör - - 5 dk okuma süresi
213 0

Müttəfiqlərin əsas problemi nədir və onu necə həll edəcəklər?

ABŞ Konqresinin araşdırmalar xidməti Türkiyəyə dair araşdırma-hesabat hazırlayıb. 73 səhifəlik sənəddə Türkiyənin regional və qlobal baxışları, daxili və xarici siyasəti ələ alınıb. Ölkə siyasətinin əsas axınları və oyunçuları təhlil edilib. Beləliklə ABŞ Konqresindən Türrkiyənin necə göründüyünə baxaq.

Türkiyə ABŞ üçün önəmli müttəfiqdir, bununla belə NATO və bəzi regional siyasətlər çərçivəsində ABŞ-la problemlər mövcuddur. Bu problemlərin həlli istiqamətində atılmış addımalrın gözləninlən ölçüdə nəticə verməməsi Türkiyə hakimiyyətinin ideoloji baxışları ilə əlaqələndirilir. Buraya həm də İram və Rusiya ilə bağlı Ankaranın yürütdüyü siyasət də aid edilir. S-400 raket komplekslərinin Rusiyaan alınması Ankaranın ABŞ-dan asılılığı azaltmaq siyasəti kimi izah olunsa da bunun NATO çərçivəsində ciddi problemə yol açdığı bildirilir. Bu mövzuya dair digər məsələ isə İsveç və Finlandiyanın NATO-ya qoşulmasına dair çərçivə razılaşması əldə olunmasına baxmayaraq Türkiyənin hələ də bəzi şərtlərlə prosesi ləngitməsidir.
AKP və MHP ittifaqının əldə etdiyi parlament çoxluğunun artmaqda olan iqtisasi problemlər və böyüməkdə olan infilyasiya nəticəsində növbəti seçkilərdə qorunub saxlanması imkansız görünür. Bunun müqabilində CHP və İYİ partiyanın öncüllük etdiyi bir müxalifət koalisiyasının 4 faizlik bir üstünlüyə sahib olduğu göstərilir. Əsasən etnik kürdlərin səs verdiyi və hazırki hökumətə müxalifətdə olan HDP-nin isə 11 faizlik bir səs potensialının olduğu qeyd edilir. Böyük şəhər bələdiyyələrinin müxalifətin namizədləri tərəfindən qazanılmasının da altı cızılır. Əkrəm İmamoğluna qarşı bir məhkəmə hökmünün və siyasi qadağanın gətirilməsi isə sırf siyasi qərar olaraq tanınır.
Rusiya ilə tarixi müharibələr və diplomatik gərginliklər təcrübəsində sahib olan Türkiyənin bu ölkə ilə münasibətlərini yaxşılaşdırmağa çalışması həm də islamçı ideologiyaya bağlı Ərdoğanın Qərblə balans yaratmaq cəhdi kimi şərh edilir.
İranla qonşu olmaqla yanaşı Tehranın regional iddialarına təmkinlə yanaşan Türkiyənin bu ölkəyə ABŞ tərəfindən qoyulan sanksiyanı dəlmək üçün Xalqbank vasitəsiylə həyata keçrirdiyi əməliyyatlar və ABŞ federal məhkəməsində bu işə dair davam edən araşdırma qeyd edilir.
Rusiya-Ukrayna müharibəsində Ukraynaya verdiyi dəstəkdən ötürü ABŞ hakimiyyətinin Türkiyəyə münasibətinin yaxşılaşmasının ardından Kremllə qurulmağa çalışılan iqtisadi əməkdaşlığın və nəticədə Rusiyanın sanksiyalardan qorunamsı üçün atılan addımların yenidən vzəiyyəti gərginləşdirdiyi bildirilir. Bir media quruluşuna istinadən Rusiyadan 24 milyard dollar vəsaitin Türkiyəyə gəldiyi qeyd edilir. Həmçinin ABŞ prezidenti Baydenin Türkiyənin silahlanmasında önəmli yer olan F16-ların yenilənməsi üçün cəhdlər etdiyini, amma bu cəhdlərin Konqressdə maneələrlə üzləşdiyi bildirilir.
Prezident ərdpğana istinadən Türkiyə silah sənayesnin son 20 ildə daxili silahlanmadakı rolunun 20 faizdən 80 faizə çatdığı bildirilir. Bununla belə Türkiyənin daha ciddi istehsalçı ola bilmsi üçün mikroçiplər və bəzi önəmli detallaın istehsalında yetərli olmadığı bildirlir.
İki xarici siaysət konsepsiyasının “Yurdda sülh, Cahanda sülh” və “Yeni Osmanlıçılıq” müqaisəsində Mustafa Kamalın önə sürdüyü birinci konspesiyanın dəyərlərə bağlı və region üçün mühüm əhəmiyyətli olduğu bildirilir.
Türkiyə ilə problemlər necə həll edilə bilər?

Bu suala bir neçə başlıq üzrə cavab axtarılsa da ümumilikdə hazırki hökumətin konservativ baxışlarının yumşalmalar üçün ciddi maneə olduğu bildirilir. 2023 seçkilərindən sonra ehtimal olunan yeni prezidentlə daha əlverişli münasibətlərin qurulmasının mümkünlüyü qeyd edilir. Həmçinin burada əsas şərt kimi yeni siyasətin sırf praqmatik deyil, dəyərlərə bağlı bir siyasət yürütməsinin vacibliyi qabardılır.

Politfm.com

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir