KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. İran
  4. »
  5. ABŞ-ın İrana qarşı sanksiya siyasətinin arxasında hansı gizli məqsədlər var?

ABŞ-ın İrana qarşı sanksiya siyasətinin arxasında hansı gizli məqsədlər var?

Kafkassam Editör Kafkassam Editör - - 3 dk okuma süresi
323 0

Bakı, 7 noyabr, Xəzərİnfo, Region. Noyabrın 5-dən etibarən ABŞ tərəfindən tətbiq İrana qarşı edilən sanksiya qüvvəyə mindi. ABŞ prezidenti Donald Tramp “twitter” hesabından yaydığı bəyanatında, bunun İrana qarşı tətbiq olunan ən ağır sanksiyalar olacağı mesajını verdi.

Bu fikirləri Xəzərİnfo-ya açıqlayan politoloq Ramiyə Məmmədova bildirib ki, ABŞ prezidenti bununla belə, Yaponiya, Cənubi Koreya, Çin, İtaliya, Yunanıstan və Taylandı bu sanksiyalardan azad etdi.

Ekspert qeyd edib ki, bu ölkələr ABŞ sanksiyalarından kənarda qalsalar da, D.Tramp İranla əməkdaşlıqlarını, eləcə də qazından və neftindən istifadə edilməsini azaltmalarının vacibliyini onların diqqətinə çatdırdı: “Artıq bu siyahıya Azərbaycan da daxil edildi. Çünki, ölkəmizin Şahdəniz hövzəsində təbii qazın Türkiyəyə, ordan da Avropaya danışacağı layihələrin rəhbəri kimi İran şirkətləri ilə də çalşması vacibdir. İran şirkətlərinin də bu işdə iştirak etməsi ilə əlaqədar olaraq bu sanksiyalardan qıraqda qalmasına icazə verildi. Türkiyə İrana qarşı tətbiq edilən sanksiyalarla bağlı etirazını bildirdi və bundan sonra da İranla əməkdaşlıqlarını davam etdirəcəyini birmənalı olaraq bəyan etdi”.

ABŞ-ın bu sanksiyasının arxasında İrana və onun hakimiyyətinə qarşı qərəzli məqsədlərinin gizləndiyini deyən politoloq qeyd edib ki, digər tərəfdən də Rusiyaya qarşı qərəzli mövqe saxladığı üçün İranın bəzi şirkətlərinə Azərbaycanın neft-qaz layihələrində iştirak etmələrinə icazə verdi: “Çünki, Vaşinqton Avropanın yaxın gələcəkdə Rusiyanın qaz və digər resurslarından asılılığını azaltmaq niyyətindədir. Buna görə də Rusiyanı da İranın vəziyyətinə salmağa çalışır. Bu gün İran-ABŞ arasındakı gərgin münasibətlər təkcə resurslar üzərindən deyil, həm də Ağ Evin İran hakimiyyətinə qarşı bəslədiyi qərəzli mövqedən ortaya çıxır. Amerika mediasının dediyi kimi, ABŞ İranda demokratiyanı bərqərar etməyə çalışır, yəni bu ölkədə teokrtik İslam hakimiyyətini devirərək Qərbin demokratiya rejimini qurmaq istəyir”.

Bütün dövrlərdə olduğu kimi, bu dəfə də Azərbaycan öz düzgün və balanslaşdırlmış siyasət yürütdüyünü deyən ekspert vurğulayıb ki, bunun nəticəsində ABŞ, İran və Rusiya arasındaki münasibətlərdə öz balansını qoruyub saxlamağa müvəffəq oldu: “Bu siyasətinin sayəsində də həm qonşu ölkələrlə, həm də Avropa Birliyi ilə dostluq münasibətləri qurur və strateji əməkdaşlıqlarını davam etdirir”.

Məlik CƏFƏR

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir