Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

“ABŞ bu işdə çevriliş edənlərə dəstək oldu” – Türk politoloq

Gündem 22 Temmuz 2016
723

“ABŞ bu işdə çevriliş edənlərə dəstək oldu” – Türk politoloq

Dr. Hasan OKTAY

Dr. Hasan OKTAY


15 iyulda Türkiyədə ordunun içərisində təşkilatlanmış və ABŞ ilə birlikdə hərəkət edən bir qrupun qiyamına şahid olduq. Bu hərbi çevriliş deyil, qiyam idi.

Bu sözləri Tərəfdar.az-a 15 iyul ölkələrində baş vermiş çevriliş cəhdinə münasibət bildirirəkən Türk politoloq Həsən Oqtay söyləyib.

Onun sözlərinə görə, Fətullah Gülən İcması (Gülen Cemaatı) olaraq tanınan bu quruluşa 12 sentyabr 1980-ci ildə hərbi çevrilişi ilə Türkiyənin idarəsində iştirak üçün geniş imkanlar yaradıldı.

“12 sentyabr çevrilişinin ən böyük hədəfi Alparslan Türkeş və onu sevən “ülkücü” adlandırılan qrup idi. Çevrilişdən sonra Türkiyə demokratikləşdirilməyə başlanılarkən “Ülkücü”lərin ölkənin siyasi həyatında nüfuzunu azaltmaq üçün onların təsir edə biləcəyi sahələrə “Cemaet” məsubları gətirildi. Beləliklə, Fəthullah hoca Türkeşi sıradan çıxarmağa müvəffəq oldu. Türkeş hərbiçi idi və onun ordudakı təsirini azaltmaq üçün Fətullah hoca ordu daxilinə öz icmasının üzvlərini daxil etməyə çalışdı və çevrilişə rəhbərlik edənlərə ABŞ bu işdə dəstək verdi. Türkeş Türk dünyası üçün çalışırdı. ABŞ Fətullah hocanın digər türk dövlətlərində məktəblər açmasını təmin edərək Türkeşin Türk dünyası ilə əlaqəsini kəsdi. Hər sahədə Fəthullah hoca və Amerika birlikdə hərəkət edərək Türkeşin başçılıq etdiyi “ülkücü” qruplara maneələr yaratmağa çalışırdılar. Amerika ilə birlikdə hərəkət etməsinin əvəzində Gülən İcmasına ABŞ-da çox böyük imkanlar yaradıldı”.

Politoloq daha sonra isə AKP hökumətinin qurulmasından danışdı:

“2002-ci ildə AKP hökuməti qurularkən sanki, AKP- Camaat koalisiyası kimi quruldu. AKP ilk zamanlar iqtidara gəlmənin həyəcanı ilə Gülən İcmasının ona qurduğu tələləri görə bilmədi. Bütün dövlət idarələrinə, başda hərbi sahə olmaq üzrə Amerika-Camaat mənsubları yerləşdirildi. Yenə hədəflərində türk millətçiləri və “ülkücü”lər var idi. AKP bu oyuna alət oldu. Sonunda işlərin yaxşı getmədiyini və Gülən İcmasının nə etməyə çalışdığını anlayan Ərdoğan iqtidarının təzyiqləri ilə qarşılaşan Gülən icmasının ordudakı qanadı qiyama cəhd etdi. MHP isə Baş katib Dövlət Bağçalının timsalında bu qiyama qarşı bəyanat yayımlayaraq hökumətin yanında olduğunu bildirdi. Xalq küçələrə çıxaraq qiyamçılara məqsədlərinə nail olmağa imkan vermədi. Beləcə Türkiyəni uçurumun kənarında ikən xilas eləməyə müvəffəq oldular. 12 sentyabr 1980-ci ldə hərbi çevrilişi ilə əzilən, yox edilməyə çalışılan MHP və “ülkücü”lər bunun intiqamını 12 sentyabrın məhsulu olan Gülən İcmasının qiyamını yatıraraq almış oldu. İlk dəqiqədən etibarən “ülkücü”lər bütün küçə və prospoektlərə nüfuz edərək üstünlüyü ələ aldılar və dövlətə dəstək nümayiş etdirdilər.

Həsən Oqtay hazırda Türkiyədə elan edilən fövqəladə vəziyyətə də münasibət bildiridi:

“Hazırda üstünlüyü ələ alan dövlət öz nüfuzunu bərpa etmək və qaldığı yerdən davam etmək üçün fövqəladə vəziyyət elan edib. Bu dövlətinin nüfuzunun daimiliyini təmin etmək və dövlətin təhlükəsizliyi üçün təhlükə yaradan amillərlə uğurlu mübarizəni təmin edəcək qərardır. Çünki peşəkarcasına təşkilatlanmış və tam məxfilik şəraitində fəaliyyət göstərən bir icmanın nə vaxt harada nə edəcəyini proqnozlaşdırmaq xeyli çətindir və təhlükəli gedişlərini önləmək üçün ölkədə fövqəladə vəziyyətin elan edilməsi olduqca önəmlidir. Bu addımın atılmasının 3 ay ərzində ölkədə vəziyyətin stabilləşməsinə gətirib çıxaracağını əminliklə söyləmək olar. Xeyli sayda İcma mənsubunun işdən azad edilməsi və ya istefası barədə xəbərlər alırıq. Bu hal çoxumuz üçün xoş olmasa da, məlum icmanın öz mənsublarını həmin postlara gətirərkən neçə-neçə dövlət məmuruna böhtan atdığını, haqsızlıqlar edildiyini nəzərə alsaq, hazırda yaşananları sadəcə ədalətin yerini tapması kimi dəyərləndirə bilərik. Tezliklə dövlət daxilinə sızmış icma üzvləri dövlətin idarəçiliyindən tam kənarlaşdırılacaq və dövlət əvvəlki nizamla idarə ediləcək. Fövqəladə vəziyyəti demokratiyaya, insan hüquqlarına zidd kimi, OHAL demokratiyaya zidd olaraq və insan hüquqlarının pozulması kimi təqdim edilməsi ilk etapda xoş gələ bilər. Amma Türkiyənin dövlət təhlükəsizliyi üçün bu lazımlıdır. Türkiyə və Türk dünyası artıq özünəqayıdış prosesini yaşamalıdır. və 5 min illik Türk tarixinə əsaslanılaraq yeni bir yol xəritəsi çəkilməli və gələcəyə güvənlə baxılmalıdır. Türkiyə bu sıxıntıları tezliklə geridə qoyacaqdır”.

Tərəfdar.az

Yorumlar