Nikol Paşinyla Respublikaçılar Partiyası arasındakı gərginlik getdikcə qızışır

Türkiye’de dinlerarası diyolog fetöcülerden sonra Selefi RABITA tarafından yürütülüyor!

Rus televizyon: O gece NATO neden Erdoğan’a yönelik olası suikasta göz yumdu

Putin Merkel görüşmesi

ABŞ Azərbaycanı niyə təhlükəli ölkələr sırasına daxil etdi?

Azerbaycan 13 Ocak 2018
152

“Azərbaycan bir sıra beynəlxalq yarışlar, tədbirlər keçirməklə ölkənin beynəlxalq nüfuzunu artırmağa, qeyri-neft sektorunu, turizmi inkişaf etdirməyə çalışdığı bir vaxtda bu addım Azərbaycana zərər vurur”

“Qüds məsələsində Azərbaycanın etirazı, habelə İrandakı hadisələrə ABŞ-ın mövqeyindən irəli gələn risklər nəzərə alınıb”.

PİA.AZ xəbr verir ki, bu sözləri politoloq Nəzakət Məmmədova ABŞ-ın Azərbaycanı təhlükəli ölkələr sırasına daxil etməsini şərh edərkən rəsmi “facebook” səhifəsində qeyd edib.

Politoloqun fikrincə, Azərbaycanın öz qonşu dövlətləri ilə mehribanlığı ABŞ-ı qıcıqlandıran amillər sırasındadır:

“ABŞ-ın Azərbaycanı təhlükəli ölkələr sırasına daxil etməsində bir sıra amillərin rolu var ki, bunların arasında ölkəmizin İrana yaxın olması, müsəlman şiə məzhəbinə aid olması, bəzi radikal dini cərəyanların fəaliyyət göstərməsi, Türkiyə ilə qardaş ölkə olması və ABŞ-Türkiyə münasibətlərinin kəskinləşməsi fonunda Türkiyəyə rəğbət duymağımız rol oynaya bilər.

Xüsusilə, Qüds məsələsində Azərbaycanın etirazı, habelə İrandakı hadisələrə ABŞ-ın mövqeyindən irəli gələn risklər nəzərə alınıb. Bunu Azərbaycana qarşı qəsd hərəkət kimi dəyərləndirmək olmaz. Məsələn, Ukrayna da təhlükəli ölkələr sırasına daxil edilib, lakin ABŞ bu ölkəni dəstəkləyir.

Düşünmək olar ki, bu daha çox ABŞ səfirliyinin və kəşfiyyat mənbələrinin verdiyi məlumatlar əsasında risk olan ölkələr müəyyənləşdirilməsi, xüsusilə onların yerləşdiyi coğrafiya ətrafında yaranmış təhdidlərin artması ilə bağlıdır. Lakin bunun ölkəmizin beynəlxalq imicinə zərər vuracağı və turist axınına cüzi də olsa, təsir edəcəyi ehtimal oluna bilər. Azərbaycan bir sıra beynəlxalq yarışlar, tədbirlər keçirməklə ölkənin beynəlxalq nüfuzunu artırmağa, qeyri-neft sektorunu, turizmi inkişaf etdirməyə çalışdığı bir vaxtda bu addım Azərbaycana zərər vurur”.

Gülşən ŞƏRİF
pia.az

Yorumlar