KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. ABŞ 45-ci Prezidentini Seçdi

ABŞ 45-ci Prezidentini Seçdi

Kafkassam Editör Kafkassam Editör - - 4 dk okuma süresi
298 0

8 Noyabr seçkiləri Amerikan siyasi həyatının ən maraqlı və gözlənilməz sonluqla nəticələn Prezident Seçkiləri prossesi olaraq tarixə düşdü. Bu, həmdə ABŞ siyasi tarixi üçün yeni bir dövrün başlanğıcı olaraq da qiymətləndirilə bilər. Təcavüz iddialarından, e-mail qalmaqalından, FBİ tədqiqat və istintaqlarından, sağlamlıq problemlərindən danışdığımız bir vaxtda, gərgin keçən seçki prossesi də başa çatdı. Onu qeyd etmək lazımdır ki, 1792-ci ildən bəri tətbiq olunan ənənəyə görə,ABŞ-da prezident seçilmək üçün ABŞ-da Seçicilər Kollegiyası adlanan sistemdəki 538 yerin ən azı 270-ni həmin nümayəndələrinin qazanması lazımdır. Baş tutan bu seçkilər ABŞ-ın 58-ci prezident seçkiləri idi və ABŞ bununla özünün gələcək müqəddəratını müəyyən edəcək 45-ci prezidentini seçmiş oldu. ABŞ-da 250 milyon seçici var. Seçkilər 50 ştat və xüsusi statusa malik Vaşinqtonda həyata keçirildi.
ABŞ-da idarəetmə sistemi digər ölkələrdəkindən özünə məxsus qaydalara görə fərqlənir. Belə ki, ABŞ idarəçilik sistemi, idarəetmə qolları arasında tarazlıq bölgüsü və nəzarət üzərində qurulmuşdur. Prezidentin səlahiyyətləri isə qanunverici orqan olan parlament və məhkəmə hakimiyyəti tərəfindən məhdudlaşdırılmışdır. Təhsil, daxili təhlükəsizlik, əsas vergilər kimi gündəlik həyati məsələlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilir. Bu federal quruluşun müəyyən etdiyi qanunauyğunluğun təzahürüdür və ABŞ prezidenti bu sahələrdə heç bir səlahiyyətə sahib deyildir. Prezidentin sahib olduğu əsas səlahiyyətlər isə ölkənin müdafiəsi və xarici siyasət ilə bağlıdır. Elə buna görədir ki, ABŞ prezidenti Vaşinqtonluların həyatından daha çox Suriyalıların həyatına müdaxilə edə bilir.
Trampın qələbə səbəblərinin əsasları
Təəssüfləndirici faktdır ki, dünyada terrorlar və iqtisadi natarazlıq hökm sürməkdədir. Belə bir şəraitdə daha sakit həyat arzu edən seçicilər Trampa doğru yönəlməyə başladılar. Çünki, Tramp ayrı-seçkilik yönlü çıxışları ilə radikal mesajlar verirdi. Ki, bu da miqrasiyanın əleyhinə olan irqçi qüvvələr tərəfindən “göydəndüşmə” idi. Nəticədə, iyun ayındakı referendumla Böyük Britaniyada əldə edilən nəticənin eynisi 8 noyabrda ABŞ-da yaşandı.
Bu seçkilərdə bir növ şəhərlərdə yaşamayanlar ilə şəhərlər üz-üzə gəlmişdi. Təhsil səviyyəsi aşağı olanlarla yuxarı olanların, mavi yaxalıqlılarla ağ yaxalıqlıların, yaşlı ağ dərili mühafizəkarlarla gənclər və qadınların mübarizəsi idi bu seçkilər. Nəticədə bütün dünyanın gözləmədiyi şəkildə birinci tərəf qalib gəldi.
Xalqdan 300 milyon ABŞ dolları dəyərində ianə toplayan, ən güclü seçki kompaniyalarını həyata keçirən Hillary Klintonun əsas zəifliyi ABŞ seçicisinə ona səs vermə ilhamını verə bilməməsidir. Hətta, ABŞ-da kifayət qədər saya malik afrika amerikalılarından gözləniləndən aşağı səviyyədə səs qazanılması Klintonun məğlubiyyətinə təsir göstərən faktorlardan biri oldu.
Əgər siyasi prosseslər bu şəkildə davam edərsə, 2030-cu ilə qədər dünyada ABŞ və Çinin də daxil olduğu böyük dövlətlərin hegemoniyası zəifləyəcək, 1750-ci ildən bu günə qədər davam edən Qərbin hökmranlığı başa çatacaq və Asiya yenidə qlobal iqtisadi,siyasi mərkəzə çevriləcəkdir.
Murteza Hasanoğlu

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir