Şimdi yükleniyor

Vasif Efendi: Trampın 5+1 Strategiyası və Xəzər Hövzəsində Yeni Güc Tarazlığı

Ağ Evdə Prezident Donald Trampın təşəbbüsü ilə keçirilən “C5+1” formatlı görüş Mərkəzi Asiyanın beş dövləti Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini bir araya gətirdi. Görüş formal diplomatik addım kimi görünsə də, əslində bu toplantı Xəzər hövzəsində və bütövlükdə Avrasiya məkanında yeni geosiyasi balansın qurulması istiqamətində mühüm dönüş nöqtəsi idi.
Tramp administrasiyasının Mərkəzi Asiya siyasətinin əsas xətti bölgədə Rusiya və Çin təsirinin paralel şəkildə azaldılması üzərində qurulub.Rusiyanın hərbi-siyasi basqısı, Çinin isə iqtisadi-maliyyə təsiri mərkəzi Asiya ölkələrinin asıllığını artırır və suveren inkişafını ləngidir. Mərkəzi Asiya enerji resurslarına və həm də geosiyasi keçid yollarına malik olduğu üçün ABŞ bu regionu həm də strateji bir körpü olaraq dəyərləndirir. Bu səbəbdən ABŞ bölgədə müstəqil, balanslı və Qərbə inteqrasiya yönümlü dövlətlər sisteminin formalaşmasına çalışır.
Trampın görüş zamanı səsləndirdiyi “Biz bu regionun böyük güclər arasında təsir zonasına çevrilməsini istəmirik, hər bir xalq öz gələcəyini özü müəyyən etməlidir” mesajı həm Moskvaya, həm də Pekinə ünvanlanmış xəbərdarlıq idi.
Son illərdə Çin “Bir Kəmər, Bir Yol” layihəsi vasitəsilə Mərkəzi Asiyada infrastruktur, nəqliyyat və enerji sektorlarına milyardlarla dollar sərmayə yatırıb. Lakin bu sərmayələr əslində iqtisadi asılılıq mexanizminə çevrilib.
Çin kreditləri, borc tələsi və ucuz texnologiyalarla regionu öz ticarət sisteminə bağlamağa çalışır.
Tramp administrasiyası bunu “sakit ekspansiya” kimi qiymətləndirir və qarşısında iqtisadi alternativ yaratmaq niyyətindədir.
5+1 formatı vasitəsilə ABŞ region yeni əməkdaşlıq imkanları təklif edir.Bu yolla Vaşinqton Çinin yumşaq gücünə qarşı hərbi – siyasi və iqtisadi alternativ formalaşdırmağa çalışacaq.
ABŞ həmçini Xəzər hövzəsinə diqqətini artırmaqda davam edir.Xəzər dənizi yalnız enerji mənbəyi deyil, həm də Avrasiyanın strateji kəsişmə nöqtəsidir.
Tramp administrasiyası Xəzər hövzəsini Rusiya və İranın iqtisadi təsirindən çıxarmaq üçün uzunmüddətli planı olduğunu düşünürəm.ABŞ üçün Xəzər enerji, təhlükəsizlik və iqtisadi sərhədlərin yenidən çəkildiyi məkana çevrilir.

Share this content:

Yorum gönder