KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. 70 yaşın zirvəsindən tarix üzərində düşüncələr (və ya Şah baba Şah İsmayılla söhbət)

70 yaşın zirvəsindən tarix üzərində düşüncələr (və ya Şah baba Şah İsmayılla söhbət)

Kafkassam Editör Kafkassam Editör - - 6 dk okuma süresi
268 0

Çox halda bir sıra ziyasız insanların ən çox qorxduqları və saxtalaşdırmağa çalışdıqları tarixdir. Tarixdən danışanda sanki nəfəsləri tutulur və zorla “Yenə tarixçiliyi tutdu” deyirlər. Onun birinci səbəbi tarix hesab etdiyi nəsil və şəxsi tərcumeyhalının ləkəli olması üzündən tarixləri ilə rastlaşmaqdan çox qorxurlar. Buna görə də uzun illərin tarixçilik təcrübəsinə və onun mənə verdiyi tarixçilik səlahiyyətlərinə dayanaraq tarix haqqında düşüncələrimi tarixini sevən hörmət edən və qorumağı həyat idealı hesab edən ziya mənbəyi olan ziyalılarla bölüşmək istədim.
İnsan nəslinin və ya fərdin ən böyük düşməni də dostu da tərcümeyhaldır. Millətin və şəxsin tərcümeyhalı yaşadığı müddətdə özünü, öldükdən sonra varislərini təqib edir. Bu qızıl qaydanı untmamaq lazımdır.
Tarixsiz millət olmadəğə kimi, tarixsiz insan da yoxdur. Tarixlə əlaqədar çox maraqlı bir sillogizm var. Millətlər, o cümlədən fərdlər “millətinin tarixini ulu, özlərinin tarixinin gənc olmasını” çox istəyirlər, təkcə istəmirlər, ona da çalışırlar.
Tarixi olmayan millətin milli şüuru ola bilməz. Milli şüurun yaradıcısı uzun keçmişdir. Uzun keçmişi olmayan millət Nizaminin, Məhsətinin, Füzulinin, Şah İsmayılın, Nadir şahın daşıyıcısı olduğu milli şüuru yarada bilməzdir. Xalqlar var ki, qeyd etmək üçün bir tarixi şəxsiyyət tapa bilmirlər. Uzun keçmişi olmayan xalqın başqalarına örnək olacaq milli şüuru ola bilməz. Hətta mən burada bir təşbih də yaratmaq istərdim. “Millət tarixindən ibarətdir.” Daha sonra haradasa bu fikri inkişaf etdirib deyə bilərik ki, millət tarixin meyvəsidir. Kalı da var yetişmişi də. Həzər kal millətlərin əlindən.
Əgər tarix bu qədər əhəmiyyətli olmasaydı müstəmləkəçilər millətin tarixinin başına ağlagəlməz oyunlar açmazdılar. Müstəmləkəçilər bir həqiqəti qəbul edirdilər ki, qədim dövlətçilik tarixi olan xalqları əsarət altına almaq mümkün deyildir. Müstəmləkəçi ideoloqlar daima qədim tarixə sahib olan xalqları əsarətə almaq üçün onları tarixlərindən ayırmağa çalışmışlar. Düstur çox sadədir. “Hətta böyük tarixə sahib olan insanlar belə qədim tarixlərindən ayrıldıqda sürüyə çevrilirlər.”
Türklərin harada olmasından asılı olmayaraq tarix yaratmaq indeksi çox böyükdür. Dünyada olan xalqların sayı dövlət yaratmış xalqların sayından dəfələrlə çoxdur. Dövlət yaratmış millətlər iki əl barmağımızdan artıq deyildir.Gör dünyanın hansı vaxtında Azərbaycan Xalq Cümhuriyyəti yaradır. Gəncə 3 ay cümhuriyyətin paytaxtı və mübariz qərargahı olub Qafqaz İslam Ordusu ilə birlikdə Azərbaycanın tarixi paytaxtı Bakını azad edib. Bakı dünyanın çox yerində adını bilmədikjəri halda 20 ay cümhuriyyətin paytaxtı olub. Bunu hətta düşmənlərimiz belə etiraf etməyə məcburdular. Lakin etiraf edərkən elə bir tezislə çıxış edirlər ki, hər şeyi şübhə altına salmağa çalışırlar. Bu uzun zamanlardan bəri bizə qəbul etdirməyə çalışdıqları.”Türk tarix yaradır. Tarix yaza bilmir.”
Bu uzun müddət türk tarixşünaslığında əsas konsepsiya kimi hökmran olub. Doğrudur. Uzun illər türklərin qılıncı qələmindən iti olub. Bu düşüncədə olmuşuq ki, qələm qılıncın yazdığını yaza bilməz, ancaq qılınc qələmin yazacaqlarını da reallaşdıra bilər. Bir də mütəmadi uğurlu səfərlərdə olmaq,, qılıncın şərəflə işlədiyi bir dövrdə sanki qələmə o qədər də ehtiyac yox idi.
Hansı xalqda belə bir ifadə var. “kişi sözü” Hökmdarlarımız böyük qələbələrdən sonra döyüşlərdə fərqlənənləri sözlə mükafatlandırırdılar. Onlara sənədsiz hər şeyi verirdilər. Heç bir sənədləşmə olmurdu. Qoşunun qarşısında elan edilirdi ki, kimlər nə ilə mükafatlandırırlar. 1000 illərlə sahiblik davam edirdi. Ona görə böyük fransız Düma Qafqazda olarakən tarixən buradakı hakimlərin sözünün ən qüvvətli sənəddən də səlahiyyətli olub” yazırdı.
Çox halda düşmənlərimizin layihələrinə üçüncü əldən sahib olan hərşeyşünaslarımız tariximizin sütularına hücum edirlər. Onlar bilirlər ki, tarix sarayını saxlayan sütunları aradan qaldırmaqla milləti keçmişindən məhrum edib sürüyə çevirməyə çalışırlar. Tariximizdə sunami yaradıb tarix sarayının sütunlarını dağıtmaq istəyənlərə hüqüq dili ilə “DUR” deyən olacaqmı. Hər millətin olduğu kimi Azərbaycan türklərinində tarixinə sahiblikdə qırmızı xətti var . Hərşeyşünaslar qırmızı xətti çoxdan keçmişlər. Torpağımız kimi tariximiz də müdaxilə təhlükəsi altındadır. Tariximizə sahib çıxmanın vaxtı çoxdan çatmışdır?
Professor Həsənbala Sadıqov
Azərbaycan Respublikasının Əməkdar müəllimi
26 oktyabr 2019-cu il
Gəncə

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir