KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. 4 günlük müharibə Ermənistanda 3 prosesə təkan verdi

4 günlük müharibə Ermənistanda 3 prosesə təkan verdi

Hasan Oktay Hasan Oktay - - 4 dk okuma süresi
496 0

4 günlük müharibə Ermənistanda 3 prosesə təkan verdi

2-6 aprel tarixlərindəki döyüşlər Ermənistanı silkələdi. Döyüşün nəticələri, Ermənistanın iktiləri müzakirə olunur, ayrıca İrəvanda Rusiya əleyhinə mitinq və yürüşlər keçirilir. elhanBundan başqa Qazaxıstanın mövqeyi tənqid olunaraq Ermənistanda Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adına olan küçənin ismini dəyişdirdilər ki, bununla Astananı da qəzəbləndirdilər. Əlavə olaraq Ermənistanda iqtidar-müxalifət münasibətləri kəskinləşib.
Bunun qarşılığında Azərbaycanın siyasi həyatında sakitlikdir, Dağlıq Qarabağda verilən itkilərə görə hakimiyyət olsa-olsa ancaq sosial şəbəkələrdə tənqid olunur. Azərbaycan və Ermənistandakı bu fərq bir daha onu göstərir ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların azad edilməsi üçün məhrumiyyətlərə hazırdır. Ayrıca, işğal altındakı torpaqların güc yoluyla geri qaytarılması Azərbaycan cəmiyyətinin sosial sifarişinə çevrilib. Ermənistan cəmiyyəti isə Dağlıq Qarabağ və ətraf rayonları qorumaq üçün insan itkilərinə hazır deyil və bu itkilərdə hakimiyyəti günahkar sayır. İtkilərin sayı isə hələ qurtarmır.
Hazırda Ermənistanda hadisələr 3 istiqamətdə inkişaf edir.
Birinci istiqamət odur ki, Ermənistanda anti-Rusiya meylləri getdikcə artır. Ermənistan hakimiyyətinin özü də cəmiyyətdə bu cür əhval-ruhiyyənin yaranmasına şərait yaradır. Rusiyanın İrəvandakı səfrliyi qarşısında mitinqlər bir-birini əvəz edir. Bu arada, Ermənistanda qərb meyilli siyasətçilər və ekspertlər fəallaşıblar. Onlar fürsətdən istifadə edərək Ermənistanın Rusiya ilə sıx bağlılığını tənqid edirlər. Bu gedişlə Ermənistanda gələcək prezident seçkisində Qərblə sıx əməkdaşlığı təbliğ edən siyasətçinin reytinqi yüksək olacaq.
İkinci istiqamət odur ki, hakimiyyət içində problemlər artır. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan İrəvana qayıdıb. O, Serj Sərkisyanın siyasətini tənqid edir və tərəfdarlarının sayını artırır. Halbuki, Köçəryan və Sərkisyan hər ikisi Dağlıq Qarabağda separatizmin əsasını qoyanlardandırlar və vaxtilə siyasi müttəfiq idilər. Ancaq Köçəryan artıq Sərkisyanı müttəfiq saymır. Köçəryan Ermənistanda dərin iqtisadi böhrana görə də Sərkisyanı tənqid edir. Sərkisyanın reytinqi azaldıqca Köçəryan onun yerini tutmağa çalışacaq. Görünür Köçəryan qarşısına böyük hədəf qoyub, o siyasi partiyaları ətrafında toplayaraq həm prezident, həm də parlament seçkilərində qələbə çalmağa çalışacaq.
Üçüncü istiqamət odur ki, Serj Sərkisyanın cəbhədəki uğursuzluqlara görə özünün siyasi karyerasını xilas etmək haqqında düşünür. Ermənistan prezidenti bu məqsədlə yeni müttəfiq(lər) axtarır. Sərkisyan məhz buna görə keçmiş prezident Levon Ter-Petrosyanla tez-tez görüşür. Levon Ter-Petrosyan Köçəryanın yenidən siyasi arenaya qayıtmasını istəmir. Ona görə də Levon Ter-Petrosyan müvəqqəti – taktiki səbəblə Sərkisyanla ittifaq qura bilər. Onsuz da Levon Ter-Petrosyan anlayır ki, Sərkisyanın siyasi perspektivi yoxdur, ona görə ona dəstək verməklə Köçəryanın hakimiyyətini gəlişini əngəlləmək istəyir. Hazırda Levon Ter-Petrosyan üçün Köçəryan daha təhlükəli fiqurdur. Sonrakı mərhələdə isə Sərkisyan-Ter-Petrosyan ittifaqı da dağılacaq.
Beləliklə, cəbhə bölgəsində 4 günlük döyüşlər olmasaydı, Ermənistanda bütün bunlar yaşanmayacaqdı ya da seçkiyə yaxın yaşanacaqdı. Bu proseslər həm də Azərbaycan ordusunun Dağlıq Qarabağdakı işğalçı qüvvələri daima təzyiq altında saxlamasının doğruluğunu göstərir.
Elhan Sahinoglu’ Atlas Araşdırmalar Mərkəzi Bakü

İlgili Yazılar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir