KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Gündem
  4. »
  5. 3 görüşdə Qarabağ müzakirəsi

3 görüşdə Qarabağ müzakirəsi

Hasan Oktay Hasan Oktay - - 3 dk okuma süresi
381 0

3 görüşdə Qarabağ müzakirəsi

3 gün ərzində və 3 müxtəlif yerdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılacaq. Ancaq təəssüf ki, müxtəlif kombinasiyalarda bu görüşlərin heç birinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olmayacaq.

Birinci görüş avqustun 8-də Bakıda keçiriləcək. Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə daha çox şimal-cənub nəqliyyat dəhlizindən danışılacaq. Hər 3 ölkə dəmir yolu xəttinin işə düşməsində maraqlıdır. Çox qısa müddətdə layihənin tamamlanması planlaşdırılır. Doğrudur, Azərbaycan prezidentli rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş də keçirəcək və bu görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında fikir mübadiləsi aparılacaq. Ancaq aprel ayından bu yana hadisələrin inkişafı göstərir ki, münaqişənin həllinin birinci addımı kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması məqsədilə Putinin Ermənistan prezidenti Serj Sərkisyana təsir etmək fikri yoxdur.

İkinci görüş Sankt-Peterburqda olacaq. Bakıdakı görüşdən bir gün sonra, yəni avqustun 9-da Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla olacaq. Həmin görüşdə əsasən Rusiya-Türkiyə əməkdaşlığının bərpası müzakirə olunacaq. Bu Putinlə Ərdoğanın münasibətlərin gərginləşməsindən normallaşması dövrünə keçiddən sonra ilk görüşüdür. Ona görə də liderlərin müzakirə edəsi çox mövzusu var. Bu sırada iqtisadi və ticarət əlaqələrinin bərpasından tutmuş, vizaların yenidən ortadan qaldırılması, turizm, “türk axını” və Türkiyədə nüvə elektrik mərkəzinin tikintisinə qədər mövzular var. Odur ki, Putinlə Ərdoğan Dağlıq Qarabağla bağlı çox qısa fikir mübadiləsi aparacaqlar. Halbuki, Türkiyə-Rusiya yaxınlaşması Cənubi Qafqazda müsbət siyasi atmosfer yaratmalıdır.

Üçüncü görüş Sankt-Peterburq görüşündən bir gün sonra reallaşacaq. Putin bu dəfə Moskvada Ermənistan prezidenti Serj Sərkisyanla görüşəcək. Bu görüşdə də Dağlıq Qarabağla bağlı geniş fikir mübadiləsinin aparılacağı sual doğurur. Əlbəttə, Putin Bakıda Əliyevlə görüşün təfərrüatları haqqında Sərkisyana məlumat verəcək. Ancaq Putini bu gün narahat edən Ermənistandakı vəziyyətdir. Çünki Serj Sərkisyanın Ermənistandakı mövqeləri getdikcə zəifləyir. Ermənistanın qarış bilməsi faktoru Putini narahat edir. Moskvada belə bir şübhə var ki, Ermənistanı da kənar qüvvələr, o cümlədən ABŞ qarışdırır. Ona görə də Putin Sərkisyanla Ermənistandakı vəziyyəti müzakirə edəcəklər.

Beləliklə, 8, 9 və 10 avqust görüşlərinin əsas iştirakçısı Vladimir Putindir. Hər 3 görüşdə Dağlıq Qarabağla bağlı fikir mübadiləsi aparılsa da, bu münaqişənin həllində ciddi irəriləyişə səbəb olmayacaq.
Elhan Şahinoğlu
“Atlas” Araşdırmalar Mərkəzi

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir