KAFKASSAM – Kafkasya Stratejik Araştırmalar Merkezi

  1. Anasayfa
  2. »
  3. Azerbaycan
  4. »
  5. Fuad Gahramanli: Nə baş verir və çıxış yolları nələrdən keçir?

Fuad Gahramanli: Nə baş verir və çıxış yolları nələrdən keçir?

Kafkassam Editör Kafkassam Editör - - 8 dk okuma süresi
297 0

I. Rusiya Müdafiə Nazirliyinin dünən yaydığı məlumatda Azərbaycan ordusunun Şuşa ətrafında atəşkəsi pozduğu bildirilir. Bu açıqlama Azərbaycana qarşı birtərəfli ittiham olduğu üçün, Rusiyanın sülhməramlı missiyasının neytrallığının pozulması deməkdir.
Digər tərəfdən isə Rusiya Müdafiə naziri Şoyqunun erməni həmkarı ilə görüşdə Ermənistan ordusunun silahlandırılacağını deməsi, açıq aşkar Azərbaycana qarşı təcavüz niyyətinin və hazırlıqlarının dəstəklənməsi anlamına gəlir.
II. Ermənistandakı müharibə tərəfdarlarının lideri, keçmiş prezident Sərksiyyanın rus əsgərlərinin müşaiyyət ilə Qarabağa gətirilməsi Azərbaycana təhdid mesajdır. Bununla Rusiya Azərbaycan ərazilərini işğal siyasətini müdafiə etdiyini, bu xəttin tərəfdarı olan bir müharibə canişini himayə etməklə Ermənistanın yenidən təcavüz siyasətinə əl atmasını dəstəklədiyini nümayiş etdirir.
III. Rusiya Müdafiə Nazirliyinin açıqlamalarında Qarabağın silahlı qüvvələri ifadəsinin davamlı işlədilməsi, faktiki olaraq Qarabağda ordu saxlayan bir hakimiyyətin varlığını legitimləşdirmək cəhdidir. Bu baxımdan son günlər Jirinovskinin Qarabağı Rusiya birləşdirməklə bağlı iddialarla çıxış etməsi, Moskvanın Qarabağın işğalı planına Ermənistanla şərik olmasının təsdiqidir.
VI. Paşinyan demokratik seçki yolu ilə daxildə milli birliyi təmin etdiyi üçün, Putin onu devirmək planlarından əl çəkib, Ermənistanı hərbi baxımdan dəstəkləmək yolu ilə iş birliyi qurmağa, bu ölkəni təsiri altında saxlamağa çalışır. Paşinyan da bundan məharətlə istifadə edərək həm Qərblə, həm də ki, Rusiyadan məharətlə yararlanır. Bunu əksinə olaraq İlham Əliyev hakimiyyəti demokratiyanı düşmən elan edərək, korrupsiyanı dövlət siyasətinə çevirərək ölkə daxilində öz iqtidarına qarşı kütləvi etimiadsızlıq və kəskin narazılıq yaratdığı üçün, Putin tərəfindən Jirinovskinin dili ilə 2 həftəyə hakimiyyədən devrilə biləcəyi ilə hədələnir. Putin onun ölkə içindəki bu zəif durumunu əsas götürərək ictimai şəkildə onu hədələyir. Halbuki, heç devirmək istədiyi Paşiniyana bu cür xəbərdarlıq etməyə cəsarət etməmişdi. Aydın görünür ki, Putin İlham Əliyev iqtidarının ölkə içindəki bu durumundan istifadə edərək, onu şantaj etməyə çalışır, təzyiq yolu ilə öz imperial şərtlərini qəbul etdirməyə çalışır.

Bəs biz nə etməliyik?

Təcili Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsinin icrasına dair müvafiq müqavilələrin hazırlanaraq imzalanması gərəkdir. Buna uyğun olaraq Azərbaycan 10 noyabr Bəyanatı imzalanarkən buraxdığı səhvin düzəldilməsi üçün Türkiyə ordusunun işğaldan azad olunmuş ərazilərdə hərbi bazalarının yaradılmasına çalışmalıdır. Eyni zamanda işğalda olan ərazilərimizin azad olunması məqsədi ilə və Rusiyanın hərbi təzyiqlərinə qarşı Azərbaycan, Gürcüstan, Türkiyə və Pakistanın iştirakı ilə geniş miqyaslı hərbi təlimlər keçirilməsi gərəkdir.
Azərbaycan asimmetrik müharibə konsepsiyasını qəbul edərək, 3 – cü Qarabağ savaşını gözləmədən Şərq ölkələrində uğurla həyata həyata keçirilən gerilla savaşları taktikasını tətbiq etməlidir. Azərbaycan xüsusi təyinatlılarının Şuşa şəhərini azad etməsi təcrübəsi göstərdi ki, bu cür taktiki döyüş əməliyyatlarında müstəsna üstünlüyə sahibik.
Eyni zamanda Qarabağdakı erməni separatçı rejiminin maddi – texniki təchizatı üçün Rusiyanın ölkəmizin ərazisindən, yollarından istifadəsinin qarşısı alınmalı, İranın da bu sahədə göstərdiyi yardımların kəsilməsi üçün diplomatik səylər göstərilməlidir.
Azərbaycan XİN təcili Qarabağdakı son durum və Rusiyanın Ermənistanı yeni hərbi revanşa hazırlaması barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalı və rus sülhməramlılarının missiyasını yerinə yetirə bilməməsini əsas gətirərək, onların bölgədən çıxarılması istiqamətində təşəbbüslərə başlamalıdır. Davamlı olaraq XİN tərəfindən Rusiyanın Qarabağda milli maraqlarımıza və suverenliyimizə zidd hərəkətlərinə kəskin etiraz bildirilərək izahat istənilməlidir. Buna paralel olaraq parlamentin toplanaraq Rusiya sülhməramlılarının çıxarılması və BMT mandatı altında beynəlxalq sülhməramlı missiyanın Qarabağa gəlməsi barədə qətnamə qəbul etməsi də lazmdır.
Hazırkı şəraitdə beynəlxalq qurumlarla və Qərb ölkələri ilə əməkdaşlıq gücləndirilməli, ATƏT Minsk qrupunun yeni konfransının çağırılması və Türkiyənin də həmsədr statusu almasına çalışılmalıdır. Problemi Rusiyanın birtərəfli nəzarətindən çıxarmağın və Qarabağdakı provakasiyalarının qarşısını kəsməyin yeganə yolu, ATƏT Minsk qrupu formatında danışıqları bərpa etməkdir.
Dövlət başçısı Rusiyanın getdikcə artan təzyiqrini nəzərə alaraq, ölkə daxilində milli birliyin yaradılması istiqamətində konkret addımlar atmalıdır. Eyni zamanda Ukraynada olduğu kimi, Rusiyaya bağlı 5 – ci kalonun siyasi təcrid həyata keçirilməli, bütün dövlət strukturları və iri biznes sahələri Rusiya kadrlarından təmizlənməlidir. Azərbaycanın geosiyasi maraqlarının Qərblə bağlı olması nəzərə alınaraq, nəhayət ki, avtoritarizmdən demokratiyaya keçidin zəruriliyi etiraf olunmalı və buna uyğun yeni siyasi konsepsiya qəbul edilməlidir.
Buradan Azərbaycan rəhbərliyinin bir daha nəzərinə çatdırırıq ki, bu günə qədər olan ənənəvi balans siyasətinin konstruksiyası artıq dağılıb və yeni geosiyasi reallıqlar mövcud ənənəvi siyasətin dəyişdirilməsini zəruri edir. Yox yenə də ənnənəvu kurs davam etdiriləcəksə, cəmiyyətlə dialoq təmin olunmayacaqsa, siyasi müxalifətə qarşı repressiv siyasət davam etdiriləcəksə və xarici siyasətdə yeni paradiqmalara uyğun yanaşmalar həyata keçirilməyəcəksə ölkə gerçəkdən xarici və daxili təlatümlər girdabına yuvarlanacaq. Ötən yazımda hakimiyyətin 9 noyabrdan sonra etdiy yanlışların bu günkü problemlərə səbəb olduğunu izah etmişdim, indi də növbəti bataqlığa saplanmamaq üçün nələr edilməli olduğunu iqtidarın nəzərinə çatdırırıq. Əgər situasiyanı doğru qavramaq və çıxış yollarını tapmaq imkanında deyilsinizssə, heç olmasa deyilənləri nəzərə alın.
Fuad Gahramanli

İlgili Yazılar

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir